Məhkəmə qərarları › İş №2(046)-351/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-351/2022

14.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-351/2022 14.10.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçılar Abdullayevə Hicran Süleyman qızı, X7 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və X6 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar Abdullayevə Hicran Süleyman qızı, X7 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Xəlitli kəndində yerləşən 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı3 mülkiyyətində olan 7/24 hissə, X3 mülkiyyətində olan ¼ hissə, Abdullayevə Hicran Süleyman qızının mülkiyyətində olan 7/24 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abdullayevə Hicran Süleyman qızı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar Abdullayevə Hicran Süleyman qızı, X7 və İddiaçı3 iddia ərizəsində tələblərini belə əsaslandırmışlar ki, Göyçay rayonu Xəlitli kəndində İddiaçı3 7/24 hissə, X3 ¼ hissə, Abdullayevə Hicran Süleyman qızının 7/24 hissə, X1 ilə Cavabdeh1 birgə nikahdan anadan olmiş uşaqları, 02 fevral 2018-ci il tarixdə anadan olmuş X8 1/24 hissə və X10 1/24 hissə, mərhum Vasif Adıgözəlovla cavabdeh X4 birgə nikahdan anadan olmuş uşaqları 09 dekabr 2009-cu il tarixdə anadan olmuş X13 1/24 hissə və 20 oktyabr 2011-ci il tarixdə anadan olmuş X11 1/24 hissə olmaqla paylı mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsinə mülkiyyət hüququ 09 iyul 2021 -ci il tarixdə qeydə alınmışdır. X1 vəfat etdikdən sonra onun keçmiş arvadı, torpaq sahəsinin 2/24 hissəsinin mülkiyyətçiləri olan yetkinlik yaşına çatmayan X13 və X11 anaları cavabdeh X12 və torpaq sahəsinin 2/24 hissəsinin mülkiyyətçiləri olan azyaşlılar X8 və X10 anaları Cavabdeh1 ilə paylı mülkiyyətdə olan torpaq sahəsinin istifadəsinə görə iddiaçıların mübahisəsi yaranmışdır. Ona görə də iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin naturada ayrılmasını, torpaq sahəsinə gediş-gəliş yolunun açılmasını istəyirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Buna görə də iddia tələbinin təmin olunması xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışdan görünür ki, Göyçay rayonu Xəlitli kəndində 1.58 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı3 7/24 hissədə, X3 ¼ hissədə, Abdullayevə Hicran Süleyman qızının 7/24 hissədə, X8 1/24 hissədə, X10 1/24 hissədə, X13 1/24 hissədə və X11 1/24 hissədə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Məhkəməyə təqdim edilmiş X2 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi MMC-nin xx.xx.2022-ci il tarixli M/39 saylı rəyindən görünür ki, iddiaçı X3 mülkiyyətində olan 1/4 hissə torpaq sahəsinin ayrılması - şimaldan 12.07 m, şimaldan cənuba doğru 340.68 m, cənubdan 11.95 m, cənubdan şimala doğru 336.68 m hissədə ayrılması mümkündür, (sxem əlavə edilir) İddiaçı3 mülkiyyətində olan 7/24 hissə torpaq sahəsinin ayrılması - şimaldan 13.26 m, şimaldan cənuba doğru 345.33 m, cənubdan 14.40 m, cənubdan şimala doğru 340.68 m hissədə ayrılması mümkündür, (sxem əlavə edilir) İddiaçı Abdullayevə Hicran Süleyman qızının mülkiyyətində olan 7/24 hissə torpaq sahəsinin ayrılması - şimaldan 14.29 m, şimaldan cənuba doğru 350.44 m, cənubdan 13.08, cənubdan şimala doğru 345.33 m hissədə ayrılması mümkündür, (sxem əlavə edilir). Göyçay rayonu Xəlitli kəndində yerləşən və **********90 nömrəli çıxarışla iddiaçıların və cavabdehlərin ümumi-birgə mülkiyyətində olan 1.58 ha torpaq sahəsində iddiaçıların payının naturada ayrılması mümkündür və hər bir payçının ayrıca yol mövcuddur. (plansxem rəyə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətlərində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.58 ha torpaq sahəsinin naturada bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.58 ha torpaq sahəsi Abdullayevə Hicran Süleyman qızına nisbətdə 7/24 hissədə (0.46 ha),X5 nisbətdə ¼ hissədə (0.395 ha) və İddiaçı3 nisbətdə 7/24 hissədə (0.46 ha) naturada bölünməlidir. (Bölgü mütəxəssis rəyinə əlavə olunmuş sxem üzrə aparılmalıdır.) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.58 ha torpaq sahəsi Abdullayevə Hicran Süleyman qızına nisbətdə 7/24 hissədə (0.46 ha),X5 nisbətdə ¼ hissədə (0.395 ha) və İddiaçı3 nisbətdə 7/24 hissədə (0.46 ha) naturada bölünsün. (Bölgü mütəxəssis rəyinə əlavə olunmuş sxem üzrə aparılsın.) İş üzrə ekspertiza xərci olan 50 manat iddiaçı Abdullayevə Hicran Süleyman qızından alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar