Məhkəmə qərarları › İş №2(046)-727/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-727/2022

25.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-727/2022 25.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı belə əsaslandırmışdır ki, 04.07.2021-ci il tarixdə Göyçay rayonu Yeniarx kəndində evinin qarşısında özünə məxsus Khazar SD markalı avtomobilini saxlamış, həmin gün Cavabdeh onun avtomobilini əzərək 1500 manat maddi ziyan vurmuşdur. Bununla əlaqədar polis şöbəsinə müraciət etmiş, baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, Cavabdeh barəsində İXMnin 232-1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə zalında törətdiyi əməli etiraf etmiş, avtomobilə 1500 manat ziyan vurduğunu bildirmiş, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati qaydada cərimə edilmişdir.Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı iddiasını qəbul edir, iddiaçıya məxsus avtomobilə 1500 manat ziyan vurmuşdur. Həmin borcu hissə-hissə ödəyəcəkdir. İş üzrə təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli qərından görünür ki, Cavabdeh 04.07.2021-ci il tarixdə saat 05 radələrində Göyçay rayonu Xəlitli kəndində İddiaçı məxsus Khazar SD markalı avtomobilə 1500 manat ziyan vurduğuna görə İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh 04.07.2021-ci il tarixdə Göyçay rayonu Yeniarx kəndində İddiaçı məxsus avtomobilə 1500 manat maddi ziyan vurmuş, Cavabdeh İXM-nin 232-1-ci maddəsinə əsasən təqsirli bilinərək 1500 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun mənasından göründüyü kimi İddiaçı dəymiş ziyana görə 1500 manat pulu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəməyə təqdim edilmiş 70606 saylı X1 Birliyinin vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının Dövlət X3 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda dövlət rüsumu olan 35 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş ziyana görə 1500 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 1500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. 35 manat məbləğində dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar