Məhkəmə qərarları › İş №2(046)-408/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-408/2025

03.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-408/2025 03.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun, eləcə də 50 manat ödənilmiş dövlət rusumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Cavabdeh və X3 2019-cu ilin əvvəlində ondan hər biri 3500 manat olmaqla, cəmi 7000 manat borc pul alaraq həmin ilin mövsüm sonunda qaytaracağını öhdəsinə götürmüşdür. X3 üzərinə düşən öhdəliyi yerinə yetirib borclu olduğu 3500 manat borcunu qaytarsada, Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün onun hərəkətindən 2024-cü ilin qış ayında polis şöbəsinə şikayət verdikdən sonra ona borcundan 500 manat ödəmiş, qalan 3000 manatı xurma meyvəsini satdıqdan sonra ödəyəcəyi barədə polisə izahat vermişdir. Sonradan heç bir ödəniş etməmişdir. Bu günə kimi cavabdeh müxtəlif bəhanələrlə borclu qaldığı 3000 manat puldan heç bir məbləğ ödəməmişdir. Hazırki vaxta kimi cavabdeh borcu ödəmədiyi üçün mülki iddia qaydasında məhkəmədə iddia qaldırmalı olmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı: Cavabdeh və X4 tərəfindən İddiaçı təsərrüfat məfəqliyyəti ilə məşğul olmaq üçün cəmi olaraq 7000 manat məbləğində bor qismində pul alınmışdır. Daha sonra X4 borcun onun üzərinə düşən yarısını tam şəkildı ödəmiş, Cavabdeh isə cəmi 500 manat ödəniş etmişdir. Bunu təsdiq edən onun polis şöbəsinə təqdim etdiyi yazılı izahat iş materiallarında mövcuddur. İş materialları: İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı Göyçay rayon polis şöbəsinə müraciət edərək, həmkəndliləri Cavabdeh və X1 ona 3500 manat pul borclu olduğunu, həmin pulun alınıb ona verilməsinə köməklik göstərilməsin xahiş etmişdir. Cavabdeh Göyçay rayon polis şöbəsinə verdiyi izahatdan görünür ki, 2019-cu ildə həmkəndliləri Bəhruz Ömərov və İddiaçıla birlikdə kənd təsərrüfat məhsullarının alqı-satqısına başladıqlarını, həmin alqı-satqıya başlayarkən X7 Xəlilovdan borca pul almışdır ki, alqısatqıdan qazanc əldə etdikdən sonra həmin pulu geri qaytarsın. Daha sonra ziyan etdikləri üçün həmin pulun bir hissəsini İddiaçı geri qaytarılmasını, 3500 manat pulu isə oktyabr ayında geri qaytaracağını, əks halda məsuliyyətə cəlb olunacağına hazır olduğunu bildirmişdir. ********** saylı qəbzə əsasən iddia ərizəsinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

Məhkəmə iclasında müəyyən edildi ki, əvvəllər Cavabdeh ilə İddiaçı arasında işgüzar adətlərə əsasən kənd təsərrüfat məhsulunun alqı-satqısı işi ilə məşğul olmuşlar. Mövsüm vaxtı iş başlayarkən Bəhruz Ömərov və Cavabdeh İddiaçı borca pul almışdır ki, alqı-satqıdan qazanc əldə etdikdən sonra həmin pulu geri qaytaracaqlar. Daha sonra X7 Xəlilovdan borca aldığı pulu geri qaytarmış, lakin Cavabdeh ziyan etdiyi üçün borclu olduğu pulu İddiaçı geri qaytarmamışdır. Bununla bağlı İddiaçı rayon polis şöbəsinə 2024-cü il tarixdə müraciət etmiş, müraciət etdikdən sonra Cavabdeh borclu olduğu puldan 500 manat ödəmiş, qalan 3000 manat pulu isə oktyabr ayında geri qaytaracağı barədə rayon polis şöbəsində izahat vermiş, lakin bugünədək borcundan heç bir ödəniş etməmişdir. Belə olan halda məhkəmə Cavabdeh İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – borcun qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh 3000 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri Cavabdeh oğluna aid edilməli, 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar