Məhkəmə qərarları › İş №2(046)-327/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-327/2021

27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-327/2021 27.01.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “xxxx” ASC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit və faiz borcu kimi ödədiyi 1425 manat məbləğin və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə “xxxx” ASC-dən 5000 manat məbləğində kredit alan, bacısın əri Cavabdeh kredit öhdəliyinin təminatı kimi zamin durmuş və bu barədə həmin tarixdə bankla zaminlik müqaviləsi bağlamışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(046)- 1338/2015 saylı məhkəmə əmrinə əsasən borcludan və ondan və digər zamindən 4443.53 manat əsas, 213.29 manat faiz, həmçinin ödənilmiş 20 manat dövlət rüsumu, 50 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 4726,82 manat məbləğin müştərək qaydada alınaraq “xxxx” ASC-yə ödənilməsi qərara alınmışdır. Cavabdehin kredit borcu onun əmək haqqı hesabından 1425 manat miqdarında kredit və faiz məbləği tutulub “xxxx” ASC-yə ödənilmişdir, lakin həmin məbləği cavabdehdən geri ala bilməmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(046)-1338/2015 saylı məhkəmə əmrindən görünür ki, kredit müqaviləsi üzrə 4443.53 manat əsas, 213.29 manat faiz, həmçinin ödənilmiş 20 manat dövlət rüsumu, 50 manat hüquqi xidmət haqqı olmaqla, cəmi 4726,82 manat məbləği borclular Cavabdeh, İddiaçı və X1 müştərək qaydada tutularaq “xxxx” ASC-yə ödənilməsi əmr edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 86 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı əmək haqqından 1425 manat miqdarında kredit və faiz məbləği tutularaq “xxxx” ASC-nin hesabına ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xxxx ASC-nə olan kredit borcu İddiaçı tərəfindən 1425 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə xxxx ASC-nə ödənilmiş 1425 manat pulu reqres hüququ əsasında cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1425 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1425 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar