Məhkəmə qərarları › İş №2(046)-758/2020

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-758/2020

13.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-758/2020 13.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştiraki ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin bölünməsi tələbinə dair mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Göyçay rayonu X9 xx xxxxxx 1998-ci ıl tarixli 01 nömrəli qərarı ilə ümumi-birgə mülkiyyətə verilmiş Göyçay rayonunun Xəlitli kəndində yerləşən 0,31 hektar həyətyanı torpaq sahəsinə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək göstərmişlər ki, Göyçay rayonu X9 xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə JN-037F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara, mərhum X2 və cavabdeh X3 Göyçay rayonunun Xəlitli kəndində 0,31 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ümumi-birgə mülkiyyətçilərdən biri X4 xx xxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X5 ilə, ümumi-birgə mülkiyyətdə olan torpaq sahəsindən istifadə ilə bağlı mübahisə yaranmışdır. Belə ki, torpaq sahəsinin yerləşdiyi təsərrüfatda onların yaşadığı iki otaqdan ibarət və cavabdehin yaşadığı iki otaqdan ibarət ayrı-ayrı fərdi yaşayış evləri olsa da cavabdeh torpaqdan istifadə ilə bağlı mübahisə yaradır, özü torpaq sahəsində meyvə-tərəvəz yetişdirsə də onlara meyvə yığmağa, həyətdə ağac və bostan bitkiləri əkməyinə maneə olur, həmçinin əkdikləri 12 meyvə ağacının kökünə kimyəvi maddələr tökməklə məhv etmişdir. Dəfələrlə cavabdeh barədə polis şöbəsinə şikayət etmişlər, lakin cavabdeh hərəkətlərini davam etdirmişdir. Cavabdehin təqsiri üzündən torpaq sahəsindən istifadə edə və həmin torpağa dair sərəncam verə bilmirlər. Buna görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Göyçay rayon X9 xx xxxxxx 1998-ci il tarixli 01 nömrəli qərarı ilə ona, mərhum X2, İddiaçı1 və iddiaçı X6 Göyçay rayon Xəlitli kəndində 0.31 ha həyətyanı torpaq sahəsi verilmişdir. Ümumi-birgə mülkiyyətdə olan 0.31 ha torpaq sahəsinin yalnız bir qismi istifadəyə yararlıdır. Belə ki, istifadəyə yararlı olan torpaq sahəsində iddiaçının 2 otaqdan ibarət fərdi yaşayış evi olmasına baxmayaraq digər əkinə yararlı torpaq sahəsində olan mənə məxsus meyvə-tərəvəz sahəsinə ziyan vurmuş və bununla onu günahkar bilmişdir. Bu barədə dəfələrlə Göyçay rayon Polis Şöbəsinə, Xəlitli kənd bələdiyyəsinə və kənd icra nümayəndəliyinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında onlar gəlib faktiki olaraq yoxlanış aparmış və xəbərdarlıq etmişlər. Lakin buna məhəl qoymayaraq yenidən yetişdirdiyi tərəvəz və bostan bitkilərini kökündən çıxararaq məhv etmişdir. Həmçinin iddiaçılar onun xəstəliyindən və təhsilsiz olmağından istifadə edərək məhkəmədə yalan ittihamlar irəli sürmüşdür. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçıların izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-037F saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı1, Cavabdeh, X1, İddiaçı2 ümumi-birgə mülkiyyətlərinə Göyçay rayonunun Xəlitli kəndində 0.31 ha torpaq sahəsi verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Göyçay rayonunun Xəlitli kəndində vəfat etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, iddia predmeti olan torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri olan iddiaçılar öz paylarının ayrılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2.-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3.cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Göyçay rayonu Xəlitli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.31 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı Göyçay rayonu Xəlitli kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.31 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə tələbi təmin edilsin. Bu qətnamə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-037F saylı şəhadətnaməyə əsasən X1, İddiaçı1, Cavabdeh və İddiaçı2 ümumi birgə mülkiyyəti olan 0.31 ha torpaq sahəsinin 1/4 hissədə payları ayrılması və həmin torpaq sahəsinin 1/4 hissəsi iddiaçıların adına dövlət qeydiyyatına alınması üçün əsasdır. Qətnamənin icrası DƏDRX-nin 16 saylı Ucar ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar