Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-401/2025 24.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24377 manat pulun və 164 manat dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddia İddiaçı izahat verərək bildirdi ki, mülkiyyətində olan torpaq sahəsində yetişən xurma meyvəsini qablaşdırılması üçün taxta yeşik istehsalatı üzrə fəaliyyət göstərən taxta sexinin sahibi olan Cavabdeh 30 avqust 2024-cü il tarixdə təhvil vermək şərti 15000 ədəd taxta yeşik sifariş edərək ona 11 iyun 2024-cü il tarixdə 15000 manat pulu (1 ədədini 1.10 manata) ödəyib şifahi razılaşma əldə etmişlər. 18 avqust 2024-cü il tarixdə sifariş etdiyi taxta yeşiklərlərin hazırlıq vəziyyətini öyrənmək üçün cavabdehlə görüşəndə bildirdi ki, razılaşdığı sayda taxta yeşiyin hazır olduğunu anbara yığdığını anbarın haçarının onda olmamasını bildirdikdən sonra 1500 manat pulu cavabdehə vermişdir. Aralarında olan razılaşmanın şərtlərini yerinə yetirməyən cavabdeh 15000 taxta yeşik əvəzinə ona cəmi 2170 ədəd taxta yeşik təhvil verib qalan 12830 ədəd taxta yeşiyin təhvil verə bilməcəyini bildirmişdir. Bunun nəticəsi olaraq mülkiyyətində olan torpaq sahəsində yetişən xurma meyvəsinin tələf olmaması üçün qablaşdırmaq məqsədi ilə məcbur olaraq baha qiymətə yəni bir ədəd taxta yeşiyi 1.90 manata yəni 12830 ədəd taxta yeşiyə 24377 manat ödəyib almışdır. 18 avqust 2024-cü il tarixdə Cavabdehla aralarında bağlanmış razılığa əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən ona vurduğu 24377 manat ziyanı tam ödəyəcəyini öhdəsinə götürmüş və 24377 manat pulu qısa müddətdə ödəyəcəyinin bildirmişdir. Razılaşmanın şərtlərini əsasən borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddət ərzində yəni cavabdeh ona pulu tam ödəməli olduğu halda müxtəlif bəhanələrlə aldadaraq ona borclu olduğu pulu tam ödəməmişdir. Dəfələrlə qarşıda götürdüyü öhdəliyi yəni borcu tam qaytaracağını söz versədə buna baxmayaraq cavabdeh indiyə qədər olan müddətdə məni dəfələrlə müxtəlif bəhanələrlə borclu qaldığı 24377 manat pulu ödəməmək üçün aldatmış, götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh X4 iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, “Göyçay Şirə zavodunun” Göyçay şəhəri Bakı küçəsində yerləşən həyətində üstü örtülü yarımtikisində taxta yeşik istehsal etmək üçün zavodun rəhbərliyi ilə müqavilə bağlayaraq arendaya yer götürmüş və Vergi İdarəsində VÖEN açdıraraq kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı Ənvər İsrəfılov 11 iyun 2024-cü il tarixdə onun fəaliyyət göstərdiyi sexə gələrək ona xurma məhsulu üçün 15.000 ədəd yeşik lazım olduğunu bildirmişdir. Ona hər bir yeşiyin dəyəri 1.10 (bir manat on qəpik) manat olmaqla sifariş verdiyi miqdarda birtaxta ölçülü yeşik hazırlaya biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı X5 bir kağız üzərində yazaraq 15.000 manat verməsini bildirsə də iddiaçı ona yeşikləri götürdükcə pulu hissə- hissə verəcəyini bildirdi və onun səmimiyyətinə inanaraq razılaşdığı kimi hissə- hissə 6000 (altı min) ədəd birtaxta ölçülü yeşik hazırlayıb təhvil verdikcə cavabdeh hazır yeşikləri götürdükcə ona 6.600 manat pul verdi. Bundan sonra iddiaçı ona daha 9000 ədəd yeşik hazırlamağı sifariş vermiş və verdiyi sifarişə uyğun olaraq yeşikləri hazır etmiş və yeri olmadığı üçün hazır yeşikləri vaxtında götürməsini dedikdə iddiaçı hazır etdiyin yeşikləri saxla, xurmanın sezonu qurtarır, ona Zirə pomidoru üçün nə qədər bacarıramsa yeşik hazırlamağı sifariş etdi. İddiaçıya bir neçə dəfə xurma meyvəsi üçün hazırladığı yeşikləri gəlib götürməsini desə də onları saxlamasını gəlib götürəcəyini, Zirə pomidoru üçün yeşik hazıla demiş və iddiaçıya Zirə pomidoru yeşiyi hazırlamışdır. Həmin ərəfədə əməliyyat olduğu üçün iddiaçı ilə əlaqə saxlaya bilməmiş və işçiləri yeşiklərin hazır olduğunu, onları saxlamağa yer olmadığını bildirdilər və yenidən iddiaçıya yeşikləri götürməyi və yeşiklərin pulunu verməsini dedikdə o, ona malı Rusiyaya aparmaq çətindir, mal getmir kimi sözlər deyərək sifariş verdiyi yeşikləri götürməkdən imtina etmişdir. İddiaçı sifariş etdiyi yeşikləri götürmədiyi üçün həm materiala, həm də işçilərə borcu yığıldığı üçün məcbur olub, hazırladığı 15000-dən artıq yeşiyi maya dəyərindən aşağı başqa şəxslərə sataraq materialın və işçilərin pulunu ödəmişdir. Əksinə iddiaçı Ənvər İskəndərov sifariş etdiyi yeşikləri vaxtında götürməkdən imtina etdiyi üçün ona 4000 manatdan artıq ziyan vurdu. İddiaçının iddia ərizəsinə əlavə etdiyi 18 avqust 2024-cü il tarixli və 28 noyabr 2024-cü il tarixli “müqaviləslərə diqqət ediləndə aydın olur ki, ordakı imzalar tamamilə fərqli adamlar tərəfindən atılmış imzalardır. 18 avqust 2024-cü il tarixli vərəq parçası üzərində yazılmış “müqavilənin sonunda imza İsmayılov D və həmin kağız parçasının aşağısında 28 noyabr 2024-cü il yazısının sonunda imza Cavabdeh imzası ona aid deyil və kimin imzası olmasını da bilmir. “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddiaçı X6 ərzaq məhsullarının pərakəndə satışı fəaliyyəti istiqamətində xx.xx.2019-cu il tarixdən ********** saylı VÖEN verilmiş, hal-hazırki vəziyyətdə VÖEN bağlıdır, fəaliyyəti dayandırılmışdır. “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən cavabdeh X3 taxta taralarının istehsalı fəaliyyəti istiqamətində xx.xx.2023-cü il tarixdən ********** saylı VÖEN verilmişdir, fəaliyyətini müvəqqəti dayandırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs,mübahisənin bu və ya başqa məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda,hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 28-ci bəndinə əsasən fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə İddiaçı Sirac oğlunun və cavabdeh X2 fərdi sahibkar statusuna malik olmalarını,tərəflər arasında borc münasibətlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmasını, beləliklə tərəflərin subyekt tərkibini ,mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini, bu meyarların hər üçünün qarşılıqlı bağlılığını nəzərə alıb, hesab edir ki, mülki işə müvafiq kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 1, 24, 26, 32, 263,264,268-ci maddələrini rəhbər tutuaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-401/2025
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-401/2025
24.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver