Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2715/2021 29.12.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" ASC iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ümumilikdə 1770.05 manat borc və ödənilmiş 38 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmənin icraatında iddiaçı BOKT "xxxx" ASC hazırki cavabdehlərə qarşı eyni tələblə mülki iş vardır. Qeyd edilən mülki iş məhkəmənin icraatına e-2(046)- 2696/2021 nömrəsi altında qeydiyyata alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq QƏRAR VERDİ : İddiaçı BOKT "xxxx" ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-2715/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2715/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver