Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-705/2022 26.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə kredit və faiz borcunu zamin kimi ödədiyi 786.98 manat məbləğin, borc müqaviləsinə əsasən 500 manat pulun, 80 manat vəkil xidmət haqqının və iddia ərizəsi verilərkən ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi 19 dekabr 2014-cü il tarixdə onunla "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən borc müqaviləsinin icrasında yarananan problemlərə görə, zaminlik müqaviləsinin müddəalarını rəhbər tutan Bank onun əmək haqqından 786.98 manat pul tutmuşdur. Bundan əlavə Cavabdeh 2016 il tarixdə ondan 500 manat borc pul almış, dəfələrlə həmin pulun geri istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən imtina etmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçıdan 2016-cı ildə 500 manat borc pul almışdır. Həmin borcu qısa müddət ərzində qaytaracaqdır. Lakin onunla KapitalBank ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin qismində iddiaçıdan tutulmuş 786.98 manat pulu iddiaçıya qaytarmışdır. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş KapitalBank ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh kreditinə zaminlik müqaviləsinə əsasən zamin durmuş İddiaçı kart hesabından ümumilikdə 786.98 manat pul vəsaiti tutulmuşdur. Məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən Göyçay RPŞ-də xx.xx.2021-ci il tarixdə verilmiş izahatdan görünür ki, Cavabdeh İddiaçı 500 manat borclu olduğunu, həmin borcu hər ay 50 manat ödəməklə qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş Mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Göyçay rayon Vəkil bürosunun hesabına 80 manat pul ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh KapitalBank ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən 786.98 manat pul ödənilmişdir. Eləcə də Cavabdeh İddiaçı 500 manat borc pul almış, həmin pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun əvəzinə KapitalBank ASC-nə ödənilmiş 786.98 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. Eləcə də İddiaçı məxsus 500 manat pul cavabdehin qanunsuz sahibliyindədir. İddiaçı həmin pulu geri tələb edə bilər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu və 80 manat xidmət haqqı Cavabdehb alınaraq İddiaçı ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 786.98 manat və 500 manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 40 manat və 80 manat xidmət haqqı alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 786.98 manat və 500 manat məbləğində pul, dövlət rüsumu kimi ödənilmiş 40 manat və 80 manat xidmət haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-705/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-705/2022
26.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver