Məhkəmə qərarları › İş №2(046)-688/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-688/2023

08.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-688/2023 08.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh nümayəndəsi (oğlu) X2 iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı debitor borcunun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 326.25 manat qazdan istifadəyə görə borcun, sayğaca edilmiş müdaxiləyə görə 172.80 manat pulun, 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X1 nümayəndəsi X9 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı X4 tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Potu kəndində yaşayan Cavabdehnun evində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X8 İdarəsinin Göyçay Xidmət Sahəsinə 326.25 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə bağlanmış qazın alqı-satqısı barədəki müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 (bir) ay müddətində Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Bundan başqa İddiaçı Ağsu X10 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri xx.xx.2020-ci il tarixdə cavabdehin yaşadığı ünvanda quraşdırılmış məişət qaz sayğacını yeni qaz sayğacı ilə əvəz edərək, fərdi yaşayış evindən açılan sayğacı növbədənkənar dövlət yoxlamasına göndərmişlər. Sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən cavabdehin evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesabllanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək Cavabdehnun Göyçay XS-nın abonent bazasındakı abonent koduna 1440 m3 – 172.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (oğlu) X5 iddianı qismən qəbul edərək göstərmişdir ki, qazdan istifadəyə görə iddiaçıya yaranmış borcu tezliklə ödəyəcəkdir, lakin sayğaca müdaxiləyə görə 172.80 manat ziyanı qəbul etmir, belə ki, cavabdeh tərəfindən sayğaca müdaxilə edilməmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (oğlu) X3 dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, iddiaçı ilə Cavabdeh arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş ******* təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı Cavabdeh məxsus Göyçay şəhəri rayonu Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir Məhkəməyə təqdim edilmiş İddiaçı itirilmiş qazın bərpasına dair tələbnamədən görünür ki, Cavabdehnun Göyçay XS-nin abonent bazasındakı abonent koduna 1440 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, Cavabdehnun qazdan istifadəyə görə 326.25, eləcə də akt üzrə Azəriqaz İB-nə 172.80 manat borcu vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdehnun istifadə etdiyi qazın dəyərini təşkil edən 326.25 manat borcu iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 443.1-ci öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Bu Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdehin yaşayış sahəsinə qoyulmuş qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə Cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan iddiaçı daşıyır, sayğaca kənar müdaxilə edilməsi cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməmiş, eyni zamanda cavabdehin qaz sayğacına kənar müdaxilə etməsi barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğaca istehlakçı tərəfindən kənar müdaxilənin müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın cavabdehdən tutulması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı qaz sayğacına müdaxiləyə görə 172.80 manat borcun cavabdehdən tələb etməkdə haqlı deyildir. Buna görə də iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 326.25 manat qazdan istifadəyə görə borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq Azəriqaz İB-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 326.25 manat qazdan istifadəyə görə borc, 30 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı alınaraq İddiaçı İB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar