Məhkəmə qərarları › İş №2(046)-673/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-673/2020

24.06.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-673/2020 24.06.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi Məmmədova Könül Sabir qızının iştirakı ilə, doğum qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydində ana adının x3, doğum tarixinin 30.06.1955-ci il, doğum yerinin Göyçay rayonu Şıxbəy kəndi, doğum qeydində göstərilmiş Allahverdi adının dəyişdirilərək şəxsiyyət vəsiqəsində göstərilmiş Əlləzim adı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, yaşa görə əmək pensiyası təyin olunması məqsədi ilə sənədlərini hazırlayarkən şəxsiyyət vəsiqəsində doğum tarixinin səhvən xx xxxxxxxx 1955-cı il yazıldığını görmüş, Göyçay rayon Polis Şöbəsınin Qeydiyyat və x4 müraciət etmiş, Qrupun əməkdaşı ona Maraqlı şəxsndən doğum haqqında sənədini gətirməyi tələb etmişlər. Göyçay rayon Qnydiyyat Şöbəsinə müraciət etdikdən sonra orada saxlanılan doğum qeydində adının səhvən Allahverdi yazılmasını müəyyən edilmiş, Qeydiyyat Şöbəsində saxlanılan sənədlərlə onda olan doğum haqqında şəhadətnaməni və şəxsiyyət vəsiqəsində doğum tarixi, şəhadətnamə nömrəsi akt qeydinin nömrəsində ziddiyyətlər olduğu üçün doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamış və Qeydiyyat Şöbəsi tərəfindən ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki nikah akt qeydində, əmək kitabçasında, attestatında, hərbi sənədlərində adı Əlləzim, nikah akt qeydımdə doğum tarixim 30 iyun 1955-ci il göstərilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə məhkəmədə maraqlı tərəf qismində izahat vermiş Maraqlı şəxs rəisi Məmmədova Könül Sabir qızı göstərmişdir ki, Ərizəçi Şöbəyə müraciət etmiş, bu zaman müəyyən edilmişdir ki, ərizəçinin doğum haqqında akt qeydində adı Allahverdi kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydində dəyişiklik edilməsini xahiş etmiş, lakin ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə ziddiyətlər olduğundan doğum aktın qeydində düzəliş edilməsinə imtina edilmiş, ərizəçiyə doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə ərizəçini və maraqlı tərəfi dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş x2 surətindən görünür ki, Ərizəçi 30.06.1955-ci il tarixdə Göyçay rayonunun Şıxbəy kəndində anadan olduğu qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş 06.07.1955-ci il tarixli 56 saylı doğum aktı qeydinin surətindən görünür ki, Ərizəçi 30.06.1955-ci il tarixdə anadan olmuş, adı Allahverdi kimi qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28.01.2020-ci il tarixli məktubdan görünür ki, ərizəçinin təqdim etdiyi x2 surətində x2 nömrəsi İ-İE №043586 akt qeydində isə x2 nömrəsi, İ-İE № 043147 kimi, doğum haqqında şəhadətnamədə akt qeydinin nömrəsi 55 akt qeydində isə 56 kimi qeydə alınmışdır. Həmçinin Göyçay rayon Məlikkənd kənd icra nümayəndəliyi tərəfindən 06.07.1955-ci il tarixdə tərtib edilmiş 56 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adı Allahverdi yazılmağına baxmayaraq təqdim edilmiş şəxsiyyət vəsiqəsində və x2 surətində adı Əlləzim kimi yazılmışdır. Sənədlər arasında ziddiyyətlər olduğundan doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində ərizəçinin adı Əlləzim kimi, şəhadətnamədə doğum akt qeydi 55 nömrə kimi, doğum akt qeydində adı Allahverdi kimi göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.Müvafiq İcra Hakimiyyəti orqanı ilə aidiyyati şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydində düzəliş aparılaraq adının Əlləzim kimi qeyd edilməsi barədə ərizəsi qanuni olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydində adının Əlləzim kimi qeyd edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə 30.06.1955-ci il tarixdə anadan olmuş x1 adına tərtib edilmiş 06.07.1955-ci il tarixli 56 saylı doğum haqqında akt qeydində adının Əlləzim qeyd edilməsi və Maraqlı şəxs tərəfindən yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamədə adının Əlləzim kimi qeyd edilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahimFəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar