Məhkəmə qərarları › İş №2(046)-51/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-51/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-51/2021 04.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2949.60 manat vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumun və 0.40 manat xidmət haqqın İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Dövlət rüsumu 30 manat ödənilmişdir) İddiaçı Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsin xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə idarə etdiyi «Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolu ilə hərəkət edərkən “xxxx” MMC-yə məxsus “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin MYP 557687 saylı inzibati xəta haqqında protokolda öz əksini tapmışdır. “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli qüsur aktına uyğun olaraq “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7987 manat ziyan dəymişdir. **********79 saylı sığorta müqaviləsinin 02010 saylı sığorta aktına əsasən 100 manat azadaolma məbləği çıxlmaqla 7887 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığortası “xxxx” ASC-də olduğundan 4937.40 manat “xxxx” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ASC-yə ödənilmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəi nəticəsində dəymiş qalıq 2949.60 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, hadisə zamanı “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ona bildirilməmişdir. Hesab edir ki, ondan subroqasiya qaydasında tələb edilən sığorta ödənişini süni şəkildə şişirdilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətlərindən görünür ki, “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC, «Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi isə Cavabdeh olmuşdur. Məhkəməyə təqdim edilmiş Avtonəqliyyat Vasitəsinin Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, hadisə tarixinə, yəni xx.xx.2015-ci il tarixə Cavabdeh idarə etdiyi «Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən sığortalanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 xx.xx.2015-ci il tarixədək etibar edilmişdir. Məhkəməyə təqdim edilmiş MYP 557687 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə idarə etdiyi «Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı yolu ilə hərəkət edərkən “xxxx” MMC-yə məxsus “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, buna görə Cavabdeh İXM-nin 151.2 maddəsi ilə təqsirli bilinərək 60 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli avtomobilin yekun qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sığortalı Cavabdeh idarə etdiyi idarə etdiyi «Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 7958 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş 020190 saylı sığorta aktından görünür ki, “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7987 manat ziyan dəymiş, 100 manat azadaolma məbləği çıxlmaqla 7887 manat sığorta ödənişi həyata keçirilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2015-ci il tarixli məxaric orderindən görünür ki, 7887 manat “xxxx” MMC-nin nümayəndəsinə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyandan 4937.40 manat İddiaçı Sığorta Şirkətinə ASC-yə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə iqtisad-ekspertizasının xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxlışlı “Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7836 manat müəyyən edilmişdir. Aparılmış ekspertizanın dəyəri 100 manat təşkil edir. Sadalananlardan görünür ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “xxxx” MMC-yə məxsus X4 tərəfindən etibarnamə ilə idarə edilən “VAZ 21033” markalı **-BD-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində avtomobilə ziyan dəymiş, həmin maddi ziyan “xxxx” MMC-nin nümayəndəsinə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Həmin avtomobilə ziyan yüksək təhlükə yaradan fəaliyyət nəticəsində vurulmuşdur. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, «Fial Doblo” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sığorta hadisəsi baş verən tarixdə ekspert rəyində qeyd edildiyi kimi ümumilikdə 7836 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Eləcə də «Mercedes Benz E320” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı “xxxx” ASC tərəfindən 4937.40 manatın İddiaçı Sığorta Şirkətinə ASC-yə ödənilməsi nəzərə alınarsa cavabdehdən 2898.60 manat tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul və 0.40 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 100 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nöməli hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2898.60 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilsin. İş üzrə eksprtiza xərci olan 100 manat məbləğində pul Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nöməli hesabına keçirilsin. Qətnamənin icrası Cavabdeh yaşaşdığı ərazi üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar