Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-552/2021 08.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3150 manat məbləğində pulun, 1500 manat əldən çıxmış faydanın, 30 manat dövlət rüsumun tutulması və Cavabdeh əməlində cinayət tərkibi olduğundan barəsində xüsusi qərar çıxardılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyi və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh 2015- ci il tarixində Göyçay rayonu Alpoud kəndindəki fərdi yaşayış evini sənədləşdirərək ona satmaq bəhanəsi ilə əvvəlcə 3000 sonra isə 1000 ümumilikdə 4000 (dörd min manat) pul almışdır. Sonradan ona məlum olmuşdur ki, həmin fərdi yaşayış evini başqa şəxsə satmış, ona qarşı dələduzluq edərək onu aldadaraq 4000 ( dörd min manat) pul vəsaitimi etibarımdan suiistifadə etməklə mənimsəmişdir. Cavabdehdən dəfələrlə 4000 manatı geri istəmiş, lakin cavabdeh pulu ödəməkdən imtina etmişdir. 2020-ci ilin fevral ayında cavabdeh 4000 manat məbləğin 850 manatını ona qaytarmışdır. Qalan məbləği isə yaxın zamanda ödəyəcəyinə söz vermişdir. Lakin verdiyi sözün üzərində durmamışdır. Belə olan halda aidiyyatı üzrə Göyçay rayonu Polis Şöbəsinə müraciət etmişdir. Çox saylı araşdırmalardan sonra Göyçay Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı X1 tərəfindən Cavabdeh əməlində cinayət tərkibinin olmaması səbəbindən cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxxx 2020- ci il tarixli qərar verilmişdir. Qərar rəsmən mənə poçt vasitəsi ilə xx xxxxxx 2020- ci il tarixində təqdim olunmuşdur. Qərarda işin təfsilatı qeyd olunmaqla, ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh bu hərəkətlərinin nəticəsi olaraq ona 1500 manat məbləğində əldən çıxmış fayda ödəməlidir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini bildirərək göstərmişdir ki, İddiaçı evinin alqı-satqısına dair 4000 manat beh pul almış, həmin puldan 850 manatını 2020-ci il tarixdə iddiaçıya qaytarmışdır. İddiaçı 3150 manat borcu qalmışdır. Borclu olduğu 3150 manatı İddiaçı yaxın müddətdə ödəyəcəkdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi əlaməti olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh beh kimi 4000 manat pul vermiş, Cavabdeh 2020-ci ilin fevral ayında həmin puldan 850 manatını iddiaçıya qaytarmışdır. İddiaçıya 3150 manat məbləğində borclu qaldığını etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı məxsus 3150 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 1500 manat məbləğində əldən çıxmış faydanın alınıb ona verilməsinə və Cavabdeh əməlində cinayət tərkibinin olduğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia cavabdehin məhkəmə baxışı zamanı etiraf etdiyi həddə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələb üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat və 0.40 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3150 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3150 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 manat xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-552/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-552/2021
08.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver