Məhkəmə qərarları › İş №2(046)-247/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-247/2022

04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-247/2022 04.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6700 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh yeddi ay bundan əvvəl ondan 6700 manat borc pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, bu vaxtadək ondan aldığı borcu geri qaytarmamışdır. Xəzər Rayon Polis idarəsinə şikayət etsə də ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bundan əvvəlki şikayətində Cavabdeh polis bölməsində ona olan borcunu etiraf edərək, qısa müddətə qaytaracağını bildirsə də, sonradan onu və polisi aldatdığını bildirmiş və heç bir ödəniş etməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı oğlu X3 təkilifi ilə 2020-ci ilin mart ayında Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən Eminin qaynanası X1 məxsus fərdi yaşayış evində təmir işləri görmüşdür. Ölkə ərasizində pandemiya ilə əlaqədar təmir işlərində gecikmələr olmuş, aralarında mübahisələr baş vermişdir. Həmin evin təmiri üçün X4 və Eminin arvadı tərəfindən müxtəlif vaxtlarda hissə-hissə olmaqla 31.500 manat ona pul almışdır. Həmin puldan 4600 manatını evin təmiri üçün lazım olan materiallar alınmış, qalan pulu isə digər ustalarla aralarında bölüşmüşlər. İddiaçı heç vaxt borc pul almamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-də 14.07.2021-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, İddiaçı oğlu Eminin evində usta kimi işləmişdir. İddiaçı şikayəti ilə bağlı bildirmişdir ki, aralarında olan borc məsələni bir ay müddətində bağlayacağı ilə razılaşmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı oğlu X3 təklifi ilə Cavabdeh Bakı şəhərində Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində təmir-bərpa işləri görmüş, həmin işlərin yerinə yetirilməsinə görə X2 müxtəlif vaxtlarda 31.500 manat pul almışdır. İddiaçı isə cavabdehə 6700 manat məbləğində borc pul verdiyini iddia edir və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. İşin faktiki hallarından görünür ki, Cavabdeh Bakı şəhəri Buzovna qəsəbəsində yerləşən evin təmiri ilə əlaqədar iddiaçının oğlu ilə aralarında şifahi razılaşma əsasənda həmin evin təmir bərpa işlərini yerinə yetirmiş, bunun müqabilində X2 31.500 manat pul almışdır. Lakin İddiaçı cavabdehin ondan 6700 manat məbləğində borc pul aldığını iddia edir. Lakin bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 6700 manat məbləğində pulun alınaraq ona verilməsinə əsas verə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçıya aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh 6700 manat məbləğində pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar