Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-473/2021 27.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2600 manat pulun, 500 manat maddi ziyanın, 200 manat hüquqi yardımın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, cavabdeh Səmədov X1 rayonu Ərəbcəbirli bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə ona Ərəbcəbirli bələdiyyəsinin mülkiyyətində olan 1.92 ha torpaq sahəsi ayrılacağı barədə razılılıq alınması üçün yalandan vədlər verərək və aldadaraq pulunu mənimsəmişdir. Cavabeh ondan ayrı-ayrı vaxtlarda hissə-hissə ümumilikdə 8200 manat pul almışdır. Bu barədə polisə müraciət etmiş, şikayəti əsasında, toplanmış materialları cinayət işi kimi Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışlarında cavabdeh ona 4200 manat pul borclu olduğunu etiraf etmiş, həmin puldan 1600 manatını qaytarmışdır. Göyçay Rayon Məhkəməsinin l(046)-22/2020 saylı 17.03.2020-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib dövlət orqanlarında ve yerli özünü idarə orqanlarda 02(iki) il müddətində məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 2600 manat borcu qalmışdır. Həmin borcu tezliklə ödəyəcəkdir. Bundan başqa iddiaçının ondan tələb etdiyi 500 manat maddi ziyanın, 200 manat hüquqi yardımın tutulmasını əsassız hesab edir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 22.08.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Göyçay rayonu Ərəbcəbrli bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Göyçay rayonu Ərəbcəbrli kəndi ərazisində Göyçay rayonu, Mirzəhüseynli kəndində yaşayan İddiaçı Ərəbcəbrli bələdiyyəsinin mülkiyyətində olan ərazidən 1.92 ha torpaq sahəsi ayrılacağı barədə razılıq alınması adı ilə aldadıb inandırmaqla 2015-ci ilin avqust ayının istintaqa məlum olmayan günlərində ayrı-ayrı vaxtlarda vahid niyyətlə sonuncudan 900 manat və 500 manat, 2015-ci ilin sonlarında həmin torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ı almaq adı ilə aldadıb yalandan vəd verərək inandırmaqla 1600 manat, 2016-cı ilin yay aylarında həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılan mülki üzrə Ərəbcəbrli bələdiyyəsinin xeyrinə qətnamə çıxarılması adı ilə aldadıb yalandan vəd verərək inandırmaqla 600 manat, 2016-cı ilin sonlarında həmin mübahisəli 1.92 ha torpaq sahəsinin hərraca çıxarılaraq sonuncuya satılması üçün rüsumların ödənilməsi məqsədi ilə aldadıb yalandan vəd verərək inandırmaqla hissə-hissə 600 manat pulunu alıb ələ keçirməklə ümumilikdə zərəçəkmiş şəxs İddiaçı 4200 manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Buna görə də Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinib dövlət orqanlarında və yerli özünü idarə orqanlarıda 02 (iki) il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, cavabdeh Səmədov X1 rayonu Ərəbcəbirli bələdiyyəsinin sədri vəzifəsində işlədiyi müddətdə İddiaçı Ərəbcəbirli bələdiyyəsinin mülkiyyətində olan 1.92 ha torpaq sahəsi ayrılacağı barədə razılılıq alınması üçün yalandan vədlər verərək 4200 manat pul almışdır. Cavabdeh həmin puldan 1600 manatını iddiaçıya qaytarmışdır. İddiaçı məxsus 2600 manat məbləğində pul vəsaiti Cavabdehnın qanunsuz sahibliyindədir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 2600 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 500 manat maddi ziyanın və 200 manat hüquqi yardımın tutularaq ona verilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2600 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2600 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-473/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-473/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver