Məhkəmə qərarları › İş №2(046)-75/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-75/2024

10.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-75/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3569.50 manat ziyanın və ödənilmiş 55.69 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən və xüsusi mülkiyyətində olan 0.6763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2022-ci ildə yonca bitkisi əkmişdir. 2023-cü ilin mart ayında Cavabdeh məxsus xırda buynuzlu heyvanlar yonca bitkisi əkilən sahəyə girmiş, bütünlükdə həmin sahəni məhv etmişdir.Eyni zamanda xüsusi mülkiyyətində olan və Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.61 ha torpaq sahəsində əkilmiş nar bağına Cavabdeh məxsus xırda buynuzlu heyvanlar girmiş və meyvə ağaclarını məhv etmişdir. Bu barədə Göyçay rayon Polis şöbəsinə müraciət edilmiş, polis şöbəsi tərəfindən araşdırma aparılmış və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 232-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Göyçay X2 Mərkəzinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokola Göyçay X2 Mərkəzində baxılmış və Cavabdeh həmin maddə ilə təqsirli bilinərək 50 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra cavabdehə müraciət edilərək, ona məxsus olan xırda buynuzlu heyvanlar tərəfindən 0.6763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş yonca məhsulunun məhv edilməsinə görə dəymiş 1284 manat və 0.61 ha torpaq sahəsində əkilmiş nar bağının məhv edilməsinə görə dəymiş 2285.50 manat ziyanın ödənilməsi tələb etsə də, cavabdeh ziyanın ödənilməsindən imtina etmişdir. İnzibati xəta haqqında qərarla müəyyən edilir ki, mülkiyyətində olan torpaq sahələrində əkilmiş kənd təsərrüfatı məhsullarının məhv edilməsi nəticəsində ona dəymiş zərər məhz cavabdehin təqsirli hərəkəti nəticəsində baş vermişdir. Buna görə də cavabdeh mülki məsuliyyət daşıyır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh teleqram vasitəsi ilə məhkəməyə müraicət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********42 reyestr nömrəli çıxarışından görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.6763 ha torpaq sahəsi İddiaçı xüsusi müıkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Torpağa Mülkiyyət Hüququna dair JN-390 saylı dövlət aktından görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.6763 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış **********90 reyestr nömrəli çıxarışından görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.90 ha torpaq sahəsi iddiaçı Cavabdeh xüsusi müıkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsində izahat vermiş Cavabdeh izahatında göstərmişdir ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən torpaq sahəsində özünə məxsus xırda buynuzlu heyvanları otarmışdır. İddiaçı şikayətinin ona heç bir aidiyyəti yoxdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İddiaçı məxsus taxıl sahəsində özünə məxsus xırdabuynuzlu heyvanları otarmasına görə Azərbaycan Respublikası İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay DAİM-nin bitkiçilik sektorunun müdiri X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, hadisənin baş verdiyi tarix, meyvə ağaclarının yaşları və eləcədə heyvanların xırdabuynuzu olmasını nəzərə alaraq, həmin nar meyvə ağaclarının inkişaf etməsinə və məhsuldarlığına mənfi təsir göstərmə ehtimalı yoxdur. Hadisə baş verən zaman meyvə ağaclarının yaşları az olarsa, yaşından asılı olmayaraq inkişaf fazasında hadisə mütəmadi baş verərsə həmçinin xırdabuynuzlu heyvanların sayından asılı olaraq nar meyvə ağaclarının həm inkişafına həm də məhsuldarlığına müəyyən qədər mənfi təsir göstərmə ehtimalı ola bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Mirzəhüseynli kəndində yerləşən 0.6763 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş yonca məhsulunun və 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş yonca nar ağaclarına Cavabdeh təsərrüfatında olan xırdabuynuzlu heyvanların otarılması əsas gətirərək ona ziyan vurulduğuna görə cavabdehdən maddi ziyan tələb edir. Məhkəmə tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsində nar ağacları əkildiyi müəyyən edilmişdir. Eləcə də İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin qonşuluqda yerləşdiyi müəyyən edilmişdir. Eləcə də Məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay X2 Mərkəzinə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, hadisənin baş verdiyi tarix, meyvə ağaclarının yaşları və eləcədə heyvanların xırdabuynuzu olmasını nəzərə alaraq, həmin nar meyvə ağaclarının inkişaf etməsinə və məhsuldarlığına mənfi təsir göstərmə ehtimalı yoxdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışı zamanı iddiaçı İddiaçı Cavabdeh tərəfindən ona 3569.50 manat ziyan vurulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 3569.50 manat ziyan tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı 3569.50 manat ziyan tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar