Məhkəmə qərarları › İş №2(046)-713/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-713/2021

11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-713/2021 11.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun qaytarılması tələbinə dair mülki işə Göyçay şəhərində 11 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 824 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş X1 görünür ki, İddiaçı 17.01.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı reqress qaydasında pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata İddiaçı vəfat etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar