Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-723/2025 14.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress hüququ əsasında pul tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx"ASC ilə bağladığı 18 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit və faiz borcu kimi 14042,39 manat məbləğində pulun və iddia ərizəsi verilərkən ödənilmiş 133 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı belə əsaslandırmışdır ki, 18 yanvar 2019-cu il tarixdə "xxxx" ASCdən 8913,15 manat məbləğində kredit alan Cavabdeh kredit öhdəliyinin təminatı kimi qohumumun xahişi ilə zamin dayanmış və bu barədə həmin tarixdə bankla zaminlik müqaviləsi bağlamışdır. Cavabdehin əvəzinə “Kapital Bank" ASC-yə kredit və faiz borcuna görə 14042,39 manat məbləğində pulu, özünə məxsus bank kartı vasitəsilə ödəniş etmiş, lakin həmin məbləği cavabdehdən geri ala bilməmişdir. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iddianı qəbul edərək göstərmişdir ki, cavabdehin iddiaçıya borcu vardır. Qeyd edilən borcu ödəyəcəkdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 18 yanvar 2019-cu il tarixli Z-179RGTK7901607AA saylı zaminlik müqaviləsindən görünür ki, 18 yanvar 2019- cu il tarixdə "xxxx" ASC ilə 8913,15 manat məbləğində kredit alan Cavabdeh kredit öhdəliyinin təminatı kimi İddiaçı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlançışdır. KapitalBank ASC tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli məktubdan və Kart və kredit hesabı çıxarışından görünür ki, Zamin İddiaçı əmək haqqı kart hesabından borcalan Cavabdeh 179RGTK7901607AA saylı kreditinə ümümilikdə 14652,58 (on dörd min altı yüz əlli iki, 58) manat vəsait silinmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh KapitalBank ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən cəmi 14042,39 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunun mənasından göründüyü kimi İddiaçı Cavabdeh onun əvəzinə KapitalBank ASC-nə ödənilmiş 14042,39 manat pulu zamin kimi cavabdehdən tələb etməkdə haqlıdır və onun bu tələbi qanuna uyğundur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 133 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 133 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14042,39 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 133 manat alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14042,39 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 133 manat alınaraq İddiaçı ödənilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Prbasiya Şöbəsinə həvalə edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-723/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-723/2025
14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver