Məhkəmə qərarları › İş №2(046)-757/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-757/2022

06.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-757/2022 06.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat borcun və 80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X1 digər tanışı vastəsi ilə tanımışdır. 2014-cü il tarixdə əri Qorxmaz vəfat etmiş və bir qızı vardlır. Mərhum əri DİO-nın əməkdaşı olmuşdur. 2020-ci il tarixdə uşağına verilən təqaüq dayandırılmışdır. Buna görə həmin təqaüdü ömürlük almaq üçün Məhəmməd Şirməmmədov ilə görüşmüş və söhbət əsnasında Məhəmməd ona söz vermişdir ki bu məsələni həll edəcdir. Lakin bunun müqabilində 3500 manat pul verməli olduğunu bildirmişdir. Bunun fikirlərilə razılaşıb həmin məbləği Məhəmmədə vermək üçün razılaşmışdır. Həmin ərəfələrdə rəfiqəsi Yeganə də özünə təqaüd düzəltdirmək qərarına gəlmiş və ondan xahiş etməyi istəmiş ki ona da təqaüd düzəltsin bu barədədə Məhəmmədlə söhbət etmiş və Məhəmməd ona bildirmişdir ki, rəfiqəsindən də əlavə olaraq 3500 manat verməlidir. Rəfiqəsi razılaşandan sonra 3500 manat pulu ona vermiş, 7000 manat pulu X4 metrostansiyanın yaxınlığında «Ağ Çiçəyim» gül mağazasının arxasında yerləşən adını bilmədiyi kafedə vermişdir. Həmin vaxt Məhəmməd şəxsi ehtiyacına görə də ondan 200 manat pul borc istəmiş, 200 manatı borc olaraq vermişdir. Bir müddət keçəndən sonra nə qızı Güllərin nədə ki, rəfiqəsi Yegananın təqaüdü düzəlməməsini bildikdən sonra Məhəmmədlə əlaqə saxlamış, həmin vaxtdan bu günə kimi dəfələrlə Məhəmməd Şirməmmədov ona olan 7200 manat borcumu geri istəsə də pulun qaytarılmasını söz vermişdir. 2021-ci ilin əvvələri Məhəmmədlə görüşüb ondan pulumu geri istəmiş, Məhəmməd 7200 manatı da tezliklə qaytarmasını söz vermişdir. Həmin vaxtdan bu günə kimi dəfələrlə Məhəmməd Şirməmmədov ona olan 7200 manat borcunu geri istəsə də, pulunu verməyərək müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmiş, ərizəsinə əsasən şöbənin baş təhqiqatçısı Ramil Mehdiyev tərəfindən araşdırma aparılsa da xx.xx.2021-ci il tarixdə toplanmış material üzrə cinayət işinin baxılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarı xx.xx.2021-ci il tarixdə Nizami rayon prokuroru tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün 24-cü polis şöbəsinə göndərilmişdir.Bakı şəhəri,Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı Əzizova Pərvanənin icraatında olmuşdur.Araşdırılma vaxtı Məhəmməd ona borcundan 1000 manat qaytarmış, qalan 6000 manatı qaytaracağına dair öhdəlik götürmüşdür. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehə dəfələrlə borcunu qaytarması ilə bağlı müraciət etmiş, hər dəfə cavabdeh borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırtmışdır. Bununla bağlı polisə müraciət etmiş, bundan sonra cavabdeh borcun qaytaracağı ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2018-ci ilin ortalarında maddi vəziyyətinin pis olmasına görə iddiaçının tanışı İradədən hər ay 400 manat ödəməklə faizə 3000 manat pul götürmüşdür. Bundan iki gün sonra İddiaçı sələmə 500 ABŞ dolları almış və İradədən aldığı pulla birlikdə hər ay Vəfaya 500 manat pul ödəmişdir. 2020-ci ilin əvvəlində Vəfaya 6000 manat faiz, 4360 manat isə nəğd aldığı pulu qaytararaq Vəfaya ümumilikdə 10.360 manat pul vermişdir. Qeyd etdiyi xüsusatlar məhkəməyə təqdim etdiyi poçt göndərişlərində öz əksini tapmışdır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarında Cavabdeh izahatından görünür ki, İddiaçı onun qohumudur. 2018-ci ilin sonlarında maddi vəziyyəti ilə əlaqədar Mingəçevir şəhərində Vəfanın vasitəsi ilə tanıdığı İradə adlı şəxsdən hər ay 400 manat ödəməklə sələmə 3000 manat pul götürmüşdür. İki gün sonra Vəfadan sələmə 500 ABŞ dolları almış və İradədən aldığı pulla birlikdə hər ay Vəfaya 500 manat pul ödəmişdir. 2020-ci ilin əvvəlində Vəfaya 6000 manat faiz, 4360 manat isə nəğd aldığı pulu qaytararaq Vəfaya ümumilikdə 10.360 manat pul vermişdir. Həmin vaxtdan maddi imkanı olmadığı üçün Vəfaya faiz ödəyə bilməmişdir. Həmin vaxtdan Vəfadan aldığı pulun faizi 7200 manat etmişdir. Məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, Cavabdeh 2019-cu ildə İddiaçı borc aldığı 7200 manat puldan 1200 manatını qaytarmış, qalan 6000 manat pulun, 3000 manatını xx.xx.2021-ci il tarixədək, 3000 manatını isə xx.xx.2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş X5 Filalı tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 166 saylı çıxarışdan görünür ki, Cavabdeh Zeynalova (İslamova) Vəfa Teyyub qızına 2018-c il tarixdən xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda 4050 manat poçt vasitəsi ilə pul göndərmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən pul vəsaitləri də mülkiyyət hesab olunduğundan həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı Cavabdeh 2019-cu il tarixdə 7200 manat borc pul verdiyini, cavabdehin həmin puldan 1200 manatını qaytardığını, 6000 manatının isə cavabdehin qanunsuz sahibliyində qaldığını iddia edir və həmin pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Cavabdeh 2018-ci ilin sonlarında 6.000 manat borc pul vermiş, cavabdeh isə həmin puldan 4050 manatını iddiaçıya qaytarmışdır. Hazırda İddiaçı məxsus 1950 manat məbləğində pul vəsaiti Cavabdeh qanunsuz sahibliyində qalmışdır. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh 6000 manat məbləğində vəsaitin alınaraq ona verilməsinə əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbinin təmin edildiyi həddə dövlət rüsumu olan 39.5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1950 manat məbləğində pul və 39.5 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1950 manat məbləğində pul və 39.5 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar