Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-483/2024 12.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tutulması və 840 manat məbləğində aliment borcunu ödəməkdən azad olunması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh X7 alınıb ona verilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X8 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi olan dövrdə himayəsində saxlanıldığı və ehtiyaclarını ödədiyi üçün yetkinlik yaşına çatanadək saxlanması üçün X11 xeyrinə 840 manat aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Nəbiyeva (Fətullayeva) Elfanə Bəhlul qızı ilə xx.xx.2010-ci il tarixdə nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X19 və xx.xx.2013-cü il tarixdə X17 anadan olmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)-56/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X15 qarşı nikahın pozulması və uşağın himayədə saxlanması tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, İddiaçı ilə X20 arasında xx.xx.2010-ci il tarixdə Göyçay rayon Qarabaqqal kənd nümayəndəliyində bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X19 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 Elfanə Bəhlul qızının yanında saxlanılması,xx.xx.2011-ci il tarixdə anadan olmuş X19 iddiaçı X9 alınaraq cavabdeh X15 verilməsi, qətnamə X10 atası İddiaçı alınaraq anası X15 verilməsi hissədə icra edilərkən, icra prosesində Fətullanın təhsil aldığı Göyçay Şəhər Səməd Vurğun adına X22 Tipli Gimnaziyasının psixoloqunun və Fətullaya tədrisi həyata keçirən pedaqoqun iştirakının təmin edilməsi, qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X10 və xx.xx.2013- cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X15 verilməsi, azyaşlı X3 üçün tutulan aliment qətnamə qəbul edildiyi gündən yəni xx.xx.2020-ci il tarixdən, azyaşlı X4 üçün tutulan aliment azyaşlı X10 İddiaçı alınaraq cavabdeh X15 verildiyi vaxtdan tutulması, qətnamə azyaşlı X3 üçün alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-398/2021 saylı qətnaməsi üzrə İddiaçı cavabdeh X7 oğlu Fətullanın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslanadırmışdır ki, tərəflər məhkəmə qətnaməsinə əsasən ayrılmışlar, tərəflərin birgə nikahdan anadan olmuş Fətulla və Nəzakət məhkəmə qətnaməsinə əsasən anası X11 himayəsində saxlanılmışdır. İddiaçı məhkəmə baxışı zamanı cavabdeh X7 hər ay 200 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-381/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X20ma qarşı "aliment ödənilməsindən azad edilmə" tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə İddiaçı hazırda onun yanında yaşayan xx.xx.2011-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün X11 xeyrinə hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsasınadırmışdır ki, Göyçay rayon İcra va Probasiya şöbəsi tərəfindən xx.xx.2011-cuil tarixdə anadan olmuş X6 Tehran İbrahim oğlundan xx.xx.2021-ci il tarixdə alınaraq cavabdeh X21ma təhvil verilmiş, lakin X19 cavabdehin yanında 2- 3 gün yaşadıqdan sonra, xx.xx.2021-ci il tarixdən yenidən iddiaçının yanına qayıtmışdir. Göyçay rayon İHB Qarabaqqal İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktla müəyyən edilmişdir ki, İddiaçı ilə Nəbiyeva (Fətullayeva) Elfanə Bəhlul qızı nikahları pozulduqdan sonra 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi övladları ilə birlikdə Göyçay rayonu Natəvan küçəsində yerləşən Rasim Məmmədova məxsus fərdi yaşayış evində kirayədə yaşamışlar. Məhkəmə qətnaməsinin mövcüd olmasına baxmayaraq ayrıldıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X19 atası İddiaçı ilə yaşayır. Göyçay rayon İHB Qarabaqqal İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktla tərəflərin birgə nikahından xx.xx.2011-cu il tarixdə anadan olmuş X10-İddiaçı yanında (himayəsində) yaşamağı sübut edilir. Bundan başqa Göyçay rayon Məhkəməsinin 2(046)-56/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulmasına baxmayaraq onlar barışaraq faktiki olaraq 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi Göyçay şəhəri Natəvan küçəsində yerləşən, Rasim Məmmədova məxsus evdə kirayədə yaşamış, təsərrüfatı birgə idarə etməklə həm cavabdehin, həmdə yetkinlik yaşına çatmayan uşaqlarının qayğısına qalmış, ehtiyaclarlarını şəxsən o, ödəmişdir. Ona görə də 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi xx.xx.2013-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində (840 manat) aliment tutularaq cavabdeh X15 verilməsi öhdəliyindən azad olunmalıdır. O, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatanadək saxlanması üçün X11 xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilməsinə baxmayaraq və xx.xx.2013cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X15 120 manat sabit pul məbləğində aliment ödəməsinə dair ödəniş qəbzlərini saxlamadığından bundan sui-istifadə edən cavabdeh və icra məmuru 4080 manat aliment borcunun olduğunu əsas gətirərək onun tərəfindən İXM-nin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi ilə əlaqədar barəsində protokol tərtib edərək məhkəmə vermiş, məhkəmə qaydasında ayrı-ayrı qərarlarla iki dəfə inzibati həbs tənbehinə məruz qoymuşdur. Nəticədə onun sağlamlıq durumu pisləşmiş, əmək qabiliyyəti məhdudlaşmışdır. Birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X10 normal fiziki və mənəvi inkişafı üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh X20 rəsmi qaydada işləyir və aylıq qazancı 1000 manatdan artıqdır. Bu səbəbdən hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X2 üçün, yetkinlik yaşına çatanadək, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment cavabdeh X7 alınıb ona verilməlidir. Cavabdeh ilkin Mediasiya sessiyasında iştirak etmədiyi üçün xx.xx.2023-cü il tarixli arayış verilmiş, həmin arayışdan görünür ki, 50 manat rüsum ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdir ki, o, aylıq 315 əmək haqqı almaqla yanaşı kirayədə yaşayır. İddiaçının xeyrinə aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı ilə aralarında nikah pozulduqdan sonra barışmışlar və 07 ay birgə Göyçay şəhərində kirayədə yaşamışlar. Həmin vaxt iddiaçı işləməmiş və o, işləməklə ailənin saxlanılması üçün maddi yardım göstərmişdir. İddiaçı ilə birgə yaşadığı müddətdə yığılmış 3000-4000 arası aliment borcu silinmişdir. İddiaçının 840 manat aliment borcunun silinməsinə dair tələbi ilə bağlı bildirir ki, 840 manat aliment borcu xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yığılan aliment borcudur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, vəkilin çıxışını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki: Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X19 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə X20 arasında xx.xx.2010-ci il tarixdə Göyçay rayon Qarabaqqal kənd nümayəndəliyində bağlanmış nikah pozulmas, xx.xx.2011-cu il tarixdə anadan olmuş X19 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 Elfanə Bəhlul qızının yanında saxlanılması, xx.xx.2011-cu il tarixdə anadan olmuş X10 İddiaçı alınaraq cavabdeh X15 verilməsi, qətnamə X10 atası İddiaçı alınaraq anası X15 verilməsi hissədə icra edilərkən, icra prosesində Fətullanın təhsil aldığı Göyçay Şəhər Səməd Vurğun adına X22 Tipli Gimnaziyasının psixoloqunun və Fətullaya tədrisi həyata keçirən pedaqoqun iştirakının təmin edilməsi, qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi, xx.xx.2011-cu il tarixdə anadan olmuş X10 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X15 verilməsi, azyaşlı X3 üçün tutulan aliment qətnamə qəbul edildiyi gündən yəni xx.xx.2020-ci il tarixdən, azyaşlı X4 üçün tutulan aliment azyaşlı X10 İddiaçı alınaraq cavabdeh X15 verildiyi vaxtdan tutulması qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-398/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X7 oğlu Fətullanın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-381/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə İddiaçı hazırda onun yanında yaşayan xx.xx.2011-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatanadək saxlanması üçün X11 xeyrinə ödəməli olduğu hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(046)-682/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB-nın Qarabaqqal inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Hüseyn Hüseynov, Qarabaqqal kənd bələdiyyəsi Əli Xəlilov, Qarabaqqal kənd sakinləri İddiaçı, Nəzakət Fətullayeva, Ramil Nəbiyev, Nurlan Nuriyev, Yaqub Şəfiyev, Mahir Məmmədov, İsmayıl Baxışov, Göyçay şəhər sakinləri Rasim Məmmədov, Məhi Osmanov, Göyçay şəhər 07 saylı tam orta məktəbin müəlliməsi Elza Cavadovanın iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ilə Nəbiyeva (Fətullayeva) Elfanə Bəhlul qızı nikahları pozulduqdan sonra 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi övladları ilə birlikdə Göyçay rayonu Natəvan küçəsində yerləşən Rasim Məmmədova məxsus fərdi yaşayış evində kirayədə yaşamışlar. Məhkəmə qətnaməsi olmasına baxmayaraq ayrldıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X19 atası İddiaçı ilə birlikdə yaşamışdır. “İkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Məhkəmənin sorğusuna əsasən Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə anadan olmuş X13 görə X15 12 mart 2024-cü ilə olan aliment borcu 1570 manat təşkil edir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən götürülmüş çıxarışdan müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-də satıcı işləməklə, 345 manat əmək haqqı alır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. "Uşaq hüquqları haqqında "Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, soisal hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcələrindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75, 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının həmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayıq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək valideynlərin hüququ olmaqla yanaşı həm də vəzifəsidir. Onlar uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Məhkəmə Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasını, Cavabdeh 316 manat əmək haqqı almaqla kirayədə yaşamasını, tərəflərin hər birinin himayəsində bir uşağın olmasını nəzərə alaraq hesab edir ki, ana ataya nisbətən daha az təminatlıdır. Buna görə də iddia tələbi cavabdeh X7 xx.xx.2011 -ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X14 verilməsi hissəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək tərəflər faktiki nikah münsibətlərində olmuş və birgə təsərrüfat aparmışlar və həmin nikahdan doğulmuş uşaqlar hər iki valideyinin himayəsində olmuşdur. Belə olan halda qeyd olunan müddət ərzində aliment öhdəliyinin yaranması və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi öhdəliyin onun üzərinə qoyulması ədalətsiz hesab olunur. Buna görə də iddiaçı 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək hesablanmış aliment borcunu ödəməkdən azad olunmalıdır. Göyçay Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 2(037)-56/2020 saylı qətnaməsinin qüvvədə olması həmin qətnamə əsasında hesablanmış aliment borcunun silinməsinə mane olmur. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinin dispozisiyası məhz aliment ödənilməsi barədə qətnamə qəbul edildikdən və qüvvəyə mindikdən sonra həmin maddədə sadalanan halların baş verməsi halında aliment ödəməli şəxsin aliment borcunu tamamilə və ya qismən ödəməkdən azad edilməsi mümkünlüyünü müəyyən etmişdir. Aliment borcunun silinməsi xx.xx.2013-cü il təvəllüdlü X8 hər iki valideynin yanında yaşadıqları dövrü əhatə etməlidir. Belə ki, uşaq ana və atası ilə yaşamış, onun bütün xərclərini qarşılıqlı şəkildə valideynləri ödəmişdır. Buna görə də iddia tələbi iddiaçının hər ay 120 manat olmaqla, 7 ay üçün 840 manat aliment ödəmək öhdəliyindən azad olunması tələbinə dair hissəsi təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarına qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə ödəməli olduğu hər ay 120 manat olmaqla, 7 ay üçün 840 manat aliment ödəmək öhdəliyindən azad edilməli, iddia tələbi qalan qalan hissədə təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216, 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə 7 ay üçün hesablanmış 840 (səkkiz yüz qırx) manat məbləğində alimenti ödəmək öhdəliyindən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-483/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-483/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver