Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2519/2025 15.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9570 manat pulun və 115.70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X1 uzun müddətdir ki tanıyır və bir yerdə işləmişlər. 2014-cü ildə cavabdeh ona yaxınlaşaraq övladının universitetə qəbul olduğunu, lakin ödənişli əsaslarla oxuyacağını, ancaq buna maddi imkanının çatmadığını bildirərək ondan pul istəmişdir. Ona etibar edərək, “X4” kredit təşkilatından xx.xx.2014-cü ildə 6426 manat məbləğində kredit götürərək cavabdeh Quliyev Rafızə vermişdir. Həmin kredit müqaviləsi əsasında təqdim olunmuş ödəniş cədvəlinə əsasən hər ay 265.80 AZN məbləğində ödəniş olunmalı idi. Cavabdehlə aralarında olan razılaşmaya əsasən cavabdeh hər ay həmin məbləği gecikdirmədən ödəməyə söz vermişdir. Ona arxayın olmuş və elə zənn etmişdir ki, kreditin ödənilməsində heç bir problem yoxdur. Lakin bir müddət sonra ona bank tərəfindən məlumat verilmişdir ki, “adına olan kredit gecikmədədir və məsələnin həlli üçün aidiyyəti hüquqi tədbirlər görülüb. Bundan sonra cavabdehlə çətinliklə də olsa əlaqə saxlamış və çox kobud şəkildə bildirmişdir ki, “sən hələ yaşayırsa” ?! və bu sözdən sonra məlum olmuşdur ki, həmin şəxslə danışıqlar yolu ilə məsələni həll etmək mümkünsüzdür. Bundan əlavə cavabdeh mənə saxta çeklər göndərərək guya poçt ünvanına müəyyən məbləğlərdə pul göndərmişdir, lakin həmin çeklərdə heç bir ünvan qeyd olunmamışdır. Həmçinin düz olsa belə həmin çeklər orada göstərilən ödənişlər 106 AZN olmuş, ancaq kredit üzrə ödəniləcək aylıq ödəniş isə 266 AZN olub. İddiaya etiraz: Cavabdeh iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə razılaşmayaraq göstərir ki, İddiaçı ilə birlikdə işləmişdir. xx.xx.2013-cü il tarixdə X4 ASC-dən 5000 manat iddiaçının adına kredit götürmüş, 20 ay hər ay 206 manat ödəniş etmişdir. Maddi imkanı olmadığından ödənişini dayandırmış, xx.xx.2016-cı il tarixdən hər ay hissə-hissə qalan borcu İddiaçı adına poçt vasitəsi ilə göndərmişdir. * Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia ərizəsinə etirazda göstərdiyi xüsusatlara uyğun izahat verərək göstərmişdir ki, İddiaçı heç bir borcu yoxdur. İddiaçının ərizəyə əlavə etdiyi kredit müqaviləsi onun öz adına olan kredit müqaviləsidir. İddiaçının adına götürdüyü kredit müqaviləsi üzrə iddiaçıya zamin durmuş, həmin müqavilə üzrə borcunu tam olaraq bağlamışdır. İddiaçıya heç bir borcu yoxdur. Əgər iddiaçının həmin müqavilə üzrə borcu olsaydı bank keçən müddət ərzində borcun tutulması tələbi ilə bağlı məhkəməyə müraciət edərdi. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə cavabdehi dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş X4 ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı istehlak məqsədi ilə 34 ay müddətinə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə zaminlik müqaviləsi bağlanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı X4 ASC-dən 2014-cü il tarixdə öz adına 6426 manat kredit götürərək Cavabdeh 6426 manat pul verdiyini, həmin pulu Cavabdeh ona qaytarmadığını bildirir. Məhkəmə baxışında iştirak edən Cavabdeh göstərmişdir ki, İddiaçı adına X4 ASCdən kredit müqaviləsi üzrə 5000 manat kredit götürmüş, həmin kredit müqaviləsinin təminatı kimi zamin durmuşdur. Kredit müqaviləsi üzrə 20 ay 206 manat ödəniş etmiş, maddi imkanı olmadığından ödənişini dayandırmış, 2016-cı il tarixdən ödənişi İddiaçı adına poçt vasitəsi ilə göndərmişdir. İddiaçıya heç bir borcu yoxdur. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 9570 manat borc pul verdiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 9570 manat pulun və ödənilmiş 115.70 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh 9570 manat pulun və ödənilmiş 115.70 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-2519/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2519/2025
15.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver