Məhkəmə qərarları › İş №2(046)-511/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-511/2021

16.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-511/2021 16.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh1 Mirzəli oğlunun iştirakı ilə, miras qalmış əmlakın qəbul etmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı Məmmədova (Nağıyeva) Radmila Mürşüd qızından miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və onun həmin ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, cavabdehlər onun oğlanlarıdır. xx xxxxxx 1976-cı il tarixdə Məmmədova (Nağıyeva) Radmila Mürşüd qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 3 uşaqları xx.xx.1978-ci il tarixdə Cavabdeh2, xx.xx.1979-cu il tarixdə Cavabdeh3 və xx.xx.1984-cü il tarixdə Cavabdeh1 anadan olmuşur. Arvadı Məmmədova (Nağıyeva) Radmila Mürşüd qızı xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Mərhum avradından ünvan 1 ünvanda 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Həmin evi mərhum arvadı ilə birgə nikah dövründə onun əziyyətlə qazandığı vəsaitlə almışlar. Arvadının vəfatından sonra miras evi faktiki idarə etmiş, evin su, qaz, işığı onun adına keçmişdir. Evi aldıqları gündən indiyədək həmin evdə yaşayır, kiçik oğlu cavabdeh İlyas mənimlə həmin evdə yaşayır. Digər cavabdehlər 20 idən çoxdur ki, Rusiya Federasiyasında yaşayırlar. Onlar 20 ildə cəmi 2 dəfə Azərbaycana gəlmişlər. Onlarla telefon əlaqəsi saxlayır, dəfələrlə evi öz adına keçirmək istədiyini oğlanlarına bildirmiş, lakin hər üç oğlu «yaxşı razılıq verərik sənin adına ev qeydiyyata alınar» desələrdə indiyədək onlardan Notarius təsdiqli imtina ərzəsi ala bilməmişdir. Vərəsəlik hüququ əldə etmək üçün Göyçay rayon Notariat Kontoruna müraciət edərkən, cavabdehlərin ərizəsi olmadığı üçün Notarius mənə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdehlər Elşad və Elçin arvadından miras qalan evi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 Mirzəli oğlu məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, mərhum anasından miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsinə heç bir etiraz etmir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə və digər cavabdehlərə məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və cavabdehlər üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsin və digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçını və cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı xx.xx.1976-cı il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsindən və texniki pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi xx.xx.1989cu il tarixdə X4 adına dövlət qeydiyyatında alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 1648 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ixtilaflar vardır. Buna görə də məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı oğlu mərhum arvadı X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini mülkiyyətçinin vəfatından sonra sahiblik etməklə, həmin əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Azərbaycan Respublikası MM-nin 1159.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum arvadı X2 miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evini miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum arvadı X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə xx.xx.1989-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən mərhum X3 mülkiyyəti kimi qeydə alınmış ünvan 1 ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar