Məhkəmə qərarları › İş №2(046)-701/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-701/2020

14.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-701/2020 14.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair mülki işə 14 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən ümumi–birgə mülkiyyətdə olan 717.6 kv.m torpaq sahəsində paylarının müəyyən edilməsi və həmin paylara uyğun olaraq torpaq sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrəiddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair mülki iş iddiaçıların ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar