Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-256/2020 25.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, əmlak tələbinə dair mülki işə Göyçay şəhərində 25 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona məxsus cehiz əmlakların və qızıl-zinət əşyaların və ya həmin əmlakların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı tələbini müdafiə edərək göstərmişdir ki, 12.01.2015-ci il tarixdə Cavabdeh1 ilə nikah bağlamışdır. Həmin nikahdan iki uşaqları anadan olmuşlar. Göyçay Rayon Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Ayrıldıqdan sonra ona məxsus cehiz və qızıl-zinət əşyaları cavabdehlərin evində, yəni ünvan 1 saylı ünvanda qalmışdır. Buna görə də ona məxsus cehiz əmlakları olan dəyəri 450 manat olan 1 ədəd soyuducu, dəyəri 300 manat olan bir ədəd paltaruyan maşını, dəyəri 200 manat olan bir ədəd tozsoran, dəyəri 100 manat olan bir ədəd ətçəkən maşını, dəyəri 200 manat olan bir ədəd şüşədən televizor altlığı, dəyəri 200 manat olan “Galaxy” firmasına məxsus bir ədəd elektrik sobası, dəyəri 90 manat olan "Ari" firmasına məxsus 1 ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd ütü, dəyəri 190 manat olan bir ədəd 3x4 üçün dördə xalça, dəyəri 250 manat olan bir ədəd 4x5 xalça, dəyəri 100 manat olan qədimi palaz: Dəyəri 70 manat olan iki üzlü ədyal, dəyəri 50 manat olan bir üzlü ədyal, dəyəri 200 manat olan 6 ədəd oturacağı olan stol, dəyəri 40 manat olan bir ədəd güldan, dəyəri 200 manat olan bir ədəd qazan dəsti, dəyəri 50 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 60 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 35 manat olan bir ədəd Vintelyator, dəyəri 100 manat olan bir ədəd qaz pilitəsi, dəyəri 50 manat olan bir ədəd DVD, dəyəri 50 manat olan bir ədəd Video-maqnitafon, dəyəri 50 manat olan bir ədəd KROSNU aparatı, ümumi dəyəri 60 manat olan 6 ədəd yundan döşəkçə, dəyəri 50 manat olan bir ədəd uşaq döşəyi, dəyəri 50 manat olan bir ədəd uşaq yorğanı, ümumi dəyəri 300 manat olan 2 ədəd yastıq, ümumi dəyəri 100 manat olan 4 dəst pastel dəsti, dəyəri 40 manat olan 2 dəst "Çaşka" servizi, dəyəri 20 manat olan 2 dəst xrustal stəkan dəsti, dəyəri 30 manat olan İ ədəd "Fit çalan" çaydan, dəyəri 70 manat olan 12 ədəd dəst qaşıq, dəyəri 12 manat olan 6 ədəd bulud boşqab, dəyəri 12 manat olan 6 ədəd bulud qaşığı, dəyəri 10 mat olan bir ədəd zibil qabı, dəyəri 8 manat olan bir ədəd paltar səbəti, ümumi dəyəri 8 manat olan iki ədəd dəmir vedrə, dəyəri 20 manat olan bir ədəd aş teşti, dəyəri 20 manat olan bir ədəd mürəbbə bişirmək üçün teşt, ümumi dəyəri 80 manat əlan iki ədəd pərdə (qapı və pəncərə üçün) ümumi dəyəri 10 manat olan 2 ədəd dəmir sini, ümumi dəyəri 6 manat olan 6 ədəd kasa, dəyəri 20 manat olan saç feni, dəyəri 20 manat olan bir ədəd mürəbbə qabı, ümumi dəyəri 40 manat olan 2 ədəd meyvə qabı, ümumi dəyəri 50 manat olan 2 dəst xələt, dəyəri 40 manat olan gödəkcə, dəyəri 300 manat olan bir ədəd telefonplanşetin həmçinin qızıl-zinət əşyaları olan dəyəri 800 manat olan 20 qram çəkidə yolkalı boyunbağı, dəyəri 360 manat olan 9 qram çəkidə qolbaq, dəyəri 280 manat olan 7 qram çəkidə nişan üzüyü, dəyəri 480 manat olan 12 qram çəkidə sırğa-üzük dəsti, dəyəri 160 manat olan 4 qram çəkidə anası tərəfindən verilmiş hədiyyə üzük, dəyəri 80 manat olan 2 qram çəkidə baldızı tərəfindən hədiyyə edilmiş üzük, dəyəri 240 manat olan 6 qram çəkidə Xədicə xala tərəfindən alınmış hədiyyə üzük, dəyəri 200 manat olan 5 çəkidə anası tərəfindən qızına alınmış sırğa, dəyəri 120 manat olan 3 qram çəkidə anası tərəfindən oğluna alınmış qolbaq, dəyəri 80 manat olan 2 qram çəkidə oğlunun kirvəsi tərəfindən oğluna alınmış qolbaq cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh1 və Cavabdeh2 iddianı qismən qəbul edərək göstərmişlər ki, iddiaçının iddia ərizəsində göstərdiyi iddiaçının gəlin gələrkən gətirdiyi əmlaklar dəyəri 300 manat olan bir ədəd paltaruyan maşını, dəyəri 200 manat olan bir ədəd tozsoran, dəyəri 100 manat olan bir ədəd ətçəkən maşını, dəyəri 200 manat olan bir ədəd şüşədən televizor altlığı, dəyəri 200 manat olan “Galaxy” firmasına məxsus bir ədəd elektrik sobası, dəyəri 90 manat olan "Ari" firmasına məxsus 1 ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd ütü, dəyəri 190 manat olan bir ədəd 3x4 üçün dördə xalça, , dəyəri 100 manat olan qədimi palaz, dəyəri 70 manat olan iki üzlü ədyal, dəyəri 200 manat olan 6 ədəd oturacağı olan stol, dəyəri 40 manat olan bir ədəd güldan, dəyəri 200 manat olan bir ədəd qazan dəsti, dəyəri 50 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 60 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 35 manat olan bir ədəd Vintelyator, ümumi dəyəri 60 manat olan 6 ədəd yundan döşəkçə, dəyəri 50 manat olan bir ədəd uşaq döşəyi, dəyəri 50 manat olan bir ədəd uşaq yorğanı, ümumi dəyəri 300 manat olan 2 ədəd yastıq, ümumi dəyəri 100 manat olan 4 dəst pastel dəsti, dəyəri 40 manat olan 2 dəst "Çaşka" servizi, dəyəri 20 manat olan 2 dəst xrustal stəkan dəsti, dəyəri 30 manat olan İ ədəd "Fit çalan" çaydan, dəyəri 70 manat olan 12 ədəd dəst qaşıq, dəyəri 12 manat olan 6 ədəd bulud boşqab, dəyəri 12 manat olan 6 ədəd bulud qaşığı, dəyəri 10 mat olan bir ədəd zibil qabı, dəyəri 8 manat olan bir ədəd paltar səbəti, ümumi dəyəri 8 manat olan iki ədəd dəmir vedrə, dəyəri 20 manat olan bir ədəd aş teşti, dəyəri 20 manat olan bir ədəd mürəbbə bişirmək üçün teşt, ümumi dəyəri 80 manat əlan iki ədəd pərdə (qapı və pəncərə üçün) ümumi dəyəri 10 manat olan 2 ədəd dəmir sini, ümumi dəyəri 6 manat olan 6 ədəd kasa, dəyəri 20 manat olan bir ədəd mürəbbə qabı, ümumi dəyəri 40 manat olan 2 ədəd meyvə qabı, dəyəri 300 manat olan bir ədəd telefon-planşetini olmuşdur. Məhkəmə baxışı zamanı Cavabdeh1 dəyəri 300 manat olan bir ədəd paltaruyan maşını təpiklə vuraraq qırdığını bildirmişdir. Yuxarıda qeyd edilən əmlakların iddiaçıya qaytarılmasına etirazı yoxdur.İddia ərizəsində qeyd ediləndəyəri 450 manat olan 1 ədəd soyuducu, dəyəri 250 manat olan bir ədəd 4x5 xalça, dəyəri 50 manat olan bir üzlü ədyal, dəyəri 100 manat olan bir ədəd qaz pilitəsi, dəyəri 50 manat olan bir ədəd DVD, dəyəri 50 manat olan bir ədəd Video-maqnitafon, dəyəri 50 manat olan bir ədəd KROSNU aparatı, dəyəri 20 manat olan saç feni mövcud olmamış, ümumi dəyəri 50 manat olan 2 dəst xələt və dəyəri 40 manat olan gödəkcəni evdən gedərkən özü ilə aparmış, dəyəri 300 manat olan bir ədəd telefon-planşetini özü uşaqları üçün almış, lakinuşaqların əlində düşərək sınmışdır və hazırda həmin telefonplanşet sınıq vəziyyətdə onun yaşadığı evdədir.İddiaçının iddia ərizəsində göstərdiyi dəyəri 240 manat olan 6 qram çəkidə Xədicə xala tərəfindən alınmış hədiyyə üzük mövcud olmamış, digər qızıl-ziynət əşyaları isə bir günlük toy günü üçün prokata götürülmüş və qaytarılmışdır. Buna görə də iddianın qızıl-ziynət əşyaları hissədə rədd edilməsini, cehiz əmlak hissədə isə qismən təmin edilməsini xahiş etmişlər. İş üzrə tərəfləri dinləyən, tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 ilə nikah bağlayaraq ailə qurmuşlar. İddiaçı cavabdehlərin ünvan 2 saylı ünvanda gəlin köçmüşdür. Tərəflər arasında bağlanmış nikah Göyçay Rayon Məhkəməsinin 02.04.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəyəri 450 manat olan 1 ədəd soyuducu, dəyəri 250 manat olan bir ədəd 4x5 xalça, dəyəri 50 manat olan bir üzlü ədyal, dəyəri 100 manat olan bir ədəd qaz pilitəsi, dəyəri 50 manat olan bir ədəd DVD, dəyəri 50 manat olan bir ədəd Video-maqnitafon, dəyəri 50 manat olan bir ədəd KROSNU aparatı, dəyəri 20 manat olan saç feni mövcud olmamış, ümumi dəyəri 50 manat olan 2 dəst xələt və dəyəri 40 manat olan gödəkcəni evdən gedərkən özü ilə aparmış, dəyəri 300 manat olan bir ədəd telefon-planşetini Cavabdeh1 uşaqları üçün almış, lakin uşaqların əlində düşərək sınmışdır. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş dəyəri 240 manat olan 6 qram çəkidə Xədicə xala tərəfindən alınmış hədiyyə üzük mövcud olmamışdır. Məhkəmə baxışı zamanı cavabdehlər dəyəri 300 manat olan bir ədəd paltaruyan maşını, dəyəri 200 manat olan bir ədəd tozsoran, dəyəri 100 manat olan bir ədəd ətçəkən maşını, dəyəri 200 manat olan bir ədəd şüşədən televizor altlığı, dəyəri 200 manat olan “Galaxy” firmasına məxsus bir ədəd elektrik sobası, dəyəri 90 manat olan "Ari" firmasına məxsus 1 ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd ütü, dəyəri 190 manat olan bir ədəd 3x4 üçün dördə xalça, , dəyəri 100 manat olan qədimi palaz, dəyəri 70 manat olan iki üzlü ədyal, dəyəri 200 manat olan 6 ədəd oturacağı olan stol, dəyəri 40 manat olan bir ədəd güldan, dəyəri 200 manat olan bir ədəd qazan dəsti, dəyəri 50 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 60 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 35 manat olan bir ədəd Vintelyator, ümumi dəyəri 60 manat olan 6 ədəd yundan döşəkçə, dəyəri 50 manat olan bir ədəd uşaq döşəyi, dəyəri 50 manat olan bir ədəd uşaq yorğanı, ümumi dəyəri 300 manat olan 2 ədəd yastıq, ümumi dəyəri 100 manat olan 4 dəst pastel dəsti, dəyəri 40 manat olan 2 dəst "Çaşka" servizi, dəyəri 20 manat olan 2 dəst xrustal stəkan dəsti, dəyəri 30 manat olan İ ədəd "Fit çalan" çaydan, dəyəri 70 manat olan 12 ədəd dəst qaşıq, dəyəri 12 manat olan 6 ədəd bulud boşqab, dəyəri 12 manat olan 6 ədəd bulud qaşığı, dəyəri 10 mat olan bir ədəd zibil qabı, dəyəri 8 manat olan bir ədəd paltar səbəti, ümumi dəyəri 8 manat olan iki ədəd dəmir vedrə, dəyəri 20 manat olan bir ədəd aş teşti, dəyəri 20 manat olan bir ədəd mürəbbə bişirmək üçün teşt, ümumi dəyəri 80 manat əlan iki ədəd pərdə (qapı və pəncərə üçün) ümumi dəyəri 10 manat olan 2 ədəd dəmir sini, ümumi dəyəri 6 manat olan 6 ədəd kasa, dəyəri 20 manat olan bir ədəd mürəbbə qabı, ümumi dəyəri 40 manat olan 2 ədəd meyvə qabının onlara məxsus evdə qaldığını və həmin əmlakların iddiaçıya qaytarılmasına etiraz etməmiş, qızıl-ziynət əşyalarının isə onlar tərəfindən kirayə götürüldüyünü əsas gətirərək iddiaçıya qaytarılmasına etiraz etmişlər. Göründüyü kimi iddiaçıya məxsus qeyd edilən cehiz əmlaklar cavabdehlərin istifadəsində qalmışdır. Cavabdehlər iddiaçıya məxsus dəyəri 240 manat olan üzük istisna olmaqla digər qızılziynət əşyalarının iddiaçıya hədiyyə edildiyini etiraf etmiş, lakin həmin qızıl-ziynət əşyalarının kirayə götürüldüyünü əsas gətirərək iddiaçıya qaytarılmasına etiraz etdiklərini göstərmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus cehiz əşyaları olan dəyəri 300 manat olan bir ədəd paltaruyan maşını, dəyəri 200 manat olan bir ədəd tozsoran, dəyəri 100 manat olan bir ədəd ətçəkən maşını, dəyəri 200 manat olan bir ədəd şüşədən televizor altlığı, dəyəri 200 manat olan “Galaxy” firmasına məxsus bir ədəd elektrik sobası, dəyəri 90 manat olan "Ari" firmasına məxsus 1 ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd ütü, dəyəri 190 manat olan bir ədəd 3x4 üçün dördə xalça, , dəyəri 100 manat olan qədimi palaz, dəyəri 70 manat olan iki üzlü ədyal, dəyəri 200 manat olan 6 ədəd oturacağı olan stol, dəyəri 40 manat olan bir ədəd güldan, dəyəri 200 manat olan bir ədəd qazan dəsti, dəyəri 50 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 60 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 35 manat olan bir ədəd Vintelyator, ümumi dəyəri 60 manat olan 6 ədəd yundan döşəkçə, dəyəri 50 manat olan bir ədəd uşaq döşəyi, dəyəri 50 manat olan bir ədəd uşaq yorğanı, ümumi dəyəri 300 manat olan 2 ədəd yastıq, ümumi dəyəri 100 manat olan 4 dəst pastel dəsti, dəyəri 40 manat olan 2 dəst "Çaşka" servizi, dəyəri 20 manat olan 2 dəst xrustal stəkan dəsti, dəyəri 30 manat olan İ ədəd "Fit çalan" çaydan, dəyəri 70 manat olan 12 ədəd dəst qaşıq, dəyəri 12 manat olan 6 ədəd bulud boşqab, dəyəri 12 manat olan 6 ədəd bulud qaşığı, dəyəri 10 manat olan bir ədəd zibil qabı, dəyəri 8 manat olan bir ədəd paltar səbəti, ümumi dəyəri 8 manat olan iki ədəd dəmir vedrə, dəyəri 20 manat olan bir ədəd aş teşti, dəyəri 20 manat olan bir ədəd mürəbbə bişirmək üçün teşt, ümumi dəyəri 80 manat əlan iki ədəd pərdə (qapı və pəncərə üçün) ümumi dəyəri 10 manat olan 2 ədəd dəmir sini, ümumi dəyəri 6 manat olan 6 ədəd kasa, dəyəri 20 manat olan bir ədəd mürəbbə qabı, ümumi dəyəri 40 manat olan 2 ədəd meyvə qabının və ya həmin əmlakların dəyərini təşkil edən 3111 manat, qızıl-zinət əşyaları olan dəyəri 800 manat olan 20 qram çəkidə yolkalı boyunbağı, dəyəri 360 manat olan 9 qram çəkidə qolbaq, dəyəri 280 manat olan 7 qram çəkidə nişan üzüyü, dəyəri 480 manat olan 12 qram çəkidə sırğa-üzük dəsti, dəyəri 160 manat olan 4 qram çəkidə anası tərəfindən verilmiş hədiyyə üzük, dəyəri 80 manat olan 2 qram çəkidə baldızı tərəfindən hədiyyə edilmiş üzük, dəyəri 200 manat olan 5 çəkidə sırğa, dəyəri 120 manat olan 3 qram çəkidə qolbaq, dəyəri 80 manat olan 2 qram çəkidə qolbağın və ya mövcud olmadığı halda onların dəyərini təşkil edən 2560 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manatı Cavabdeh1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus cehiz əmlaklar olan - dəyəri 300 manat olan bir ədəd paltaruyan maşın, dəyəri 200 manat olan bir ədəd tozsoran, dəyəri 100 manat olan bir ədəd ətçəkən maşını, dəyəri 200 manat olan bir ədəd şüşədən televizor altlığı, dəyəri 200 manat olan “Galaxy” firmasına məxsus bir ədəd elektrik sobası, dəyəri 90 manat olan "Ari" firmasına məxsus 1 ədəd elektrik sobası, dəyəri 50 manat olan bir ədəd ütü, dəyəri 190 manat olan bir ədəd 3x4 üçün dördə xalça, , dəyəri 100 manat olan qədimi palaz, dəyəri 70 manat olan iki üzlü ədyal, dəyəri 200 manat olan 6 ədəd oturacağı olan stol, dəyəri 40 manat olan bir ədəd güldan, dəyəri 200 manat olan bir ədəd qazan dəsti, dəyəri 50 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 60 manat olan 48 ədəd boşqab dəsti, dəyəri 35 manat olan bir ədəd Vintelyator, ümumi dəyəri 60 manat olan 6 ədəd yundan döşəkçə, dəyəri 50 manat olan bir ədəd uşaq döşəyi, dəyəri 50 manat olan bir ədəd uşaq yorğanı, ümumi dəyəri 300 manat olan 2 ədəd yastıq, ümumi dəyəri 100 manat olan 4 dəst pastel dəsti, dəyəri 40 manat olan 2 dəst "Çaşka" servizi, dəyəri 20 manat olan 2 dəst xrustal stəkan dəsti, dəyəri 30 manat olan İ ədəd "Fit çalan" çaydan, dəyəri 70 manat olan 12 ədəd dəst qaşıq, dəyəri 12 manat olan 6 ədəd bulud boşqab, dəyəri 12 manat olan 6 ədəd bulud qaşığı, dəyəri 10 manat olan bir ədəd zibil qabı, dəyəri 8 manat olan bir ədəd paltar səbəti, ümumi dəyəri 8 manat olan iki ədəd dəmir vedrə, dəyəri 20 manat olan bir ədəd aş teşti, dəyəri 20 manat olan bir ədəd mürəbbə bişirmək üçün teşt, ümumi dəyəri 80 manat əlan iki ədəd pərdə (qapı və pəncərə üçün) ümumi dəyəri 10 manat olan 2 ədəd dəmir sini, ümumi dəyəri 6 manat olan 6 ədəd kasa, dəyəri 20 manat olan bir ədəd mürəbbə qabı, ümumi dəyəri 40 manat olan 2 ədəd meyvə qabının və ya həmin əmlakların dəyərini təşkil edən 3111 manat, qızıl-zinət əşyaları olan dəyəri 800 manat olan 20 qram çəkidə yolkalı boyunbağı, dəyəri 360 manat olan 9 qram çəkidə qolbaq, dəyəri 280 manat olan 7 qram çəkidə nişan üzüyü, dəyəri 480 manat olan 12 qram çəkidə sırğa-üzük dəsti, dəyəri 160 manat olan 4 qram çəkidə anası tərəfindən verilmiş hədiyyə üzük, dəyəri 80 manat olan 2 qram çəkidə baldızı tərəfindən hədiyyə edilmiş üzük, dəyəri 200 manat olan 5 çəkidə sırğa, dəyəri 120 manat olan 3 qram çəkidə qolbaq, dəyəri 80 manat olan 2 qram çəkidə qolbağın və ya mövcud olmadığı halda həmin əmlaların dəyərini təşkil edən 2560 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu kimi ödənilmiş pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-256/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-256/2020
25.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver