Məhkəmə qərarları › İş №2(046)-649/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-649/2022

27.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-649/2022 27.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh Sehmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsinə Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sehmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 290000 manatın və 580 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyətı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəməyə təqdim edilmiş çıxarışlardan görünür ki, iddiaçı "xxxx" MMC ********** saylı VÖEN-lə, Cavabdeh Sehmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi isə ********** saylı VÖEN-lə dövlət qeydiyyatındadır. Cavabdeh Sehmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanı ünvan 1 yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli 10 saylı qərarına əsasən 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi mübahisənin subyekt tərkibi, həm də predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan iddiaçı "xxxx" MMC-nin iddia ərizəsi məhkəmə aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsində baxılmalı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 93 saylı ünvan olan Cavabdeh Sehmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar