Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-685/2020 12.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi Məmmədova Könül Sabir qızının iştirakı ilə, doğum qeydində düzəliş edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X30 qeydində ana adının X8, ata adının X11, doğum tarixinin xx.xx.1963-cü il, doğum yerinin Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, valideynləri X11 xx xxxx 1985-ci il tarixdə və X9 xx xxxxxx 1992-ci il tarixdə vəfat etmişlər. Mərhum valideynlərindən miras qalmış əmlaka vərəsəlik hüququ əldə etmək məqsədi ilə sənədlər hazırlayarkən doğum qeydində soyadının səhvən Babayeva, atasının və anasının soyadı Babayev, atasının adının Şirin yazıldığı məlum olmuşdur. Halbuki inzibati ərazi nümayəndəliyində və arxivdə saxlanılan sənədlərdə bütün ailə üzvlərinin soyadları Tarverdiyev, atasının adı Baba kimi yazılmışdır. Həmçinin qardaşları Nüsrət və Fərmanın doğum haqqında şəhadətnamələrində mərhum atasının adı Baba, soyadı Tarverdiyev kimi qeyd edilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilsin. İş üzrə məhkəmədə maraqlı tərəf qismində izahat vermiş Maraqlı şəxs rəisi Məmmədova Könül Sabir qızı göstərmişdir ki, Ərizəçi Şöbəyə müraciət etmiş, bu zaman müəyyən edilmişdir ki, ərizəçinin X30 qeydində valideynlərinin soyadları Babayev və Babayeva və atasının adının Şirin kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydində dəyişiklik edilməsini xahiş etmiş, lakin ərizəçi akt qeydində dəyişiklik edilməsini kifayət qədər əsas təqdim edə bilmədiyindən doğum aktın qeydində düzəliş edilməsinə imtina edilmiş, ərizəçiyə X30 qeydinə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X10 görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Göyçay rayonunun Ərəb kəndində anadan olmuşdur. Atası X11 anası isə X4r. Məhkəməyə təqdim edilmiş X10 görünür ki, ərizəçinin qardaşı X13 xx.xx.1957-ci il tarixdə Göyçay rayonunun Ərəbcəbirli kəndində anadan olmuşdur. Atası X11 anası isə X4r. Məhkəməyə təqdim edilmiş X10 görünür ki, ərizəçinin qardaşı X14 xx.xx.1959-cu il tarixdə Göyçay rayonunun Ərəbcəbirli kəndində anadan olmuşdur. Atası X11 anası isə X4r. Məhkəməyə təqdim edilmiş Nikahın Pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 ilə X18 arasında bağlanmış nikah xx.xx.1991-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra ərizəçinin soyadı Tarverdiyeva qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, X11 xx.xx.1985-ci il tarixdə X8 isə xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X3 vəfat etdiyi 1992-ci ilədək Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. X3 əri X11, övladları X15, X13, X14, Ərizəçi, X16, Tarverdiyev Namiq oğlu və Ərizəçi varisləridir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli 106 saylı arxiv arayışının surətindən görünür ki, Göyçay RİHB-nın Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyinin 1-ci ərəbəcəbirli kəndinə aid 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabının 784-cü təsərrüfatında X8 ailə başçısı olmaqla öhdəsində 0.30 ha torpaq sahəsi, yaşayış evinin 74 kvm ümumi sahəsi, ö cümlədən 48 kvm yaşayış sahəsi olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarına əsasən kifayət qədər əsas olmadığı üçün soyadının Babayevadan Tarverdiyevaya və ata adının Şirindən Babaya dəyişdirilməsi Şöbədə mümkün deyildir buna görə də hazırkı məsələ ilə bağlı ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəməyə təqdim edilmiş X30 Qeydlərinin təsdiq edilmiş sürətlərindən görünür ki, ərizəçinin qardaşları X5, X6 və X7 ata qrafasında Baba, soyadı qrafasında isə Tarverdiyev qeyd edilmişdir. Lakin Ərizəçi X30 qeydində ata adı qrafasında Şirin, soyad qrafasında Babayeva qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.1978-ci il tarixli səkkizillik təhsil haqqında şəhadətnamədə ərizəçinin məlumatları Ərizəçi kimi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon Şəhadət kənd XDS İK-nin 1-ci Ərəbcəbirli kəndinə aid 1980-1982-ci illərə dair təsərrüfatbaşına kitabın 503-cü təsərrüfatında X11 ailə başçısı olmaqla qızı Ərizəçi öhdəsindədir. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Göyçay rayonunun Ərəb kəndində anadan olmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin valideyinlərinin və qardaşlarının X30 qeydlərində ərizəçinin atasının adı Baba kimi soyadı isə Tarverdiyev kimi göstərilmişdir. Lakin Ərizəçi X30 qeydində ata adı qrafasında Şirin, soyadı qrafasında Babayeva qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Müvafiq İcra Hakimiyyəti orqanı ilə aidiyyəti şəxslər arasında mübahisə olduqda, qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi X30 qeydində düzəliş aparılaraq ata adının Baba kimi və soyadının Tarverdiyeva kimi qeyd edilməsi barədə ərizəsi qanuni olduğundan təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X30 qeydində ana adının X8, ata adının X11 və soyadının Ərizəçi kimi qeyd edilməsi barədə ərizəsi təmin edilsin. Bu qətnamə xx.xx.1963-cü il tarixdə anadan olmuş X12 adına tərtib edilmiş xx.xx.1963-cü il tarixli 56 saylı X30 qeydində ana adının X1, ata adının X2 və soyadının Tarverdiyeva kimi qeyd edilməsi və Maraqlı şəxs tərəfindən yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-685/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-685/2020
12.08.2020 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver