Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-564/2023 01.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit və faiz borcunu zamin kimi ödədiyi 8058.59 manat məbləğin və iddia ərizəsi verilərkən ödənilmiş 104 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Qubadlı filialı və Cavabdeh arasında 19 avqust 2019-cu il tarixdə 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi bağlanmış, 48 ay müddətə 12674,75 (on iki min altı yüz yetmiş dörd, 75) manat məbləğdə kredit rəsmiləşdirilmişdir. "xxxx" ASC-nin Qubadlı filialı və Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi üzrə onun kredit öhdəliklərinin təminatı olaraq qeyd olunan tarixdə onunla Bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı zaminlik müqaviləsinin 4.5-ci bəndinə əsasən «Kreditor» Kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılıq olmadan) onun "xxxx" ASC-nin istənilən bank hesabından tuta (silə) bilər. "xxxx" ASC-nin 12 yanvar 2022-ci il tarixli maliyyə arayışına əsasən borcalan Cavabdeh tərəfindən kredit öhdəlikləri vaxtında icra edilmədiyi üçün zaminlik müqaviləsinə əsasən öhdəliklərin icrası mənim kart hesabına yönəldilmiş və ******************** saylı kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 3115,27 (üç min yüz on beş, 27) manat vəsait silinmişdir. 2021-ci ildə tutulan ödənişlər üzrə məhkəməyə müraciət olunmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(004)-1777/2022 nömrəli qanuni qüvvəsini almış və hazırda Göyçay rayon İcra və probasiya şöbəsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə icraata başlanılmış məhkəmə qətnaməsi mövcuddur. "xxxx" ASC-nin 19 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən cari ildə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yenə də onun ******************** saylı kart hesabından ümumilikdə 3765,98 (üç min yeddi yüz altmış beş, 98) manat pul silinmişdir. Bununla yanaşı 01 oktyabr 2022-ci il tarixdə birdəfəlik 4292,61 (dörd min iki yüz doxsan iki manat,61) manat ödəniş nağd şəkildə icra olunmuşdur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş KapitalBank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, KapitalBank ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi üzrə iddiaçı (zamin) İddiaçı məxsus ******************** saylı kart hesabından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 3765,98 manat pul silinmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, KapitalBank ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, RGTK0990452A126 saylı restrukzasiya kredit müqaviləsi üzrə iddiaçı (zamin) İddiaçı tərəfindən 4292.61 manat pul kredit borcundan ödəniş edilərək silinmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh KapitalBank ASC-yə olan kredit borcundan İddiaçı tərəfindən cəmi 8058.59 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi İddiaçı Cavabdeh onun əvəzinə KapitalBank ASC-yə ödənilmiş 8058.59 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 104 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 104 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8058.59 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 104 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8058.59 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 104 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-564/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-564/2023
01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver