Məhkəmə qərarları › İş №2(046)-343/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-343/2024

20.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-343/2024 20.02.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4250 manat pulun və ödədəyi 63 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətə illik 0.0833 faiz olmaqla 5581 manat 06 qəpik məbləğdə kredit verilmişdir. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, kredit müqaviləsinin təminatı kimi onunla və digər zamin X2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunu ödəməmiş və nəticədə "xxxx" QSC iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh, ondan və digər borclu X1 müştərək qaydada 5581 manat 06 qəpik əsas kredit borcun, 32 manat 95 qəpik faiz borcun, 4 manat 37 qəpik cərimə borcu olmaqla, cəmi 5618 manat 38 qəpik kredit borcunun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC –nə ödənilməsi qət edilmişdir. Bundan sonra sözügedən qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(046)-299/2022 saylı qətnaməsi cavabdeh İddiaçı apelyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə Göyçay rayon İcra və Probasiya şöbəsinə yönəldilmişdir. Borcun ödənilməsi ilə bağlı işlədiyi müəssisəyə məktub gəldiyindən, işdə müəyyən problemlər yaşadığından, yaxın qohumlarından borc pul alara "xxxx" QSC -nin Göyçay filialına yaxınlaşmış, "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 4250 manat borcu ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə sənədlərdən görünür ki: "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 026A********** saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh 60 ay müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 5581 manat 06 məbləğində kredit verilmişdir. "xxxx" QSC ilə cavabdeh İddiaçı arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin İddiaçı kredit alan Cavabdeh öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 5581.06 manat əsas kredit borcun, 32.95 manat faiz borcun, 4.37 manat cərimə borcu olmaqla cəmi 5618.38 manat kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nə ödənilməsi qət edilmişdir. "xxxx" QSC-nin 22 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı kredit götürən Cavabdeh əvəzinə kredit müqaviləsi üzrə yaranmış 4250 manat borcu "xxxx" QSC-nə ödəmişdir. ********** saylı qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən zamin qismində xx.xx.2019-cu il tarixli, kredit və zaminlik müqavilələri üzrə yaranmış öhdəliyin icrası üçün 4250 manat məbləğində pulun ödənilməsi təqdim edilmiş sübutlarla tam təsdiq olunduğundan, İddiaçı cavabdehdən pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4250 manat pul alınaraq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, 63 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar