Məhkəmə qərarları › İş №2(046)-298/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-298/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-298/2025 04.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçınun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qeyri-yaşayış obyektindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2026-cı il tarixə qədər qüvvədə olan "xxxx" MMC ilə onun arasında bağlanmış “qeydi-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli icarə müqaviləsinə əsasən icarəsinə verilmiş ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin qeyri-yaşayış obyektinin boşaldılaraq istifadəsinə verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, R-QROUP” MMC ilə arasında bağlanmış “qeydi-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyriyaşayış obyekti (1 il müddətinə) İddiaçı icarəsinə verilmişdir. Bundan sonra tərəflərin razılığı ilə icarə müqaviləsinin müddəti 01 iyun 2026-cı il tarixə qədər uzadılmış, icarə müqaviləsinin sonuncu səhifəsində bu barədə qeydiyyat aparılmış, "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmişdir. 01 iyun 2026-cı il tarixə qədər qüvvədə olan "xxxx" MMC ilə arasında bağlanmış “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli icarə müqaviləsinə icarəsinə verilmiş ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyekti heç bir qanuni əsas olmadan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş və istifadə olunur. Dəfələrlə şifahi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyektindən çıxmalarını tələb etsəmdə heç bir faydası olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh1 tərəfindən iddiaya etiraz: 2022-ci ilin əvvələrində Göyçay şəhərində yerləşən "xxxx" MMC-yə məxsus (bazar) deyilən ərazidən qeyri-yaşayış sahəsinin (obyektin) icra rəyə verilməsi ilə bağlı maraqlanmağa başlamış, bir müddət sonra həmin bazarın giriş qapısına yaxın boş obyekt olduğunu bilmiş, lakin bazarın məsul şəxsləri ona bildirdi ki, hazırda həmin obyekt iddiaçı X1 icarəsindədir. Digər Cavabdeh2 iddiaçının həyat yoldaşı ilə yaxın münasibətləri olduğu üçün onunla birlikdə iddiaçı ilə danışıqlar apararaq həmin qeyri-yaşayış sahəsini istifadə etmək istədiyini və bunun qarşılığındada bütün xərcləri öz üzərinə götürəcəyimi bildirmiş, iddiaçı həmin qeyri-yaşayış sahəsinin istifadə etməyi üçün 5000 manat məbləğində ödəniş etməyini istəmişdir. Onunla razılaşaraq bacısının və digərlərinin yanında ona 5000 manat ödəniş etmişdir. Bundan sonra 2022-ci ilin ortalarında həmin obyektdə digər cavabdeh Kəmran Abuşovla birlikdə fəaliyyətə başlamışdır. Bir müddətdən sonra Cavabdeh2 tükandan oğurluq etdiyini bildirmişdir. Ona görə də, həmin obyektdən onu uzaqlaşdırmışdır. Bundan sonra Cavabdeh2 həmin obyektdə çalışmamağı üçün iddiaçının həyat yoldaşı ilə danışıqlar apararaq ona manelər yaratmağa başlamış, bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əsasız olaraq həmin qeyri-yaşayış sahəsnin boşaldılmasını tələb etmişdir. Qeyd etmək istəyir ki, bu işin əsas predmentindən biri də iddiaçı ilə "xxxx" MMC-nin icarə müqavilənin bağlanması ilə bağlıdır. Həmin icarə müqaviləsi əvvəlindən yəni 2021-ci ildən 2022-ci ilin iyun ayına kimi bağlansa da, sonradan saxtakarlığa yol verilərək müqavilənin müddəti uzadılmışdır. İcarə müqaviləsinin uzadılması ilə bağlı müqavilənin tərtibatında şübhəli məqamlar mövcudur. Sözügedən müqavilənin sonuncu səhvəsində göstərilən möhür, qol və müqavilənin uzadılması ilə bağlı qeydlər buna əsas kimi qeyd etmək olar. Ona görə də, hesab edir ki, həmin icarə müqaviləsi mütəxəssislər tərəfindən yoxlanılmalıdr. Hətta məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, "xxxx" MMC-nin əməkdaşı son iki ayda dəfələrlə ona istifadə etdiyi qeyri-yaşayış sahəsinə icarə müqaviləsinin bağlamağını göstərmişdir. Belə olan halda Sual yaranır 2022-ci ilin iyun ayından sonra əgər "xxxx" MMC ilə X2 arasında həmin icarə müqaviləsinin müddəti 2026-cı ilə kimi uzadılıbsa niyə həmin qeyri-yaşayış sahəsinə nəzarət edən bazarın əməkdaşı mütamadi olaraq onunla icarə müqaviləsinin bağlanmasını tələb etmişdir. Göründüyü kimi bütün bunlar onu göstərir ki, sözügedən icarə müqaviləsinin hansı təsir altında imzalandığı, uzadıldığı və yaxuda, saxta yolla əlavələrin edildiyi şübhəli məqamlardandır. Sözügedən icarə müqaviləsinin əsas hissəsində hansıki, müqavilənin şərtləri qeyd olunan hissədə icarədə olan obyektin hansı müddətdən başlanılması və hansı müddətə kimi istfadəsi yəni bitmə tarixləri göstərilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, normativ tələblərə əsasən ümumiyyətlə müqavilələrin şərtləri təlimatdan kənara çıxmamaqla bağlanmalıdır. Mübahisə predmenti olan icarə müqaviləsində müqavilənin uzadılması konkret şərtlərdə qeyd olunmalı olduğu hallda sonuncu səhvədə müqavilənin uzadılma müddəti ayrı şiriftlə müqaviləyə vurulan möhürdən kənar qeyd edilmişdir. Hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələb qanunun, maddi və hüquqi normalarını pozmuş, bu səbəbdəndə iddiaçının ona qarşı əsasız irəli sürdüyü tələb məhkəmə tərəfindən rədd edilməlidir. İcarə haqqında qanunun tələblərinə əsasən icarədar icarəyə götürdüyü mülkiyyətin ödənişlərini tam olaraq öz öhdəliyinə götürürür. Lakin yuxarıda qeyd etdiyi kimi hazırda fəaliyyət göstərdiyi obyektin bütün ödənişləri tərəfindən ödənilir. Bu da öz növbəsində icarəçinin üzərinə götürdüyü öhdəliklə yanaşı qanunvericiliyin tərləblərinini ciddi şəkildə pozmuş olur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (oğlu) Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, icarə müqaviləsinə iddiaçının qanuni istifadəsində olan qeyri-yaşayış obyektindən digər cavabdeh ilə birlikdə çıxmışlar. Hazırda obyek qapalıdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs R-Qroup MMC-nin direktoru Ş.Miriyev ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 28 kv.metr qeyri-yaşayış obyekti (1 il müddətinə) İddiaçı icarəsinə verilmiş, sonradan tərəflərin razılığına əsasən icarə müqaviləsinin müddəti 01 iyun 2026-cı il tarixə qədər uzadılmışdır. Bu barədə icrarə müqaviləsində sonradan (müddətin uzadılması barədə) düzəliş edilmiş, imzalarımızla, möhürlə təsdiq edilmişdir. Həmin icarə müqaviləsi hazırda qüvvədədir. Hazırda ünvan 1 ünvanda yerləşən 28 kv.metr qeyri- yaşayış obyekti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş və istifadə olunur, lakin onlarla icarə müqaviləsi bağlanmamışdır. ünvan 1 ünvanda yerləşən 28 kv.metr qeyri-yaşayış obyektinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunmasının qanuni əsası yoxdur.İddianın təmin edilməsinə etirazı yoxdur. İş üzrə digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 1/016 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 28 kv.metr qeyri-yaşayış obyekti (1 il müddətinə) İddiaçı icarəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti 01 iyun 2026-cı il tarixə qədərdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Dövlət X3 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı icarə müqaviləsinə əsasən istifadəsində olan ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin qeyri-yaşayış obyektinin boşaldılaraq istifadəsinə verilməsini xahiş edir. Məkhəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə müstəqil tələb irəli sürməyən R-QROUP” MMC arasında 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli “qeydiyaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmış, ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyekti 01 iyun 2026-cı il tarixə qədər İddiaçı icarəsinə verilmişdir. Həmin qeyri-yaşayış obyekti cavabdehlər tərəfindən hazırda istifadə edilir. Bu hal məhkəmə iclası zamanı izahat vermiş Cavabdeh2 izahatı ilə də öz təsdiqini tamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onların qanuni sahibliyində olan ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu əmlaka sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının qanuni istifadəsində olan qeyri-yaşayış obyekti üzərində sahiblik hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. İstinad olunan maddi hüquq normalarının tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davamlı şəkildə edildikə isə hüququ pozulmuş şəxs pozulmuş hüquqularının bərpasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçınun iddiası təmin edilməli, 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli “qeydiyaşayış sahəsinin icarəyə verilməsi müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı, həmin qeyri yaşayış obyekti boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə 100 manat ekspertiza xərci alınaraq cavabdehlərdən alınaraq ekspertiza mərkəzinə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 01 iyun 2021-ci il tarixli, 1/016-nömrəli “qeydi-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyektindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsın. ünvan 1 ünvanda yerləşən 28 kv,metr qeyri-yaşayış obyekti boşaldılaraq İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar