Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-691/2020 20.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı2 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 1/5 hissədə bölünməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən paylarının müəyyən edilərək naturada ayırılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Göyçay rayonu Çayarxı kəndində yerləşən JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha həyətyanı torpaq sahəsinin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin iddiaçı məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı2 iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayon X2 xx xxxxxxxx 1998-ci il tarixli 42 nömrəli qərarı ilə X3 ailə başçısı olmaqla, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4 və Cavabdeh2 Göyçay rayonu Çayarxı kəndi ərazisində 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixdə X3 vəfat etmişdir. Lakin cavabdehlər birgə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyə imkan vermir, onları həmin torpaq sahəsinə buraxmır. Bu səbəbdən cavabdehlərlə birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinin hər birinə düşən payın müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin cavabdeh könüllü olaraq onların payını vermək istəmir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, X2 1998-ci il 17 sentyabr tarixli 42 saylı qərarının göstərildiyi JN 180F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin tərtib edilərkən qüsurların olması, onun etibarsız olmasına dəlalət edir. Belə ki, sənədin ilk səhifəsində sakin kimi 6 nəfər göstərilsə də, faktiki olaraq qardaşı X5 da, vəfat etdiyi tarixədək xx.xx.2000-ci il tarixədək onlarla həmin mülkiyyətdə yaşamışdır. Lakin adı aktda daxil edilməmişdir. İddiaçı tərəf cavabdeh olaraq Şəbinə Hümbətovanın da həmin mülkdə yaşamasını qeyd etsələr də, İddiaçı2la Cavabdeh1 əvvəl nikahda olmuş, onların arasında bağlanmış nikah xx xxxx 2004-cü il tarixdə Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən ləğv edilmiş və halhazırda Cavabdeh1 faktiki olaraq həmin mülkdə yaşamır. Həmçinin İddiaçı2 uzun müddətdir ki, Göyçay rayonunda yaşamır. Buna görə də hesab edir ki, iddia ərizəsində qeyd edilən iddiaçıların hüquqlarını məhdudlaşdırmağı barədə olan fikirləri həqiqəti əks etdirmir. İş üzrə Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası JN 180F saylı Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, mərhum X1, İddiaçı2, Cavabdeh1, İddiaçı1 və İddiaçı3 ümumi birgə mülkiyyətlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2004-cü il tarixdə Göyçay rayonunun Çayarxı kəndində vəfat etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçılar öz paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının ayrılaraq onlara verilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: İddia təmin edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh1 və Cavabdeh2 qarşı Göyçay rayonu Çayarxı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə JN 180F nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasən mərhum X1, İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinin 1/6 hissədə paylarının iddiaçıların adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-691/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-691/2020
20.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver