Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2459/2025 24.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsində payının naturada ayrılması tələbinə dair iddia ərizəsinə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.25 ha torpaq sahəsindən 1/6 payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdda ərizəsi və əlavə edilmiş sənədləri araşdırıb məhkəmə belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədə və əlavə edilmiş sənədlərdə iddiaçının mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməmişdir. Eləcə də iddiaçı tərəfindən iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh qarşı yönələn tələbi iddia ərizəsinin xahiş edirəm hissəsində qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.-cı maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: Azərbaycan Respublikası MPM-nin 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Azərbaycan Respublikası MPM-nin 152.1.1-cı maddəsinə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan torpaq sahəsində payının naturada ayrılması tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın . Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməsi və cavabdehə qarşı yönələn tələbi iddia ərizəsinin xahiş edirəm hissəsində qeyd edilməsi iddiaçıya izah olunsun. İddiaçı tərəfindən ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzlə Göyçay Rayon məhkəməsinin hesabına ödənilmiş 100 manat dövlət rüsumu İddiaçıqaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2459/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2459/2025
24.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver