Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-302/2022 27.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ 2(046)-1064/2019 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Göyçay rayon Məhkəməsi Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1951.67 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı Azərişıq ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin “Proqram bazası”nda **********07556 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.02.2008-ci il tarixdən hal-hazıra kimi istifadə edir.Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısmın bir tipli müqaviləsi” bağlanmışdır.Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir.Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur.Cavabdeh elektrik enerjisindən istifadəyə görə 03.10.2015-ci il tarixinə 344,46 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən 11.08.2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 2048,47 manat təşkil edən 29767 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Cavabdeh tərəfindən elektrik enerjisi israfla istehlak edildiyindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 309 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 2048,47 (iki min qırx səkkiz manat 47 qəpik) manat məbləğində elektrik enerjisi istehlak edilmişdir.Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 750 manat ödəniş edildiyi üçün onun 18.08.2021-ci il tarixinə ödənilməli olan 1951,67 manat (bir min doqquz yüz əlli bir manat 67 qəpik) manat məbləğində debitor borcu vardır.Tərəfimizdən Cavabdeh yaşadığı ünvana 09 fevral 2021ci il tarixli 148 №-li “Pretenziya” göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1721,29 manat (bir min yeddi yüz iyirmi bir manat 29 qəpik) manat məbləğində debitor borcun 7gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “Borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.Cavabdeh 03.03.2021-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 1951,67 manat (bir min doqquz yüz əlli bir manat 67 qəpik) manat məbləğində ziyan vurmuşdur.Qeyd olunanlar Cavabdeh Göyçay EŞnin”Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, Cavabdeh Azərişıq ASC-yə cəmi 1951.67 manat borcu vardır. İş materiallarından göründüyü kimi tərəflər arasında enerjidən istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Cavabdeh enerjidən istifadə etmiş, enerjinin dəyərini təşkil edən cəmi 1951.67 manat pulu iddiaçıya ödəməmişdir. , Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, tərəflərin hansı hüquq münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Buna görə də məhkəmə hesab edir ki, Azərişıq ASC-nin Cavabdeh qarşı 1951.67 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1951.67 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin icrası cavabdehin yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-302/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-302/2022
27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver