Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-30/2023 17.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı X9 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 Məhyəddın oğlunun və X9 cavabdehlər X6 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərcin alınıb verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 Məhyəddın oğlu və X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Cavabdeh2 Torpaq sahəsi alınarkən X5na ödənilmiş 2000 ABŞ dolların Cavabdeh2 və Torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pulun cavabdeh israfılova Sədaqət Srac qızından alınıb iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə aqrotexniki qulluğa və meyvə tinglərının alınmasına çəkilmiş xərcə görə 21840 manat məbləğində pul cavabdeh israfılova Sədaqət Srac qızından alınıb iddiaçılara ödənil cavabdeh X2 torpaq sahəsinə çəkilmiş 21.8400 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı X20 02 avqust 2004-cü ildə Göyçay rayonunun Qızılağac kənd bələdiyyəsi ərazisində yerləşən Mollahacılı kəndinin “qarajın qabağı” adlanan ərazidə 1,00 hektar torpaq sahəsim X5na 2000 ABŞ dolları ödəməklə almışdır. Mərhum X3 Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinə ərizə ilə müraciət edərək ona 10 iyun 2000-ci il tarixdə Göyçay rayonu Qızılağac kəndi keçmiş Qafur Qasımov adına kolxozun X25 Komissiyasının aktı ilə verilmiş. 1998-cı ildən faktiki istifadəsində olan 1,00 hektar torpaq sahəsini satmaq istədiyini bildirmiş və həmin illərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqı mexanizmi olmadığı üçün mərhum Eldar Qasımov torpaq sahəsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt və sxematik plana əsasən İddiaçı1 satmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Torpaq sahəsini təmizlətmiş, gübrə vermiş, aqrotexniki qulluq etmiş və 300 ədəd xurma, alça, nar ağacları əkmişdir. Məhkəməyə təqdim etdiyim Göyçay rayonu Qızılağac kənd bələdiyyəsinin 01 sentyabr 2019-cu il tarixli 189 saylı arayışda göstərilən aqrar islahatı zamanı nöqsan və çatışmamazlıqlar və yerdəyişmələrdən sui-istifadə edərək sahibliyində olan torpaq sahəsinə 2018-ci ildə mülkiyyət hüququnu qeydə aldıran cavabdeh X7 15 ildən sonra, yəni 22 aprel 2019-cu ıl tarixdə iddiaçıyavə digər şəxslərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 23 oktyabr 2020-cı il tarixli 2(046)-90/2020 saylı qətnaməsinə əsasən iddiası təmin edilmiş, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla X4 mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən iddiaçının çıxarılması qət edilmişdir. Bu illər ərzində iddiaçı torpaq sahəsinə göstərdiyimiz aqrotexniki qulluğa, torpaq vergisinə, sudan istifadə haqqına və digər işlərə aşağıda göstərdiyi məbləğdə pul xərcləmişdir: 1 Calaq meyvə ağaclarının alınmasına 220 X 5.5 manat - 1210 manat
2. Torpağa üzvi gübrə verilməsinə (nəqliyyat və fəhlə pulu daxil olmaqla) - 14 il ərzində cəmi 2770 manat
3. Torpağa mineral gübrə verilməsinə - 14 il ərzində cəmi 1.740 manat 4 Texnika vasitəsi ilə aqrotexniki işlərin görülməsinə - 14 il ərzində cəmi 1.290 manat
5. Torpaq vergisi və torpağın suvarılmasına gorə - 14 ıl ərzində cəmi 1.740 manat
6. Digər xərclərə görə (sahənin hasarlanmasına dəmir materiaalar alınması, qaynaq edilməsi, sahənin hər il təmizlənməsi, budama işləri və sair) – 3.010 manat
7. Nəzarətçiyə görə (bir ildə 720 manat olmaqla 14 il ərzində) – 10.080 manat. İddiaçının 2004-2005-ci illər ərzində torpaq sahəsinə çəkdiyi xərcləri yeni Azərbaycan manatı ilə dəyərləndirə bilmədiyi üçün iddia tələbində həmin xərcləri göstərməmişdir. Həmçinin cavabdeh X7 22 aprel 2019-cu il tarixdə torpaq sahəsindən çıxarılma, torpaq sahəsinə yenidən daxil olmağa qadağa edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etdikdən sonra mübahisə məhkəmə tərəfindən araşdırıldığı üçün 2020-ci ildə torpaq sahəsinə xərc çəkməmiş və bağa nəzarətçi qoymamışdır. 16 il ərzində iddiaçının istifadəsində olan torpaq sahəsinə aqrotexniki qulluq etməklə torpaq sahəsini lazımi keyfiyyətdə saxlamış və buna görə 21.840 manat pul xərcləmişdir.
İddiaya etiraz:
Göyçay rayon DNK tərəfindən təsdiqlənmiş xx.xx.2011 -ci il tarixli 4Ə-297 nömrəli alqı-satqı müqaviləsinə əsasən Göyçay rayonu Qizilağac kəndində yerləşən 1.34 ha torpaq sahəsi mülkiyyətinə keçmişdir. Torpaq sahəsi 2011-ci il tarixdə X1 alınmışdır. Torpaq sahəsini satın alarkən bağ mövcud idi, torpaq sahəsini bağla birlikdə alımışdır. Buna görə satıcıya pul ödəmişdir. Həmin ağacları X16 əkmişdir. Aldığı torpaq sahəsində İddiaçı1 ağac əkməmişdir, əgər iddiaçılar həqiqətən ağac əkmişdirsə onda hazır ki, iddia ilə ona qarşı deyil, X11 qarşı iddia tələbi irəli sürə bilərlər. iddiaçılar İddiaçı1 həmin torpaq sahəsində ağac əkməsi və bağ salması barədə heç bir sübut yoxdur. İş materiallarında olan mütəxəssis rəyində qeyd olunur ki, torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənə bilər, lakin 8228,5 manat xərclənməsi rəydə konkret təsdiq olunmur. Həmin məntiqlə götürsək torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməyə də bilər. Belə olan halda torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi konkret sübutlarla öz təsdiqini tapmalıdır, lakin İddiaçı1 tərəfindən torpaq sahəsində bağın salınmasına və ağaclara aqro-texniki qulluq göstərilməsinə 8228,5 manat xərclənməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları:
İddiaçı X9 nümayəndəsi (vəkili) Nümayəndə iddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, İddiaçı2 2004-cü il tarixdə Göyçay rayonu Mollahacılı kəndində 1 hektar torpaq sahəsi almış və orada meyvə bağı salmışdır. Həmin torpaq sahəsinə yaxın ərazidə yaşadığı həmin bağa nəzarət etmiş, qarşılığında İddiaçı2 ona hər ay 60 manat pul ödəmişdir. 2006cı il tarixdən 2020-ci il tarixədək həmin bağa nəzarət etmişdir. İş üzrə cavabdeh X6 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
Mülki işdə olan sənədlər: Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünrü ki, Göyçay rayonu Qızılağac kəndində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışla iddiaçı X4 mülkiyyətinə verilmiş 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsindən cavabdehlər İddiaçı1 və İddiaçı2, 0.26 ha hissəsindən cavabdeh X21 çıxarılmışdır. Göyçay rayon Qızılağac Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Qızılağac kəndi ərazisində keçmiş Q. Qasımov adına kolxozda Aqrar islahat aparılan vaxt Qızılağac kənd sakini X10 mülkiyyət hüququna dair Dövlət Aktı JN081 -lə torpaq sahəsi veriləndə ailə üzvlərinin sayı 5 nəfər olmasına baxmayaraq 1.0 ha torpaq sahəsi az qeyd olunmuşdur. Az tor paq sahəsinin Qasımov Eldara düşməsi ilə bağlı o X25 Komissiyasına müraciyyət edərə!: çatışmayan torpağını tələb etmişdir. X25 Komissiyası 10 iyun 2000-ci il tarixli aktla Qızılağac bələdiyyəsi ərazisindən "qarajın qabağrdeyilən sahədən 1 ha torpaq sahəsi islahat komissiyasınin DTXK-nın rayon şöbəsinin əməkdaşları ilə yer üzərində ölçülərək X10 təhkim etmişlər. Həmin 1 ha topaq sahəsinin Qızılağac kənd sakini X15 öz aralarında razılığa gələrək 02 avqust 2004-cu il tarixdə Göyçay şəhərində yaşayan İddiaçı1 mükiyyətinə DTXK-nın Göyçay rayon şöbəsinin əmaktaşlarının tərtib etdiyib akta əsasən vermişdir.Akt tərtib olunan vaxtdan torpaq sahəsindən İddiaçı1A istifadə etməyə başlamışdir. 2004- cü ilin payiz və 2005-ci ilin yaz mövsümündə 300 ədəd xurma , alça və nar əkmiş , hal -hazıra kimidə becərmə işləri aparmışdır. xx.xx.2004-cü il tarixli Göyçay rayon Qızılağac kəndində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin müdidi N.Fərzəliyevin, İddiaçı1 və digər şəxslərin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Q. Qasımov adına təsərrüfatda həyata keçirilmiş torpaq islahatı ilə əlaqədar Qızılağac kənd sakini Eldar Qasımova verilmiş 1 (bir) hektar pay torpağına «torpaqların alqı-satqısı haqqında qanunauyğunluqlara əsasən» Göyçay şəhəri H.Z.Tağıyev küçəsi 11/2 evdə yaşayan İddiaçı1 mülkiyyətinə çevirilməsi barədə 26 iyul 2004-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Bununla bağlı naturada E.Qasımova «qarajın qabağı» adlanan ərazidən seçilmiş 1(bir) hektar torpaq sahəsini yer üzrəində ölçərək İddiaçı1 təhvil verildi. İddiaçı1 mülkiyyətinə çevrilmiş torpaq sahəsinin sxematik planı akta əlavə edilir. Həmçinin İddiaçı1 tövsiyə edildi ki, mülkiyyətində olan torpaq sahəsinin vergisini hər il mütəmadi olaraq Qızılağac bələdiyyəsinə ödəsin. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvə bitkilərinin becərmə texnologiyası şöbəsinin müdiri, a.e.ü.f.d., X13 işçisi Vahid Əliyev tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Mollahacılı kəndində yerləşən 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsində aparılmış hesablamaların nəticələrinə əsasən 0,77 ha torpaq sahəsində qarışıq meyvə bağının salınmasına 824,0 manat, cavan və məhsuldar xurma, alça və nar bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 7693 manat cəmi 8228,5 manat maliyyə vəsaiti xərclənə bilər. Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
Məhkəmənin mövqeyi:
Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X14 cavabdeh X2 istifadəsində olmuş torpaq sahəsinə onun tərəfindən çəkilmiş xərci tələb edir. İşin fakitiki və həqiqi halları ilə müəyyən edilmişdir ki, hazırda cavabdehin mülkiyyətində olan torpaq sahəsindən iddiaçı 20 il ərzində istifadə etmiş, qeyd edilən torpaq sahəsinin münbitləşməsinə və meyvə ağaclarının əkilməsinə xərc çəkmişdir. Qeyd edilən işlərin görülməsinə çəkilmiş xərclərin hesablanması üçün məhkəmə tərəfindən mütəxəssis qarşısında suallar qoyulmuşdur. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göyçay rayonu Mollahacılı kəndində yerləşən 1.34 ha torpaq sahəsinin 0.77 ha hissəsində aparılmış hesablamaların nəticələrinə əsasən 0,77 ha torpaq sahəsində qarışıq meyvə bağının salınmasına 824,0 manat, cavan və məhsuldar xurma, alça və nar bitkilərinə aqrotexniki qulluq işlərinə (13 il ərzində) 7693 manat cəmi 8228,5 manat xərc çəkilmişdir. Bundan başqa məhkəmə baxışı zamanı İddiaçı X9 nümayəndəsi (vəkili) Nümayəndə mübahisəli torpaq sahəsinə 21.840 manat xərc çəkdiyinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X2 8228.5 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq iddiaçı X12 verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh X2 8228.5 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X12 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İbrahim Fəttahov