Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-396/2024 25.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4299 manat məbləğində borcun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 22 iyul 2020-ci il tarixdə X1 adından X2 adına ’’ZOLOTAYA KORONA” vasitəsilə tanışı Cavabdeh xahişi ilə 4299 manat pul göndərmişdir. Cavabdeh ilə Göyçay idman kompleksində tanış olmuşdur. Cavabdehlə münasibətləri normal məcraya daxil olduqdan sonra o, Rəvanənin “VİPLİFE” şirkətində işlədiyini öyrəndi və bundan sonra pul qazanmaq üçün onunla ticarət işlərinə qoşuldu. Aralarında ticarət münasibətləri yarandıqdan sonra mütəmadi olaraq ya öz adından ya da ona yaxın olan adamların adından köçürmə yolu ilə ona pul göndərirdi. Axırıncı dəfə tanışı Şəfanənin adından onun tanışı olan Musayeva Gülnarın adına 4299 manat pul göndərdi. Həmin məbləği cavabdehə göndərərkən onun kimə və hansı məqsədlə göndərilməsindən xəbərsiz idi. Belə ki,o, pula ehtiyacı olduğunu və borc istədiyini söylədi. Pulu göndərdikdən sonra cavabdehə məlumat verdi o da Gülnar Musayevayanın pulu gedib götürməsini bildirmişdir. Lakin bir müddət sonra cavabdehdən dəfələrlə pulu geri tələb etdikdə, o, pulu ondan yox Gülnar Musayevadan tələb etməsini söylədi. O da sonda Gülnar Musayevaya qarşı Göyçay rayon Məhkəməsində “borcun qaytarılması tələbi” ilə iddia qaldırdı və Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-58/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin olunsa da, xx.xx.2023-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edildi. Apellyasiya instansiya məhkəməsinin iclasında Gülnar Musayevanın təqdim etdiyi 27 dekabr 2022-ci il Nizami RPİ-nin İŞ müstəntiqi, polis baş leytenantı X5 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında üçüncü şəxs X6 bildirmişdir ki, X1 adından gələn pulu 22 iyul 2020-ci il tarixdə gedib götürməsini ona Cavabdeh demişdir. Belə ki, Cavabdeh Gülnar Musayevaya borcu olmuş, cavabdeh də həmin pulu qaytarmaq üçün ondan borc istəmiş və o da də işləri olduğundan banka tanışı X3 4299 manat pulu verərək pulu Cavabdeh sözü ilə Gülnar Musayevanın adına göndərməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin o məhkəməyə gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X8 məhkəməyə gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materialların əlavə edilmiş: “Zolotaya Korona” pul köçürmə sistemindəki çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə X8 ümumi olaraq 4287 manat məbləğində pulu X4 göndərmiş və komissiya haqqı 12.86 manat təşkil etmişdir. Cavabdeh Bakı şəhəri Nizami RPİ İstintaq Şöbəsində verdiyi xx.xx.2022-ci il izahatında İddiaçı 4300 manat məbləğində pulun Gülnar Musayevaya göndərilməsini istədiyini etiraf etmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən X6 və digər şikayətçilərə mülki tələbləri ilə bağlı məhkəmə qarşısında mülki qaydada iddia qaldırmaq hüquqları izah edilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqrama əsasən İddiaçı 4299 manat məbləğində borcunun olduğunu və hissə-hissə ödəyəcəyini bildirmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə,iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması tlə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə bağlı əməkdaşlıq etmiş və iddiaçı dəfələrlə cavabdehə iş ilə əlaqədar pul göndərmiş, lakin sonuncu dəfə Cavabdeh aldığı pulu geri qaytarmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, əksinə iddia ərizəsində qeyd olunmuş məbləğdə İddiaçı borcunun olduğunu etiraf etmiş və bu işin mübahisələndirilməyən halıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4299 manat pul alınaraq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli aid edilməli, 60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4299 (dörd min iki yüz doxsan doqquz) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-396/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-396/2024
25.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver