Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-28/2021 18.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 Bəhrəm oğluun, Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X1 və Göyçay suvrama sistemləri idarəsinin baş mühəndisi Nümayəndə iştirakı ilə, zəbt edilmiş suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi ilkin və suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tikililərin sökülməsi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 zəbt etdiyi suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək iddiaçılar tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasarın sökülməsi, eləcə də suvarma arxının mühafizə zolağının açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 Bəhrəm iddia tələbinin müdafiə və qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, 2000-ci ildən icarə müqaviləsi ilə bu günədək 1998-ci il 28 avqust tarixli 41 saylı qərarı və JN 1028 (kod-********) saylı Dövlət Aktı ilə X3 verilmiş torpaq sahəsini əkibbecərir və bu günədək torpaq vergisini ödəyir, X2 torpağının qonşu torpaqlarını X4 pul müqabilində almış və həmin əraziləridə əkib-becərirlər. Cavabdeh1 onların torpaq sahələrinə gedən bələdiyyənin hesabında olan 3 ha torpaq sahəsini qanunsuz zəbt edərək və suvarma arxının kənarını çəpərləyərək onları ərazilərini suvarmağa imkan vermir. Bu barədə Göyçay rayon İcra Hakimiyyətinə, Ərəbcəbirli kənd İcra Nümayəndəliyinə və Ərəbcəbirli Bələdiyyəsinə dəfələrlə şifahi və yazılı müraciət etmiş, lakin heç bir nəticə əldə etməmişlər. Cavabdeh1 həmin suvarma arxını zəbt edərək ondan istifadəsinin qarşısını almış və həmin suvarma arxının kol-kosdan təmizlənməsinə mane olmuşdur. Buna görə də ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 ilkin iddianı qəbul etməyərək qarşılqı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, İddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 ilkin iddia ərizəsində suvarma arxı kimi qeyd etdikləri, suvarma arxı deyil, kənd sakini Cavabdeh2 tərəfindən qazılmış, mülkiyyətində olan torpaq sahəsinin sərhədlərini bildirən xəndəkdir. İddiaçıların həyatyanı torpaq sahələrini suvarmaları üçün əsas suvarma arxı vardır,həmin suvarma arxından iddiaçıların istifadə etmələrini heç kim mədudlaşdırmır və uzun müddətdir ki, həmin suvarma arxından iddiaçılar istifadə edir. İddiaçıların əsas tələbi suvarma arxının açılması deyil, həmin ərazidən yol açılmasını istəyirlər. Bundan başqa iddiaçılar suvarma arxının mühafizə zolağı kimi qeyd etdikləri ərazidə tövlə və daş hasar tikdirmişlər. Həmin suvarma arxı iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən keçərək onun mülkiyyətində olan torpaq sahəsinə kimi davam edir. Buna görə də ilkin iddianın rədd edilməsi, iddiaçılar tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi X5 izahat verərək göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında əks edilməmişdir. Göyçay suvrama sistemləri idarəsinin baş mühəndisi Nümayəndə izahat verərək göstərmişdir ki, tərəflərin iddia etdikləri ərazidə suvarma arxı nəzərdə tutulmamışdır. İş üzrə digər iddiaçıya məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüsynli kəndində 0.4260 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 Bəhrəm oğluun adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Göyçay rayonu Mirzəhüsynli kəndində 0.51 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, jş materiallarına əsasən Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında əks edilməmişdir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 351.80 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2019-cu il tarixli 28636 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Ağsu LTİ-nin mütəsəssis rəyinən əsasən, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinə suvarılmasına xidmət edən suvarma arxının elektron baza məlumatlarında əks edilmədiyi müəyyən olundu. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti “xxxx” MMC Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında mövcud deyildir, bu səbəbdəndə iddiaçılar tərəfindən inşa olunmuş tövlə və daş hasarın suvarma arxının mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. Mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 471.70 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2020-ci il tarixli 10/1056 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Göyçay rayonu, Mirzəhüseynli kəndində yerləşən mübahisəli suvarma arxı elektron baza məlumatlarında mövcud deyildir, bu səbəbdən iddiaçılar tərəfindən inşa olunmuş tövlə və daş hasarın suvarma arxının mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. İddiaçılar tərəfindən inşa olunmuş tövlə və daş hasarın suvarma arxının mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadığı üçün, həmin tikililərin Cavabdeh1 məxsus olan torpaq sahəsinin suvarılmasına maneçilik törədibtərətməməsinə dair tədqiqat aparılmadı. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ekspert rəyinə əsasən RX ******* saylı və RX ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışışları ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.4260 ha və 051 ha torpaq sahələrinin suvarılması üçün suvarma arxı elektrok baza məlumatlarında əks etdirilməmişdir. Bundan başqa qeyd edilən torpaq sahələrinin suvarılması üçün suvarma arxı elektrok baza məlumatlarında mövcud olmadığından iddiaçılar tərəfindən həmin suvarma arxının üzərində iddiaçılar tərəfindən tövlə və daş hasarın tikilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onlara məxsus torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş suvarma arxının mühafizə zolağının tutulmasına dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tövlə və daş hasar tikilməsinə dair dair heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ilkin İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşı zəbt edilmiş suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İlkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğluna və İddiaçı2 qarşı suvarma arxının mühafizə zolağının üzərində tövlə və daş hasarın sökülməsi və suvarma arxının mühafizə zolağının açılması tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesba edir ki hər iki iddia rədd edildiyin tərəflər tərəfindən ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməli, hər iki mütəxəssis rəyinin verilməsinə çəkilmiş 823.50 manat məhkəmə xərcinin 411.75 manatı ilkin iddia üzrə iddiaçılardan, 411.75 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməli, iş üzrə ekspertiza xərci olan 200 manatın 100 manatı ilkin iddia üzrə iddiaçılardan, 100 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin İddia rədd edilsin. İddiaçı1 Bəhrəm oğlunun və İddiaçı2 Cavabdeh1 qarşı zəbt edilmiş suvarma arxının mühafizə zolağının açılaraq istifadəyə verilməsi barədə tələbi təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh1 iddiaçılar İddiaçı1 Bəhrəm oğlu və İddiaçı2 tərəfindən suvarma arxının mühafizə zolağının üzərində tikilmiş tövlə və daş hasarın sökülməsi eləcə də suvarma arxının mühafizə zolağının açılması barədə tələbi təmin edilməsin. İş üzrə hər iki mütəxəssis rəyinin verilməsinə çəkilmiş 823.50 manat məhkəmə xərcinin 411.75 manatı ilkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlundan və İddiaçı2 müştərək qaydada, 411.75 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin VÖEN **********, AZ 37NABZ******************** nömrəli hesabına keçirilsin. İş üzrə ekspertiza xərci olan 200 manatın 100 manatı ilkin iddia üzrə iddiaçılar İddiaçı1 Bəhrəm oğlundan və İddiaçı2 müştərək qaydada, 100 manatı isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-28/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-28/2021
18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver