Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-32/2021 15.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçı X4 və Cavabdeh iştirakı ilə, mənzilin təmirinə xərclənmiş pulun alınıb verilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə, cavabdehin mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə xərclədiyi 20000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 iddianın həcminin artırılması barədə ərizə verərək tələbi belə əsaslandırmışdır ki, xx xxxxxxx 1996-cı il tarixdə Cavabdeh ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından xx xxxxxxx 1997-ci il tarixdə Gülnar adlı qızları anadan olmuşdur. Cavabdehlə evlənərkən qaynanasının mülkiyyətində olan Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilə gəlin köçmüşdür. Cavabdehlə nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Göyçay rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(046)-1292/2018 saylı qətnaməsinə əsasən onun hazırki iş üzrə cavabdehə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi yuxarıda qeyd edilən mənzilin, qarajın və daxmanın ½ hissədə bölünməsinə aid hissədə rədd edilmişdir. Həmin mənzildə cavabdehlə birlikdə tam 22 il ərzində yaşamışdır. Cavabdehin mülkiyyətində olan mənzili 22 il ərzində dəfələrlə öz maddi vəsaiti hesabına təmir etdirmişdir. Usta kimi cavabdeh özü işləyir və qəsdən təmir işlərini keyfiyyətsiz görərək eyni yeri bir neçə dəfə təmir etdirməyə, material almağa onu vadar etmişdir. 22 il ərzində mənzilin otaqları ilə yanaşı vanna otağını, mətbəxi və ayaqyolunu da əsaslı təmir etdirmiş, bu əsaslı təmirdən başqa mənzilin otaqları vaxtaşırı təmir edilmiş, qapı və pəncərələr dəyişdirilmişdir. Dəyişdirilən köhnə qapı-pəncərələri və digər avadanlıqları cavabdeh sataraq özü xərcləmişdir. Bu təmir işlərinə 22 il ərzində 20000 manat vəsait xərcləmişdir. Həmin mənzilin təmirinə cavabdeh bir manat da olsun vəsait xərcləməmişdir. Mənzil cavabdehin mülkiyyətindədir və hazırda həmin mənzilin təmir edilmiş vəziyyətindən cavabdeh istifadə edərək yararlanır. Bundan başqa ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə 6000 manat pul xərcləmişdir. Buna görə də Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə xərclədiyi 20000 manat pulun və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə sərf edilmiş 6000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı X6 ilə xx.xx.1996-cı il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuş, X6 ilə aralarında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı ilə birgə nikah dövründə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə xərclədiyi 20000 manat pulun və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə 6000 manat pul xərclədiyini əsassız hesab edir. Belə ki, qeyd edilən mənzilə, qaraja və yardımçı sahənin tikilisinə birgə nikah dövründə hər ikisinin vəsaiti hesabına təmir işləri aparmışlar.Buna görə də tələbin rədd edilməsin xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 15486 saylı rəyindən görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsində Cavabdeh məxsus 29 saylı evin, 51 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 6255 manatdır.Aparılmış təmiş-tikinti işlərinin hansı dövrə müəyyən olunmasına dair metodika olmadığı üçün, qərardadda qoyulmuş sualın ikinci hissə üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 15486 saylı rəyindən görünür ki, Cavabdeh istifadəsində olan ünvan 1 binanın həyətində yerləşən mişar daşından inşa edilmiş qarajında və həmin binanın 6-cı girişində kərpicdən inşa edilmiş yardımçı sahədə aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2054.95 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 Cavabdeh ilə birgə nikah dövründə olarkən Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə 20.000 manat pul və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi 6000 manat pulun alınaraq ona verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı öz vəsaiti hesabına pul xərcləyərək sözügedən mənzili təmir etdiyi, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən ev 29, 51 saylı mənzilin və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərc çəkdiyi təsdiq olunmur. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun təmirə xərc çəkdiyini müəyyən edə bilməz. İddiaçı tərəfindən mənzilin təmiri üçün xərc çəkilmişdirsə, bu xərcin çəkilməsi ilə əlaqədar tərəflərin (ərarvadın) arasında öhdəlik hüquq münasibəti yaranmamışdır. Pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətinin tərkib hissəsidir, öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz. Öhdəliklər əmələ gəlmə əsaslarına görə 3 yerə bölünür: müqavilədən əmələ gələn öhdəliklər; qanundan əmələ gələn öhdəliklər; mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər. Mülki Məcəlləsinin xüsusi hissəsinin quruluşunda da bu qayda öz əksini tapmışdır. Mülki Məcəllənin “Öhdəliklərin əmələ gəlmə əsasları” adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Odur ki, mülki hüquq münasibətinin bir növü kimi hər hansı öhdəlik hüquq münasibəti yalnız müqavilə bağlandıqda və ya qanunda nəzərdə tutulmuş hallar baş verdikdə (özgə işləri tapşırıqsız aparıldıqda və əsassız varlanma baş verdikdə) və yaxud mülki hüquq pozuntusu (delikt) törədildikdə yarana bilər. İddiaçı ilə cavabdeh arasında mənzildə təmir işlərinin aparılması və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahə ilə bağlı öhdəlik hüquq münasibətinin yaranması üçün yuxarıda qeyd olunan əsasların heç biri mövcud olmamışdır. Bu qənaətini məhkəmə aşağıdakılarla izah edir: Müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, arvadın öz ərinə aid olan mənzildə təmir işləri görməsi üçün əri ilə podrat, tapşırıq və ya digər müqavilə bağlaması ağlabatan deyil. İddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. İddiaçı təmir xərcini öz ailəsinin maraqları naminə çəkib. Belə ki, təmir işlərinin görüldüyü zaman mənzil cavabdehə aid olan mənzil olub, iddiaçı ər-arvad münasibətlərinə əsaslanaraq əri ilə birlikdə yaşayacağı mənzilin təmiri üçün xərc çəkib, belə vəziyyətdə ər arvadı üçün “özgə”, arvadı isə əri üçün “özgə işlərini tapşırıqsız aparan şəxs” hesab edilə bilməz. Cavabdeh əsassız varalanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ər-arvad münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə çəkilən xərc ər-arvad münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər arvad mənzilin təmiri üçün çəkdiyi xərcin əvəzini münasibətlərin korlanmasından sonra ərindən tələb edirsə, onda eyni məntiqlə ər də arvadı üçün çəkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməmişdir. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Məhkəmə baxışı zamanı iddiaçı X1 şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi pulun Cavabdeh alınaraq ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdeh ilə birgə nikah dövründə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi pulun alınaraq ona verilməsini dair tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə ekspertiza xərcləri olan 200 manat pulun 100 manatı iddiaçı X2, 100 manatı isə Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabın ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı X3 Cavabdeh ilə birgə nikah dövründə Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 29-da yerləşən 2 otaqlı 51 saylı mənzilin təmirinə və ünvan 1 ünvanda yerləşən binanın həyətində birgə nikah dövründə inşa etdikləri 6X24 ölçüdə mişar daşından inşa edilmiş qaraj tikilisinə və həmin binanın girişində zirzəmidə kərpicdən inşa edilmiş yardımçı sahənin tikintisinə xərclədiyi pulun Cavabdeh alınaraq ona verilməsini dair tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərcləri olan 200 manat pulun, 100 manatı iddiaçı X2, 100 manatı isə Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-32/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-32/2021
15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver