Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-252/2023 01.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı AĞASƏF” Fərdi Şirkətinin nümayəndəsi (qanuni təmsilçisi) X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı AĞASƏF” Fərdi Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı AĞASƏF” Fərdi Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3474 manat ziyanın və 55 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobil təmiri sexində usta işləyirlər. 2022-ci ilin iyul ayında İddiaçı mülkiyyətində olan Hyundai HD 72 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomaşının təmirə ehtiyacı olduğundan, həmin avtomaşını təmir edilməsi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təhvil vermişdir. Cavabdehlər avtomaşında təkər topunu bağlayarkən, topun qaykası düz bağlanmamış, qayka çəplənmişdir. Cavabdehlər tərəfindən həmin avtomaşında təkər topunun qaykasının çəp bağlanması, avtomaşında digər ehtiyyat hissələrinin yararsız hala düşməsinə səbəb olmuşdur. Avtomaşında arxa körpü əyilmiş, yararsız hala düşmüş və nəticədə 3474 manat məbləğində maddi zərər dəymişdir. Bu barədə rayon Polis Şöbəsinə rəsmi müraciət olunmuşdur, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göyçay rayon Polis Şöbəsində izahatları alınmış, onlar avtomaşında arxa körpü əyilməsini, yararsız hala düşməsini və nəticədə 3474 manat məbləğində maddi zərər vurulmasını etiraf etsələr də, vurulmuş zərərin əvəzini ödəməmişlər. İddiaya etiraz: Cavabdeh2 iddiaya etiraz edərək göstərmişdir ki, Cavabdeh1 ilə birlikdə işləmir, İbad Göyçay Rayon İcra Hakimiyyətinin nəzdində olan Tikinti və Abadlıq İdarəsində fəhlə vəzifəsində işləyir. Cavabdeh1la Göyçay Rayon Polis Şöbəsində izahat verərkən avtomobilin yarasız hala düşməsinin məhz “qaykanın çəp bağlanması” və bu səbəbdən maddi zərər vurulması kimi etirafedici fikir yazmamışlar. Avtomobildə topdan əlavə körpünün əyri olması kimi ciddi nasazlıq olub, məhz bu səbəbdən qəza olması ehtimalının yüksək olmasını bildirmişlər. Təmir etdiyi hissə isə yalnız avtomobilin arxa topunun diyircəyinin dəyişdirilməsi işi olmuş, işini bitirdikdən sonra topu lazımı qaydada sıxmaqla bağlamışdır. Qaykanın əyri bağlanması fikri isə olduqca absurd və əsassız iddiadır. Belə ki, Hyundai HD 72 markalı xarici avtomobilin keyfyyəti elə səviyyədə olur ki, hər hansı usta məqsədli şəkildə “qaykanı çəp bağlamaq” istəsə belə, bu mümkünsüz olacaqdır. Yarasız vəziyyətə salınması iddia edilən Hyundai HD 72 markalı ** AC *** markalı avtomobilə 15 ildir ki, müxtəlif vaxtlarda çilingər texniki xidməti göstərmişdir. Son dəfə avtomobil onun sexinə gətirildikdə həmin avtomobilin arxa topunun nasaz olduğunu sürücü ona bildirmişdir. Hətta ona bildirmişdir ki, başqa təmir sexlərində 2-ci dəfədir təmir olunur, yenə də avtomobil normal işləmir. Sürücünün dediyinə görə həmin gün avtomobilin arxa topu Bakıda təmir olunsa da, Göyçay rayonuna qayıtdıqda top yolda tamamilə kilidlənib, rayonun Qızılağac ərazisində isə tamamilə sıradan çıxıb. Qızılağac kəndinə gedərək avtomobilin arxa topuna müvəqqəti diyircək qoymuş ki, gedib yüklərini boşaldıb sonra işlədiyi təmir sexinə gətirsinlər. Avtomobildə olan nasazlığa görə 1 gün sonra yanına Elbrus adlı sürücü gələrək avtomobilin təmir olunmasını ona həvalə etmişdir. Avtomobili zəruri qaydada təmir edərək sonradan yoxlamışdır. Həmin vaxt heç bir nasazlıq olmamışdır. Ertəsi gün Elbrus ona zəng edərək topda qızma olduğunu bildirmişdir. Ona məsləhət görmüşdür ki, ola bilsin ki, avtomobildə başqa bir problem var. Ona arxa körpüdə problem ola biləcəyini bildirmişdir. Buna baxmayaraq sürücü avtomobili hansısa texniki xidmətə aparmaq əvəzinə işi ilə əlaqədar avtomobili idaretməyə davam etmişdir. Nəticədə də avtomobilin arxa tərəfi dağılmış, avtomobilə ziyan vurulmuşdur. Hyundai HD 72 markalı avtomobil 3500 kq yük tutumlu yük avtomobili olsa da, həmin avtomobil daima 11 000 kq daşdan olan tikinti materialları ilə yüklənmiş olurdu. Avtomobilin belə bir yük qarşısında saz vəziyyətdə olması, hec cürə inandırıcı ola bilməz. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı AĞASƏF” Fərdi Şirkətinin nümayəndəsi (qanuni təmsilçisi) X6 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək, iddiaya etirazda göstərdiyi xüsusatları müdafiə edərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, DOST iş mərkəzində sosial işçidir. 2022-ci ilin iyul ayında Cavabdeh2 işlədiyi avtomobil təmiri sexində X3 məxsus avtomobilin təmir edilməsində Cavabdeh2 köməklik etmişdir. Həmin avtomobilin arxa topunun diyircəyini dəyişdirmiş, topu sıxmış və avtomobili təhvil vermişlər. Avtomobildə başqa heç bir iş görməmiş, təmir etməmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X5 göstərmişdir ki, AĞASƏF” Fərdi Şirkətində sürücü vəzifəsində çalışır. Həmin şirkətə məxsus Hyundai HD 72 avtomobilin təmiri üçün Cavabdeh2 məxsus avtomobil təmiri sexinə vermiş, daha sonra İlham lazım olan avtomobilin təmiri üçün lazım olan mallarıın siyahısın yazıb vermiş, Bakı şəhərində yerləşən Hyundai servisdən lazım malları almışdır. Bir neçə gün sonra avtomobili götürərkən Cavabdeh2 avtomobilin təkərinin qaykasını təmir etdiyi bildirmişdir. Daha sonra avtomobilin təkərinin topu yolda qızmış, Mahir Əliyevlə birlikdə avtomobili Bakı şəhərində yerləşən hyundai servisə aparmışdır. Servisdə məlum olmuşdur ki, avtomobilin təkərinin qaykası düzgün bağlanmamışdır. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan X1 Reyestrindən çıxarışdandan görünür ki, Ağasəf Fərdi şirkəti xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X4r. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1611.31 manat dəyərində avtomobil ehtiyat hissəsi alınmışdır. İş materiallarında olan Ağasəf Fərdi şirkətinin müdiri X6,sürücü X5, Auto Azərbaycan şirkətinin Hökməli bölməsinin ustası X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Hyundai HD 72 markalı ** AC *** dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2022 ci il tarixdə servisə “Arxa sağ təkər topunun qızması problemi ilə müraciət etmişdir. Təkər topunun sökülməsi zamanı topun qaykasının çəplənməsini, arxa körpünün əyilməsini müəyyən edilmişdir. Ağasəf Fərdi şirkəti tərəfindən alınmış arxa körpünün quraşdırılmasına servis xərci 363.47 AZN təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1500 manat dəyərində avtomobil ehtiyat hissəsi alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşа düşülür. «Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir» Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı AĞASƏF” Fərdi Şirkətinin nümayəndəsi (qanuni təmsilçisi) X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin iyul ayında İddiaçı mülkiyyətində olan Hyundai HD 72 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilə 3474 manat ziyan vurduqlarını iddia edir və həmin ziyanın onlardan alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Hyundai HD 72 markalı, **-AC-*** dövlət nömrə nişanlı avtomobilin arxa topuna cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində ziyan vurulmasına dair heç bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı AĞASƏF” Fərdi Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı AĞASƏF” Fərdi Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 3474 manat ziyanın və 55 manat dövlət rüsumun alınmasına dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-252/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-252/2023
01.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver