Məhkəmə qərarları › İş №2(046)-2661/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2661/2025

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2661/2025 10.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3200 manat (üç min iki yüz manat) pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Göyçay şəhərində yaşayır. Cavabdeh qohumudur. Əri Şahid1 yaxın qohumudur. O dəfələrlə Cavabdeh pul lazım olduqda kömək etmək niyyəti ilə pul vermişdir. Həmişə də borca pul verəndə aldığı pulu vaxtı-vaxtında qaytarmışdır. Sonuncu dəfə Cavabdeh yaşadığı evə gələrək əri Şahid1, Xalidin qohumları olan Şahid2 və X1 iştirakları ilə 2016-cı ilin mart ayında 1200 manat və 2018-ci ilin yanvar ayında 2000 manat pul almışdır. Aldığı pulları aralarında olan danışığa əsasən vaxtında qaytarmağı öz üzərinə götürmüşdür. Cavabdeh aldığı pulları vaxtında qaytaracağına söz versədə bu vaxta qədər heç bir pul qaytarmamışdır. Dəfələrlə pulun qaytarılmasını Cavabdeh tələb etsədə o “pulu vermirəm get nə bilirsən elə heç vaxt qaytarmayacam pul almışam yaxşı eləmişəm” kimi ifadələr işlətmişdir. O bununla bağlı 2023-cü ildə Göyçay rayon polis şöbəsinə gedərək müraciət etmişdir. Onların yazılı izahatı alınmışdır. Cavabdeh izahatında ondan tələb etdiyi pulları aldığını etiraf etmiş, həmçinin də guya qaytardığını bildirmişdir. Bununla bağlı Göyçay rayon polis şöbəsində yazılı izahatları vardır. Bu məsələdən uzun müddət keçməsinə baxmayaraq Cavabdeh borclu olduğu pulu hələdə qaytarmamışdır. Həmin pulları Cavabdeh verərkən əri Şahid1, Xalidin qohumları olan Şahid2 və X2 şahid olmuşlar. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, o, 2016-cı ilin mart ayında yaşadığı evdə Cavabdeh 1200 manat pul vermişdir. Cavabdeh aldığı pulu 3-4 ay müddətinə qaytaracağını demişdir. Sonradan 2018-ci ilin qış ayında Cavabdeh 2000 manat məbləğində pul vermişdir. Həmin puluda götürərkən ona mobil telefonunda Rusiya Federasiyasında meyvə alveri ilə məşğul olduğu foto şəkilləri göstərərək Rusiya Federasiyasına gedəcəyini orada meyvə alveri edəcəyini və həmin alverdən əldə etdiyi qazanc ilə ona olan borcunu tez bir zamanda qaytaracağını bildirmişdir. Xalid Rusiya Federasiyasına gedəndən bir müddət sonra qayıtdı, qayıdarkən üz-gözünün pis gündə olmasını görmüşdür. O Xaliddən üzünün ele olmasını soruşanda Xalid ona 1 ay xəstəxanada yatdığını dedi. Xalid ona dəfələrlə pulunu qaytaracağını desədə hələdə ondan aldığı pulu geri qaytarmamışdır. O bununla bağlı 2021-ci ildə Göyçay rayon polis şöbəsinə müraciət etmişdir. Hazırki tələblə bağlı məhkəməyə gec müraciət etməyinin səbəbi Xalidin ondan aldığı pulun geri qaytaracağına inandığına görə olmuşdur. Xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ondan aldığı pulları geri qaytarmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, o, İddiaçı 2016-cı ildə 15 faiz ödəmək şərti ilə 3-4 ay müddətinə 2000 manat məbləğində pul almışdır. 2018-ci ildə borc almamışdır.İddiaçının qeyd etdiyi 2018-ci ilin yanvar ayında Rusiya Federasiyasında olmuşdur.Aldığı 2000 manat məbləğində pulu vaxtında qaytara bilmədiyinə görə faizilə birlikdə 3200 manat borc hesablanmışdır.Həmin məbləğdə pulu 2019-cu ildə qaytarmışdır. O İddiaçı aldığı pulu faizi ilə birlikdə hamısını qaytarmışdır. Məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, İddiaçı onun arvadıdır. Cavabdeh onun xalası oğludur. Arvadı İddiaçı 2016-cı ildə may-iyun ayında Cavabdeh 1200 manat məbləğində pul vermişdir. Cavabdeh pulu alarkən 1-2 ay müddətinə qaytaracığını bildirmişdir. Xalidin dediyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Xalid 1200 manat pulu Sevdaya qaytarmamışdır. Daha sonra arvadı Sevdanın dediyinə görə Sevda Xalidə 2000 manat pul vermişdir. 2000 manat pul onun yanında verilməyib, həmin vaxtı o işdə olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, İddiaçı bibisinin gəlini Cavabdeh isə onun əmisi nəvəsidir. 2016-cı ildə Xalidə pul lazım olduğu üçün onun avtomobili ilə Xalidlə birgə Sevdanın yaşadığı evə gedərək Xalid Sevdadan 1200 manat pul almışdır. Sevda həmin pulu Xalidə 15 faizlə vermişdir. Xalid həmin pulu 6 ay müddətinə qaytaracağına söz verdi. Daha sonra 2016-cı ildə yenidən Xalidlə birgə Sevdanın yaşadığı evə gedərək 2000 manat Xalid Sevdadan pul almışdır. Həmin pulu Sevda Xalidə hansı şərtlə verdiyi tam olaraq yadında deyil. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatından görünür ki, Cavabdeh göstərmişdir:«İddiaçı yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin ərizə ilə əlaqədar deyə bilərəm ki, İddiaçı xalası oğlu Şahid1 həyat yoldaşıdır. 2016-cı ildə İddiaçı ona 2000 manat faizə pul vermişdir. Həmin pulu İddiaçı ona 15 faizlə vermişdir. O həmin pulu götürəndə birbaşa 3-4 aya qaytarmalı idi. Elə oldu ki pulu dediyi müddətdə qaytara bilməmişdir və həmin pulun faizi oldu 3200 manat. O həmin 3200 manat pulu 2019-cu ildə tam ödəyib qaytarmışdır. Hal-hazırda onun İddiaçı heç bir pul borcu qalmamışdır.» İşə əlavə edilmiş İddiaçı Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatından görünür ki, İddiaçı göstərmişdir: «xx.xx.2021-ci il tarixdə ərizə ilə Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət etmişəm. Cavabdeh mənim həyat yoldaşım Şahid1 xalası oğludur. 2016-cı ilin yay aylarında Cavabdeh dayısı oğlu Rəşdilə mənim yaşadığım ünvana gələrək Rəşid mənə dedi ki, Xalidə təcili pul lazımdır, mən zamin dururam ona 2000 manat pul ver. Mən dedim ki, Xalid yalançıdır ona pul vermirəm, lakin dedim ki,Rəşid dedi ki Xaliddən pulu mən alıb verəcəm. Mən razılaşdım və 15 gün müddətinə qaytarmaq şərti ilə Xalidə 2000 manat borc pul verdim. Lakin deyilən vaxt çatdı Cavabdeh mənim pulumu qaytarmadı. Dəfələrlə Rəşidə dedim, lakin pulumu ala bilmədim.Sonradan 2018-ci ildə yenə Rəşid Xalidlə gəldi və yenə yalvardı yaxardı və mən ona 1200 manat borc pul verdim. Lakin Xalid pulumu qaytarmadı . Ümumilikdə Cavabdeh mənə 3200 manat pul borcu var. Bu vaxtadək Cavabdeh pulumu ala bilməmişəm». İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 54 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddiamüddəti yenidən başlanılır.Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İşin faktiki halları tərəflər arasında borc müqaviləsi üzrə mülki hüquq münasibətinin yaranması, iddianın maddi hüquqi əsasını isə Mülki Məcəllənin 739-cu maddəsində göstərilən borc münasibətini tənzimləyən maddi hüquq norması təşkil etməsi nəticəsinə gəlməyə əsas verir. İddia ərizəsindən və iddiaçının məhkəmədə verdiyi izahatından müəyyən olunur ki,iddia tələbi 2016-cı ilin mart ayında 1200 manat və 2018-ci ilin yanvar ayında 2000 manat məbləğində şifahi borc müqaviləsindən irəli gələn mübahisə ilə bağlı olmuşdur.Baxmayaraq ki,İddiaçı Göyçay Rayon Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatında 2016-cı ilin yay aylarında Cavabdeh 15 gün müddətinə qaytarmaq şərti ilə 2000 manat borc pul verməsini,sonradan isə 2018-ci ildə yenə Xalidl Məmmədova 1200 manat borc pul verməsini qeyd etmiş,məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq verilmiş tələblər üzrə işə baxaraq qətnamə qəbul etmiş,tərəflər arasında 2016-cı ilin mart ayında 1200 manat və 2018-ci ilin yanvar ayında 2000 manat məbləğində şifahi borc müqaviləsinin bağlanıb-bağlanmaması,həmin müqavilələrin icra edilib-edilməməsi barədə sübutları tədqiq etməli olmuşdur. Məhkəmə şahid ifadələrində olan məlumatların dəqiq,dolğun olmaması,bir-birini tamamlamaması səbəbindən mübahisənin düzgün həlli məqsədi ilə mötəbər sübut qismində nəzərə almamışdır.(Ən azından ona görə ki,Şahid1 ifadəsində 2016-cı ilin mayiyun ayında 1200 manat pulun 1-2 aya qaytarmaq şərtilə verilməsini,2000 manat məbləğində pulun verilməsində isə ümumiyyətlə iştirak etməməsini,arvadı İddiaçı sözlərindən bu barədə məlumatın olmasını,digər Şahid2 isə 2016-cı ildə (dəqiq hansı ayda verilməsini bilmir) 1200 manat borcun 15 faizlə verilməsini,2000 manat məbləğində pulun da 2016-cı ildə verilməsini göstərmişlər,yəni iddiaçının izahatında və iddia ərizəsində şifahi borc müqavilələrinin istər tarixlər,istərsə də şərtlər baxımından istinad etdiyi halları təsdiq etməmişlər. Buna baxmayaraq məhkəmə Cavabdeh 2016-cı ildə İddiaçı 2000 manat məbləğində pulu 3-4 aya qaytarmaq şərtilə alması barədə Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2021-ci il tarixli yazılı izahatı pulun verilməsinin etirafı kimi qəbul edib,hesab edir ki,İddiaçı 2016-cı ilin mart ayında 1200 manat məbləğində Cavabdeh ilə şifahi borc müqaviləsinin bağlanması təsdiq edilmiş hesab olunmalıdır.Lakin verilməsi öz təsdiqini tapmış 1200 manat məbləğində pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşımasına baxmayaraq, o, yaranmış öhdəliyi lazımi qaydada tam şəkildə icra etdiyinə dair hər hansı sübutu təqdim edə bilməmişdir. Digər hissədə isə,yəni 2018-ci ilin yanvar ayında 2000 manat məbləğində şifahi borc müqaviləsinin bağlanması tədqiq edilmiş sübutlarla təsdiq olunmamış və iddiaçı istinad etdiyi halın təsdiqi kimi başqa sübutları təqdim etməmişdir.Ona görə də 2018-ci ilin yanvar ayında 2000 manat məbləğində şifahi borc müqaviləsinin bağlanması təsdiq olunmadığından, həmin müqavilədən irəli gələn borcun qaytarılması barədə tələb təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki,2016-cı ilin mart ayında 1200 manat məbləğində bağlanmış şifahi borc müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə əlaqədar iddia müddətinin tətbiqi üçün qanuni əsaslar müəyyən edilmişdir. Belə ki,borc münasibətləri 2016-ci ilin mart ayında 1200 manat məbləğində borcun verilməsi ilə yaranmış,borc (iddiaçının bildirdiyinə və cavabdehin təsdiqinə görə) 3-4 ay müddətinə verilmiş, icra müddəti müəyyənləşdirilmiş öhdəlik üzrə iddia müddətinin axımı icra müddətinin başa çatdığı 2016-cı ilin avqust ayından hesablanmalıdır.Nəzərə alınsa ki,müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir, 2016-ci il tarixli müqavilə üzrə iddia müddətinin axımı 2016-ci ilin avqust ayından başlanılaraq 2019-cu ilin avqust ayında başa çatır.İddiaçı isə xx.xx.2025-ci il tarixdə,yəni iddia müddəti başa çatdığı vaxtdan təxminən 6 il sonra iddia qaldırmışdır. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə Cavabdeh ərizə verməsini nəzərə alıb, hesab edir ki, 2016-cı il tarixli mart ayında başlanılan borc münasibətləri üzrə 3 illik iddia müddəti tətbiq olunmaqla 2019-cu ilin avqust ayında başa çatdığından, Cavabdeh 1200 manat məbləğində pulun alınması tələbinə dair İddiaçı iddiası təmin olunmamalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. İşdə olan sənədlərə görə məhkəmə xərcləri ödənilmiş 54 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 3200 manat məbləğində pulun alınması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar