Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-705/2023 14.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Göyçay rayonunun Qaraməryəm kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN-001A saylı şəhadətnamədə göstərilən 0,23 hektar, torpağın mülkiyyətə verilməsinə dair JN-001A saylı şəhadətnamədə göstərilən 0,03 hektar həyətyanı torpaq sahələrindəki və torpağa mülkiyyət hüququna dair JN-194 saylı dövlət aktında göstərilən 2,23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 05 dekabr 1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qaraməryəm kəndində mənə, cavabdehlərə, mərhumlar X1, X6 və X3 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (torpağa mülkiyyət hüququna dair JN-194 saylı dövlət aktı), 0,23 ha (torpağın mülkiyyətə verilməsinə dair JN-001A) və 0,03 ha (torpağın mülkiyyətə verilməsinə dair JN-001AA) həyətyanı torpaq sahələri verilmişdir. 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,73 ha və 0,11 ha olan konturları iddiaçı uşaq olarkən mərhum nənəsu tərəfindən özgəninkiləşdirilmişdir. Ümumi birgə mülkiyyətçilərdən X1 11 may 2009-cu ildə, X6 16 iyul 2009-cu ildə və X4 15 may 2016-cı ildə vəfat etmişlər. İddiaçı cavabdehlərlə bölgü barədə razılığa gələ bilmədiyi üçün həmin torpaq sahələri üzərində sərəncam verə bilmir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehə məhkəmə baxışının vaxtı və yeri barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məlumat verilmiş,lakin məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-001A saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2, X1, X6 və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-01AA saylı şəhadətnamədən görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2, X1, X6 və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş torpağa mülkiyyət hüququna dair JN-194 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 3.09 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı, Cavabdeh1, Cavabdeh2, X1, X6 və X2 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 16 saylı Ucar ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, JN-194 nömrəli Dövlət Aktında qeyd olunan 3.09 ha torpaq sahəsindən 0.73 ha və 0.11 ha olan konturları özgəninkiləşdirilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddiaçı, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçı öz payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D I: İddia təmin edilsin. İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı Göyçay rayonu Qaraməryəm kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.03 ha, 0.23 ha həyətyanı torpaq sahəsinin və 3.09 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN -001A saylı şəhadətnaməyə əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.23 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/6 hissədə payı, Torpağın mülkiyyətə verilməsinə dair JN -01AA saylı şəhadətnaməyə əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.03 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/6 hissədə payı və torpağa mülkiyyət hüququna dair JN-194 saylı dövlət aktına əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 2.23 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində mülkiyyətçilərin 1/6 hissədə payı ayrılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-705/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-705/2023
14.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver