Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-729/2020 02.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30000 manat beh məbləği, 19972.52 manat kredit faizi, 5000 mənəvi ziyan olmaqla cəmi 54972.52 manat və 30 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, sahibkarlıq məqsədilə traktor almaq istəmişdir. Cavabdeh Türkiyədən bu kateqoriyada traktorların idxalı ilə məşğul olduğundan cavabdehdən traktor almaq məqsədilə Accessbank QSC-yə kredit üçün müraciət etmişdir. Daha sonra Pərvizlə görüşərək beh müqaviləsi bağlamış, lakin razılaşmada olan müddət bitdikdən sonra cavabdeh müəyyən müddət müxtəlif bəhanələr gətirmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh müxtəlif şəxslərə eyni bəhanələr gətirməklə və eyni məqsədlərlə onları aldatmış, onların etibarından sui-isifadə etməklə külli miqdarda vəsaiti mənimsəmişdir. Məcbur olaraq, xx.xx.2019 il tarixdə Daxili İşlər Nazirliyinə müraciət etmiş, müraciəti AR DİN Baş Mütəşəkkil Cinayətkarlığa X3 2020-ci ilin yanvar ayına qədər icraatda olmuşdur. Bu müddətdə Cavabdeh dəfələrlə həmin idarədə ifadə verərək, vəsaiti götürdüyünü, lakin pulu ödəyəcəyi barədə izahat versə də bunu etməmişdir. Daha sonra Prokurorluq bu işi nəzarətə götürsə də eyni formada nəticələnmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə aralarında Mülki Məcəllənin 491 və 492-ci maddələrini əsas götürərək beh müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən 15000 manat məbləğində behi Cavabdeh vermiş, Cavabdeh xx.xx.2019-cu il tarixədək müqavilə öhdəliyi olaraq, Türkiyə Respublikasından “CAT” və ya “JSB” markalı ekskavator-yükləyicini ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə öhdəliyini yerinə yetirilmədiyi təqdirdə Cavabdeh 30000 manat vəsaiti beh olaraq qaytarmalıdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə həmin traktoru almaq məqsədilə bankla razılaşdırmış və xx.xx.2019-cu il tarixdə 50000 manat kredit götürərək, bir hissəsini beh olaraq, Cavabdeh vermiş (kredit müqaviləsi 002R**********). Müqaviləyə əsasən faiz məbləği olaraq, 19972.52 manat ödənilməlidir. Hesab edir ki, həmin kreditin faizi və 5000 manat mənəvi zərər cavabdehdən tutularaq ona ödənilməlidir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutları tədqiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli yazılı formada tərtib edilmiş beh müqaviləsindən görünür ki, İddiaçı 15000 manat məbləğində behi Cavabdeh verir, Cavabdeh xx.xx.2019-cu il tarixədək müqavilə öhdəliyi olaraq, Türkiyə Respublikasından “CAT” və ya “JSB” markalı ekskavator-yükləyicini təhvil verməyi öhdəsinə götürür, müqavilə öhdəliyini yerinə yetirilmədiyi təqdirdə Cavabdeh 30000 manat vəsaiti beh olaraq İddiaçı qaytaracağına dair öhdəlik götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən beh alan Cavabdeh tərəfindən müqavilənin şərtləri icra olunmadığı təqdirdə 30000 manat, yəni behin ikiqatını beh verən İddiaçı qaytarmalıdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı müraciəti DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla X1 və Təhqiqat İdarəsində baxılmış və müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli beh müqaviləsi üzrə Cavabdeh götürdüyü öhdəliyi tam icra etməmişdir. Məhkəməyə təqdim edilmiş AccesBank QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı illik 1.9167 faiz olmaqla 36 ay müddətinə 50000 manat kredit verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh arasında xx.xx.2019cu il tarixdə beh müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 15000 manat beh vermiş, cavabdeh isə Türkiyə Cümhuriyyətindən ekskovator-yükləyicini xx.xx.2019-cu il tarixədək iddiaçıya təhvil verəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdeh beh müqaviləsi üzrə İddiaçı qarşısında öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçının cavabdehdən beh müqaviləsi üzrə cavabdehə verilmiş 15000 manatın iki mislini, yəni 30000 manatı tələb etməkdə haqlıdır. Məhkəmə iclası zamanı İddiaçı AccesBank QSC ilə bağladığı kredit müqaviləsi üzrə yaranmış 19972.52 manat məbləğində kredit faizini cavabdehdən tutulmasına əsas verə bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı Cavabdeh AccessBank QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə öhdəliyinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 07 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X4 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə baxışı zamanı İddiaçı məhkəməyə Cavabdeh ona 5000 manat məbləğində mənəvi ziyan vurması ilə nəticələnən heç bir halı təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən tələblər üzrə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 30000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İbrahim Fəttahov