Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-593/2020 23.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi Məmmədova Könül Sabir qızının iştirakı ilə, doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 23 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 28.12.1973-cü il tarixdə Maraqlı şəxsndə tərtib edilmiş 77 saylı doğum haqqında akt qeydində adının x6 əvəzinə x4 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, xx.xx.1973cü il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuşdur. Sənədlər toplayaraq aidiyyəti orqana təqdim edərkən məlum olmuşdur ki, doğum haqqında şəhadətnamədə adı düzgün olaraq Ərizəçi kimi qeyd edilmiş, lakin doğum haqqında akt qeydində adı səhvən x1 qeyd edilmişdir. Həmin doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona Göyçay Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə məhkəmədə maraqlı tərəf qismində izahat vermiş Maraqlı şəxs rəisi Məmmədova Könül Sabir qızı göstərmişdir ki, Ərizəçi Şöbəyə müraciət etmiş, bu zaman müəyyən edilmişdir ki, ərizəçinin doğum haqqında akt qeydində adı Maqsud, ata adı isə Ziveyir kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydində dəyişiklik edilməsini xahiş etmiş, lakin ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə ziddiyətlər olduğundan doğum aktı qeydində düzəliş edilməsinə imtina edilmiş, ərizəçiyə doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə ərizəçini və maraqlı tərəfi dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş x2 görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 28.12.1973-cü il tarixdə 77 nömrə ilə qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş 77 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1973-cü il tarixdə anadan olmuş Ərizəçi adı Maqsud, ata adının isə Ziveyir kimi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, ərizəçinin atası x7 27.03.20111-ci il tarixdə, anası x5 22.05.2012-ci il tarixdə vəfat etmişlər. Maraqlı şəxs tərəfindən verilmiş 18.03.2020-ci il tarixli məktubdan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlər arasında ziddiyyətlər olduğundan doğum haqqında akt qeydinə düzəliş edilərək adının Azər ata adının isə Üzeyir kimi yazılması və doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində adı Azər kimi, lakin doğum haqqında akt qeydində adının Maqsud kimi, şəhadətnamə və doğum haqqında akt qeydində ata adı Ziveyir kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Müvafiq İcra Hakimiyyəti orqanı ilə aidiyyati şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydində düzəliş aparılaraq adının Azər kimi, ata adının isə Üzeyir kimi qeyd edilməsi barədə ərizəsi qanuni olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydində adının Azər kimi, ata adının isə Üzeyir kimi qeyd edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1973-cü il tarixdə anadan olmuş x3 adına tərtib edilmiş 28.12.1973-cü il tarixli 77 saylı doğum haqqında akt qeydində adının Azər və ata adının Üzeyir qeyd edilməsi və Maraqlı şəxs tərəfindən yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamədə adının Azər kimi, ata adının isə Üzeyir kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-593/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-593/2020
23.06.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver