Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-2786/2025 25.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pulun alınması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1800 manat məbləğində borc pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 15 yanvar 2026-cı il tarixə saat 11:45-ə təyin edilmiş, məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, Cavabdeh isə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılması mümkün olmadığından məhkəmənin hazırlıq iclası təxirə salınmışdır. xx.xx.2026-cı il tarixə saat 11:00-a təxirə salınmış məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə təkrar məlumat verilmiş, İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında səhhətilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini və məhkəmə iclasının növbəti ayda keçirilməsini xahiş etmişdir, Cavabdeh isə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş, işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri daxil olmamışdır. xx.xx.2026-cı il tarixə saat 12:00-a təxirə salınmış məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə bir daha məlumat verilmiş, İddiaçı məhkəməyə gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir, Cavabdeh məhkəmə bildirişi çatdırılmasına baxmayaraq məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş, işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə görə məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Tərəflər məhkəməyə gəlməməyin üzürlü səbəbdən olması barədə sübutlar təqdim etməmişlər. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə hazırlıq iclasına təkrar gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. İddiaçı “Dövlət rüsumu haqqında" Azərbacyan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumunu ödəməkdən azad olunduğundan dövlət rüsumu ödənilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pulun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki,iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-2786/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-2786/2025
25.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver