Məhkəmə qərarları › İş №2(046)-2729/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2729/2025

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2729/2025 18.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 400 manat məbləğində borcun və 30 manat iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun, cəmi 430 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, təxminən 3-4 ay bundan qabaq Göyçay rayon sakini Cavabdeh lotoreya oynamaq üçün 400 manat pul göndərmişdir. Bundan bir müddət keçəndən sonra isə o ondan pulunu söz verdiyi kimi qaytarmasını istəmişdir. Dəfələrlə zəng vurub pulunu geri istəsədə o pulu qaytarmamışdır. Buna görə də o Göyçay Rayon Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Göyçay Rayon Polis Şöbəsində izahat verən Cavabdeh ona 400 manat borcu olduğunu etiraf etmişdir. Buna baxmayaraq indiyə kimi etiraf etdiyi həmin 400 manatı ona qaytarmamışdır. Ona görə də o hal-hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, Cavabdeh Göyçay Rayon Polis Şöbəsində verdiyi izahatı əsas götürməklə ondan 400 manat borcun qaytarılması barədə iddia ərizəsi verməyə məcbur qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, o, Cavabdeh lotoreya oynamaq üçün 400 manat pul vermişdir. Lotoreya Cavabdeh təşkil etdiyi 10 nəfərdən ibarət olan oyun idi. Həmin bu oyunda iştirak edən şəxslər aylıq 200 manat ödəməli idilər. Hər kəsin öz növbəsi çatdıqda pulu götürürdü. Növbəsi 3-cü idi. Növbəsi çatan zaman Cavabdeh lotoreya pulunu tələb etdi. Cavabdeh lotoreya oynunun olmadığını onları aldatdığını demişdir. Bu məsələdən sonra ona məlum oldu ki, Cavabdeh onlardan aylıq lotoreya pulunu onları aldatmaq yolu ilə almışdır və o Cavabdeh lotoreya üçün verdiyi 400 manat pulu tələb etdikdə Quba ona lotoreya oynunun oynadılmadığını demişdir. Dəfələrlə Cavabdeh pulunu tələb etsədə pulunu geri ala bilməmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, İddiaçı onun qohumudur. Cavabdeh onun tanışıdır. Cavabdeh ona zəng vuraraq 10 nəfərdən ibarət lotoreya oyunu təşkil etdiyini bildirmişdir. O qohumu İddiaçı belə bir lotoreya oyunun olduqunu bildirmiş, İddiaçı hər ay 200 manat olmaqla ümumilikdə 400 manat məbləğində pulu Cavabdeh vermişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx; AA 6273200) xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş və Göyçay şəhəri, İbrahim Göyçaylı küçəsi, ev 1-də qeydiyyatdadır. İşə əlavə edilmiş 10 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində material üzrə cinayət işi başlanılması rədd edilmiş, X2, İddiaçı və Şahid1 onlara dəymiş ziyanla bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmiş və qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində verdiyi yazılı izahatında göstərmişdir ki,» Şahid1, İddiaçı və Əhmədova Ayşənin şikayətləri ilə tanış olmuşdur. O həmin şəxslərə qarşı heç bir dələduzluq etməmişdir. Ona ayrı ayrılıqda Gülay 1940 manat, Məhbus 400 manat, Ayşən isə 1029 manat ümumilikdə isə 3369 manat pul göndərilib. Həmin pulların hamısını Şahid1 göndərmişdir. Həmin pulları hissə-hissə qaytaracam» İşə əlavə edilmiş cavabdeh İddiaçı Göyçay rayon Polis Şöbəsində verdiyi yazılı izahatında göstərmişdir ki, «X3 əvvəllər tanımamışdır. Həmin xanımın aylıq lotereya oynamasını ona həmkəndlisi olan Şahid1 bildirmişdir. O həmin lotereya oynamaqla razılaşmışdır. Öz növbəsində Gülayın atdığı, lakin Quba adlı xanıma məxsus olan karta xx.xx.2025-ci il tarixdə 200 manat xx.xx.2025-ci il tarixdə isə terminal vasitəsi ilə 200 manat ümumilikdə isə 400 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə isə Gülay ona bildirdi ki, həmin şəxs dələduz imiş, və onların pullarını aldadaraq ələ keçirmişdir. O da bu barədə Göyçay RPŞ-ya ərizə ilə müraciət etmişdir.» İşə əlavə edilmiş DVD diskdə olan videoyazıya baxış keçirilmişdir. Videoyazıdan görünür ki, “Whatsapp” sosial şəbəkəsində yazışmalar və səsyazısı aparılmış, 200 manat məbləğində pulun ödəniş terminal vasitəsilə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qəbzin fotoşəkili vardır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, Cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçı məxsus əmlak hesabına, yəni qaytarılması gözlənilən və müəyyən məqsədə verilən pul vəsaitini qaytarmayaraq əsassız varlanmış və buna istinad edən iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz əmlakını, yeni cavabdeh tərəfindən qaytarılmayan pul vəsaitini geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə nəzərə çatdırır ki,prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəlləsinin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Hazırkı iddia tələbi üzrə də Cavabdeh İddiaçı 400 manat məbləğində pul alması faktını Göyçay Rayon Polis şöbəsində verdiyi izahatında təsdiq etmişdir. Məhkəmə qeyd edir ki,əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilə bilər. Hazırkı işdən də göründüyü kimi cavabdeh 400 manat məbləğində pulu iddiaçıdan almasını etiraf etmiş, lakin pulun qaytarılması ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır.Beləliklə pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olması iş materiallarında olan sübutlarla tam təsdiq olunmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Abduləl oğluna verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 400 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar