Məhkəmə qərarları › İş №2(046)-765/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-765/2025

24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-765/2025 24.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4250 manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh qızının baldızının oğludur. Əvvəllər onunla münasibəti normal olmuşdur. 2022-ci ildə Cavabdeh özünə pul lazım olduğu üçün ondan bankdan öz adına pul götürüb ona verməsini xahiş etmişdir. Bankın hər ay aylıq ödəniləcək məbləğinidə özü ödəyəcəyini bildirmişdir. O qohum olduğu üçün 2022-ci ilin iyun ayında Beynəlxalq bankdan 3500 manat məbləğində pul götürərək Cavabdeh vermişdir. Bundan sonra Vüsal ödəniş etməmişdir. Hər dəfə ödəniş etməyini bildirdikdə “narahat olmayın ödəyəcəm” demişdir. Daha sonra yaşlı olduğu üçün ondan Beynəlxalq banka məxsus tam kartını almışdır. 2023-cü ilin mart- aprel aylarında ona Beynəlxalq bankdan zəng gəlmiş və bildirdilər ki, tam kartla 400 manat borcu var. Həmin zaman ona məlum oldu ki, cavabdeh tam kartdan 350 manat məbləğində pul vəsaitini çıxararaq mənimsəmişdir. Ona həmin vaxt məlum oldu ki, Cavabdeh pul götürərkən tam kartı da götürmüşdür. 2023-cü ilin may ayında pensiya kartından pul çıxarmaq istəyəndə ona məlum oldu ki, Cavabdeh pensiya kartından da 400 manat pul çıxarmışdır. Cavabdehə verdiyi borcun qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh pulu ödəməmişdir. Bununla bağlı Göyçay rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh polis şöbəsində ona olan borcunu etiraf etmiş, borcunu tezliklə ödəyəcəyini bildirsə də bu günədək ödəməmişdir. Hazırda ona məxsus 4250 manat pul vəsaiti cavabdehin qanunsuz sahibliyində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, bundan başqa Cavabdeh SMS vasitəsilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə iddiaçının izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Cavabdeh Göyçay rayon Polis Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Cavabdeh göstərmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə “ABB”-nın Göyçay filialından 3450 manat pulu öz adına götürərək ona vermiş,həmin vaxtı İddiaçı ona verdiyi tam kartdan da 340 manat pul çıxararaq öz şəxsi ehtiyaclarına xərcləmişdir.Afərə məxsus tam karta onun mobil telefonundakı «ABB» proqramı qoşulmuşdu.Həmin proqrama daxil olarkən avtomatik olaraq Afərə məxsus təqaüd kartı da orada görsənmişdir.Lakin o bunun fərqinə varmamışdır.Elə bilmişir ki,o da tam karta aiddir və həmin kartdan 325 manat pulu çıxarmışdır.İmkanı olmadığı üçün həmin kreditləri ödəyə bilməmişdir. İşə əlavə edilmiş 17 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində material üzrə cinayət işi başlanılması rədd edilmişdir. İşə əlavə edilmiş CD diskdə olan səs yazısından görünür ki, Cavabdeh İddiaçı borcu olduğunu etiraf etmiş, borcu yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Tətbiq edilən hüquq normaları: Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, belə bir qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən və əsassız varlanmadan irəli gələn mübahisə mövcud olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında 3500 manat məbləğində borcun verilməsinə dair yazılı formada müqavilənin bağlanması müəyyən edilməsə də, 2022-ci ildə borc münasibətlərinin yaranması Göyçay rayon Polis Şöbəsində cavabdehin iddiaçıdan 3450 manat borc alması hissədə yazılı verdiyi izahatı ilə təsdiq olunmuşdur.Ona görə də bu hissədə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı,borc müqaviləsi üzrə Cavabdeh 3450 manat məbləğində pulu İddiaçı qaytarmalıdır. Qalan hissədə isə məhkəmə hesab edir ki,Cavabdeh əsassız varlanan şəxs olaraq İddiaçı bank kartından müvafiq olaraq 340 manat və 325 manat pulu hüquqi əsas olmadan əldə etdiyindən,əldə etdiklərini iddiaçı X1 qaytarmalı,iddia bu hissədə təmin olunmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh 4115 manat (3450+340+325) məbləğində pul tutularaq İddiaçı verilməli, bununla iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu üçün ödənilmiş 62 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4115 (dörd min bir yüz on beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 62 (altmış iki) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar