Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-779/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması və 840 manat məbləğində aliment borcunu ödəməkdən azad olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X7 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması və 840 manat məbləğində aliment borcunu ödəməkdən azad olunması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(046)-483/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh X8 alınıb ona verilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X9 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi olan dövrdə himayəsində saxlanıldığı və ehtiyaclarını ödədiyi üçün yetkinlik yaşına çatanadək saxlanması üçün X12 xeyrinə 840 manat aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Nəbiyeva (Fətullayeva) Elfanə Bəhlul qızı ilə xx.xx.2010-ci il tarixdə nikah bağlamışdır. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X18 və xx.xx.2013-cü il tarixdə X16 anadan olmuşdur. Göyçay rayon Məhkəməsinin 2(046)- 56/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X14 qarşı nikahın pozulması və uşağın himayədə saxlanması tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, İddiaçı ilə X19 arasında xx.xx.2010-ci il tarixdə Göyçay rayon Qarabaqqal kənd nümayəndəliyində bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il tarixdə anadan olmuş X18 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 Elfanə Bəhlul qızının yanında saxlanılması,xx.xx.2011-ci il tarixdə anadan olmuş X18 iddiaçı X10 alınaraq cavabdeh X14 verilməsi, qətnamə X11 atası İddiaçı alınaraq anası X14 verilməsi hissədə icra edilərkən, icra prosesində Fətullanın təhsil aldığı Göyçay Şəhər Səməd Vurğun adına inteqrasiya Təlimli internat Tipli Gimnaziyasının psixoloqunun və Fətullaya tədrisi həyata keçirən pedaqoqun iştirakının təmin edilməsi, qətnamə bu hissədə qanuni qüvvəyə mindiyi gündən 15 gündən gec olmayaraq icra edilməsi, xx.xx.2011-ci il tarixdə anadan olmuş X11 və xx.xx.2013- cü il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X14 verilməsi, azyaşlı X3 üçün tutulan aliment qətnamə qəbul edildiyi gündən yəni xx.xx.2020-ci il tarixdən, azyaşlı X4 üçün tutulan aliment azyaşlı X11 İddiaçı alınaraq cavabdeh X14 verildiyi vaxtdan tutulması, qətnamə azyaşlı X3 üçün alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-398/2021 saylı qətnaməsi üzrə İddiaçı cavabdeh X8 oğlu Fətullanın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslanadırmışdır ki, tərəflər məhkəmə qətnaməsinə əsasən ayrılmışlar, tərəflərin birgə nikahdan anadan olmuş Fətulla və Nəzakət məhkəmə qətnaməsinə əsasən anası X12 himayəsində saxlanılmışdır. İddiaçı məhkəmə baxışı zamanı cavabdeh X8 hər ay 200 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Göyçay rayon Məhkəməsinin 2(046)-381/2020 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X19ma qarşı "aliment ödənilməsindən azad edilmə" tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə İddiaçı hazırda onun yanında yaşayan xx.xx.2011-ci il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanması üçün X12 xeyrinə hər ay 120 manat aliment ödəməkdən xx.xx.2021-ci il tarixdən etibarən azad edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsasınadırmışdır ki, Göyçay rayon İcra va Probasiya şöbəsi tərəfindən xx.xx.2011-cuil tarixdə anadan olmuş X6 Tehran İbrahim oğlundan xx.xx.2021-ci il tarixdə alınaraq cavabdeh X20ma təhvil verilmiş, lakin X18 cavabdehin yanında 2- 3 gün yaşadıqdan sonra, xx.xx.2021-ci il tarixdən yenidən iddiaçının yanına qayıtmışdir. Göyçay rayon İHB Qarabaqqal İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktla müəyyən edilmişdir ki, İddiaçı ilə Nəbiyeva (Fətullayeva) Elfanə Bəhlul qızı nikahları pozulduqdan sonra 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayına kimi övladları ilə birlikdə Göyçay rayonu Natəvan küçəsində yerləşən Rasim Məmmədova məxsus fərdi yaşayış evində kirayədə yaşamışlar. Məhkəmə qətnaməsinin mövcüd olmasına baxmayaraq ayrıldıqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X18 atası İddiaçı ilə yaşayır. Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, aylıq 315 əmək haqqı almaqla yanaşı kirayədə yaşayır. İddiaçının xeyrinə aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı ilə aralarında nikah pozulduqdan sonra barışmışlar və 07 ay birgə Göyçay şəhərində kirayədə yaşamışlar. Həmin vaxt iddiaçı işləməmiş və o, işləməklə ailənin saxlanılması üçün maddi yardım göstərmişdir. İddiaçı ilə birgə yaşadığı müddətdə yığılmış 3000-4000 arası aliment borcu silinmişdir. İddiaçının 840 manat aliment borcunun silinməsinə dair tələbi ilə bağlı bildirmişdir ki, 840 manat aliment borcu xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yığılan aliment borcudur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
5. Göyçay Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(046)-483/2024 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-56/2020 saylı qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə 7 ay üçün hesablanmış 840 (səkkiz yüz qırx) manat məbləğində alimentin ödəmək öhdəliyindən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasını, Cavabdeh 316 manat əmək haqqı almaqla kirayədə yaşamasını, tərəflərin hər birinin himayəsində bir uşağın olmasını nəzərə alaraq hesab edir ki, ana ataya nisbətən daha az təminatlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh X8 xx.xx.2011-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına çatanadək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X13 verilməsi hissəsi təmin edilməməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək tərəflər faktiki nikah münsibətlərində olmuş və birgə təsərrüfat aparmışlar və həmin nikahdan doğulmuş uşaqlar hər iki valideyinin himayəsində olmuşdur. Belə olan halda qeyd olunan müddət ərzində aliment öhdəliyinin yaranması və həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi öhdəliyin onun üzərinə qoyulması ədalətsiz hesab olunur. Buna görə də iddiaçı 2020-ci ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək hesablanmış aliment borcunu ödəməkdən azad olunmalıdır.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, Göyçay Rayon Məhkəməsinin 27 iyul 2020ci il tarixli 2(037)-56/2020 saylı qətnaməsinin qüvvədə olması həmin qətnamə əsasında hesablanmış aliment borcunun silinməsinə mane olmur. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinin dispozisiyası məhz aliment ödənilməsi barədə qətnamə qəbul edildikdən və qüvvəyə mindikdən sonra həmin maddədə sadalanan halların baş verməsi halında aliment ödəməli şəxsin aliment borcunu tamamilə və ya qismən ödəməkdən azad edilməsi mümkünlüyünü müəyyən etmişdir. Aliment borcunun silinməsi xx.xx.2013-cü il təvəllüdlü X9 hər iki valideynin yanında yaşadıqları dövrü əhatə etməlidir. Belə ki, uşaq ana və atası ilə yaşamış, onun bütün xərclərini qarşılıqlı şəkildə valideynləri ödəmişdır. Buna görə də iddia tələbi iddiaçının hər ay 120 manat olmaqla, 7 ay üçün 840 manat aliment ödəmək öhdəliyindən azad olunması tələbinə dair hissəsi təmin edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə, 34-cü maddəsinin İV bəndinə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunun: 8-ci, 13-cü, 19-cu maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1, 58.2, 75, 75.1, 75.4, 78.1, 78.2, 78.3, 112.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2ci,77.1-ci, 78.1-ci, 80-cı, 81-ci, 217-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz.
13. Mübahisələndirdiyi məhkəmə qətnaməsi ilə uşaqların saxlanması yalnız onun üzərinə qoyularaq aliment hər ay 120 manat məbləğində müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Lakin məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir.
14. İşə baxılarkən onun himayəsində yaşayan xx.xx.2011-ci il təvəllüdlü X11 böyüdükcə artan tələbatı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər mаksimаl sаxlаnılmаsı şərtləri və onun saxlanılması üçün artan tələbatını təkbаşınа ödəyə bilməməyi nəzərə аlınmamışdır.
15. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Belə ki, o, heç bir yerdə işləmir, heç bir gəliri yoxdur və heç bir əmlakı yoxdur. Lakin cavabdeh kifayət qədər maddi gəlirə malik olmaqla uşağı normal saxlamaq imkanına malikdir.
16. Cavabdehin ona nisbətən daha az təminatlı olmasına dair iş materiallarında heç bir sübut yoxdur, cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
17. Bu səbəbdən hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, maddi hüquq norması (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci və 75.1-ci maddələri) düzgün tətbiq edilməmiş, nəticədə qanunsuz qətnamə qəbul edilmiş, bununla da onun hüquqları pozulmuşdur.
18. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
19. Göyçay rayon Məhkəməsinin 2(046)-483/2024-nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
20. Odur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-483/2024-nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı “xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdeh X8 alınıb İddiaçı verilməsi” barədə iddiasının təmin edilməsini xahiş etmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 1-ci bəndinə əsasən uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən: pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından; pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən; pul və natura ilə verilən mükafatlardan; iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət və bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından; işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən; müvəqqəti əvəzetməyə görə ödəmədən; qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan; qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan; il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan; əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından; qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından. 1.2-ci bəndinə əsasən qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən: məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla); istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən; faktiki alınan pensiyadan; ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən; aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; işsizlik müavinətindən. 1.3-ci bəndinə əsasən fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə şəxsi və fərdi kəndli (fermer) təsərrüfatından əldə etdiyi xalis gəlirdən. 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.
26. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.
27. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
28. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin yekununda qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, Göyçay Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(046)-483/2024 nömrəli qətnaməsini iddianın təmin edilməmiş hissəsində mübahisələndirirmişdir.
33. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi dəlilləri ilə razılaşmır.
37. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən uşağın saxlanılmasına görə hər ay 235 manat alimentin tutulmasını tələb etsə də, cavabdehin həmin məbləği ödəməyə imkan verən qazancının və gəlirinin olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır.
40. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.
41. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.
43. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
44. Kollegiya əlavə olaraq qeyd edir, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(046)-483/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(046)-483/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.