Məhkəmə qərarları › İş №2(046)-34/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-34/2020

06.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-34/2020 06.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi (vəkili) X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazırliyi 9 saylı X6 nümayəndəsi X2 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin direktoru vəzifəsindən azad olunmasının müəyyən edilməsi, dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxxxxxxxxxxxxxx” ASCnin direktoru vəzifəsindən azad edilməsi ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün Azərbaycan Respublikası 9 saylı X8 müraciət olunması öhdəliyi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin artırarılması barədə ərizə təqdim edərək tələbini belə əsaslandırmışdır ki, 2009-cu ilin noyabr ayından etibarən “xxxxxxxxxxxxxxxxxxxx” ASCnin qanuni təmsilçisi deyil, ona əmək haqqı da həmin vaxtdan hesablanmamışdır. 2009-cu ildən sonra onun cəmiyyətin qanuni təmsilçisi təyin olunması ilə bağlı fakt kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınmamışdır. Cəmiyyətin təsis sənədləri və möhürü cəmiyyətin əsas səhmdarı olan Vüqar Qasımova təhvil vermişdir. "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin təsisçisi X7 xx xxxxxx 2009-cu il tarixli əmri ilə İddiaçı "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin rəhbəri (drektoru) vəzifəsindən azad etmişdir. Lakin bu dəyişikliyin dövlət qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq vergi orqanına ərizə ilə müraciət etməli olduğu halda bunu etməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələbinə gorə direktor dəyişikliyi baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməsi təsisçinin vəzifəsinə aid edilsə də, "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin təsisçisi X7 öz vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa cavabdeh tərəfindən ona xx xxxxxx 2009-cu il tarixdən bu günədək əmək haqqı ödənilməmişdir. Bu hal təsdiq edir ki, "xxxxxxxxxxxxxxxxxxxx" ASC İddiaçı "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin direktoru vəzifəsindən azad olunmasnın müəyyən edilməsini tanıyır, lakin cavabdeh əsassız olaraq onun drektor vəzifəsindən azad olunmasını mübahisələndirir və belə hesab edir ki, hazırkı dövrədək direktor vəzifəsini tutur. Buna görə də xx xxxxxx 2009-cu il tarixdən "xxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin direktoru vəzifəsindən azad olunmasının müəyyən edilməsi və "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması ilə bağlı dəyişikliyin qeydiyyata almması üçün Azərbaycan Respublikası 9-saylı X8 müraciət olunması öhdəliyi cavabdeh "xxxxxxxxxxxxxxxxxxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi (vəkili) X4 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının işdən azad olunması barədə mübahisələndirilən əmr mövcud olmasına, həmin əmrin iddiaçının əmək kitabçasına qeyd edilməklə işdən azad olunmasının əsası kimi qeyd edilməsinə baxmayaraq hesab edir ki, İddiaçı hələ də tutduğu vəzifədədir. Ona görə ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədr müavini X3 belə bir səlahiyyəti olmamışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazırliyi 9 saylı X6 nümayəndəsi X5 iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildiriərək göstərmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli protokolu vergi ödəyicisinin iş qovluğunda yoxdur və bu protokola əsasən cəmiyyətin orqanlarının tərkibindəki baş verən dəyişikliklərlə bağlı kommersiya hüquqi şəxslərinin dövlət reyestrində heç bir qeydiyyat aparılmamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul olduğu təqdirdə hazırkı dəyişiklik qeydə alına bilər. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2006-cı il tarixli protokolundan və “xxxxxxxxxxxxxxxxxxxx” ASCnin nizamnaməsinin 14.1-ci bəndi, kommersiya hüquqi şəxslərin dövlət reyestrində çıxarışdan görünür ki, İddiaçı xx xxxx 2006-cı ildə 3 il müddətinə “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş və onun cəmiyyətin qanuni təmsilçisi olması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2006-cı ildə qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin əmək haqqına dair şəxsi hesab kitabları yoxlanılarkən İddiaçı 2009-cu ildə yanvar-noyabr aylarında əmək haqqı almasına dair sənədlər vardır, lakin 2010-cu ildə əmək haqqı almasına dair heç bir qeyd yoxdur. Məhkəməyə təqdim edilmiş DSMF-nun Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli arayışlarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin DSMFnun Göyçay rayon şöbəsinə təqdim etdiyi hesabatlara əsasən həmin cəmiyyətdə işləmiş İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2009-cu il tarixinə qədər bütün aylarda əmək haqqı hesablanmış və məcburi dövlət sosial sığorta haqları DSMF-nin hesabına ödənilmişdir. Məhkəməyə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli protokolundan görünür ki, İddiaçı xx xxxx 2009cu ildə 3 il müddətinə “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Məkhəməyə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədr müavinin xx.xx.2009-cu il tarixli, 22 saylı əmrindən və əmək kitabçasından çıxarışdan görünür ki, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmiş, bu barədə İddiaçı əmək kitabçasına müvafiq qeyd aparılmış, ərizəsinə əsasən işdən azad olunduğu qeyd edilərək möhürlə təsdiq edilmişdir. Məkhəməyə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazırliyi 9 saylı X6 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2009-cu il tarixli protokolu vergi ödəyicisinin iş qovluğunda yoxdur. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107.1.3.-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək onun səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. İş materialları tədqiq edərək şərh olunan normaları rəhbər tutaraq məhkəmə qeyd edir ki, hüquqi şəxsin qanuni təmsilçisi barədə məlumat kommersiya hüquqi şəxslərini dövlət reyestrində qeydə alınmalı faktlardandır. Hüquqi şəxsin qanuni təmsilçisinin dəyişikliyi də reyestrdə qeydiyyata alınmalı və bu dəyişiklik yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Səlahiyyət müddəti bitdikdən sonra iddiaçının “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yenidən təyin olunması və ya həmin vəzifədən azad edilməsi ilə bağlı dəyişikliyin dövlət qeydiyyata alınması üçün cavabdeh həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq vergi orqanına ərizə ilə müraciət etməli olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, cəmiyyətin qanuni təmsilçisi ilə əmək münasibətinin yaranması və xitamı məsələsinin kommersiya hüquqi şəxslərini dövlət reyestrində qeydə alınması zəruridir. Məhkəmə baxışında da müəyyən olunmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin möhürü və təsis sənədləri iddiaçıda deyildir, ona 2009-cu ilin noyabr ayından sonra əmək haqqı hesablanmamış, əmək haqqından məcburi dövlət sosial sığorta haqları DSMF-nin hesabına ödənilməmişdir. Uzun müddətdir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-də fəaliyyət göstərmir və onun bu cəmiyyətlə heç bir əlaqəsi, o cümlədən əmək münasibəti mövcud deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci bəndinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Ona görə də cavabdeh tərəfindən iddiaçının “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olunması əsaslarını qanunsuz hesab etməsi və bununla bağlı dəyişikliyin qeydiyyata alınması üçün vergi orqanına müraciət olunmaması, eləcə də qeydiyyatın aparılmaması iddiaçının hüquqlarının pozulmasına və onun mülki və digər növ məsuliyyətinin yaranmasına, hüquqi şəxsin fəaliyyətində qanun və maliyyə nizamintizamının pozulması hallarının baş verməsinə səbəb olur. Bundan başqa dəyişiklik yalnız dövlət qeydiyyatına alındıqdan sonra üçüncü şəxslər üçün qüvvəyə minir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı xx xxxxxx 2009cu il tarixdən "xxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması müəyyən edilməli, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün Azərbaycan Respublikası 9 saylı X8 müraciət olunması öhdəliyi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 2009-cu il tarixdən "xxxxxxxxxxxxxxxxxxxxx" ASC-nin direktoru vəzifəsindən azad olunması müəyyən edilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ilə bağlı dəyişikliyin qeydiyyata alınması üçün Azərbaycan Respublikası 9 saylı X8 müraciət olunması öhdəliyi cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh "xxxxxxxxxxxxxxxxxxxx" ASCdən alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar