Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-773/2023 17.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən ümumilikdə 0,050255 ha paylı mülkiyyətdə olan torpaq sahəsindən 2/12 payın və həmin torpaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə X15 ailə başçısı olmaqla X5, X1, X10, X8, X11, X6, X3, Cavabdeh, X2 və X12 ümumilikdə 0,050255 ha həyatyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair plan və ölçüsü sənədi verilmişdir. Mərhum atası X15 xx.xx.1992-ci il tarixdə “kəskin ürək damar çatmamazlığı” xəstəliyindən vəfat etmişdir. Göyçay şəhəri Ə.Səmədli küçəsi 20 saylı ev mərhum atası X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. Mərhum atası X7 miras qalmış və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini atası vəfat etdiyi tarixdən hazırki vaxta kimi faktiki olaraq qəbul etdiyi üçün həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə tərəfindən Göyçay rayon Notariat Ofisinə müraciət edilmiş, Lalə İsmayılova ilə aralarında ixtilaf olduğu üçün imtina verilmişdir. Bundan sonra tərəfindən Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, ünvan 2 ünvanda yerləşən və mərhum atası X13 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)- 1466/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş mərhum X7 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin (A və A1) İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün tərəfimdən Daşınmaz Əmlakın Dövlət Katastr və Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə təqdim edilmişdir. Həmin qətnamə əsasında atası Nuru İsmayılovdan miras qalmış fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların dölət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Paylı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin yaratdığı maneələr səbəbindən təyinatı üzrə istifadə edə bilmir. Cavadehlə paylı mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, ekspert rəyi ilə tanış olmuşdur. Rəy ilə razıdır. O fərdi ev ilə bərabər torpaq sahəsinin bölünməsini də istəyir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki işdə olan sənədlər: Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,050255 ha torpaq sahəsinin 2/12 hissəsi A və A1 fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023cü il tarixdə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2966 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evlərinin faktiki vəziyyətini,planlı yerləşməsini,tədqiq olunan A və A1 literli tikililərə ayrıca giriş-çıxış yolunun olduğunu və ayrı-ayrı tikililər olduğunu nəzərə alaraq tədqiq olunan ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 2/12 payından kənara çıxmaqla və həmin torpaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evinin ayrılması Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiqolaraq texniki cəhətdən mümkündür. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq hissəsinin 2/12 hissəsini və həmin torpaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evinin naturada ayrılması Məhkəmə Tikinti-X4 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür.Rəyə bir vərəqədə sxem əlavə olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki,bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli qərarında verilmiş şərhə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarını müəyyən edir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Əgər tərəflər arasında belə razılıq əldə olunmazsa,paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.(Mülki Məcəllənin 220.2-ci maddəsi). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.(Mülki Məcəllənin 220.3-cü maddəsi). Məhkəmənin mövqeyi: İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,Göyçay şəhəri,Ə.Səmədli küçəsi 20 saylı ev və 0,50255 ha həyətyanı torpaq sahəsi tərəflərin və digər şəxslərin paylı mülkiyyətindədir.İddiaçı həmin əmlakda A və A1 fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin 2/12 hissəsi,Cavabdeh isə 1/12 hissədə torpaq sahəsi paylı mülkiyyətindədir. Tərəflər arasında paylı mülkiyyətdə olan əmlakın bölünməsinə dair razılaşma olmamışdır. Mülki qanunvericiliyinin tələbinə görə paylı mülkiyyətin istənilən mülkiyyətçisi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması hüququna malik olmaqla yanaşı, bunun üsulu və şərtləri haqqında digər mülkiyyətçilərlə razılığa gələ bilmədikdə həmin məsələnin məhkəmə qaydasında həll edilməsini tələb edə bilər. Məhkəmə tərəflər arasında payın naturada ayrılması barədə razılığın olmamasını və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/2966 saylı ekspert rəyini nəzərə alıb, hesab edir ki, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq hissəsinin 2/12 hissəsini və həmin torpaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evinin naturada təcrid sahələr şəklində ayrılması texniki cəhətdən mümkündür, Belə olan halda məhkəmə ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq hissəsinin 2/12 hissəsini və həmin torpaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evinin naturada ayrılmasının mümkünlüyünü nəzərə alıb, hesab edir ki, iddia təmin olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan sənədlərə görə məhkəmə xərcləri,100 manat ödənilmiş dövlət rüsumundan və 100 manat məbləğində ekspertiza xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri dövlət rüsumuna dair hissədə iddiaçıya aid edilməli, ekspertiza xərcinə dair hissədə bərabər şəkildə tərəflərə aid edilməlidir. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan torpaq hissəsinin 2/12 hissəsi və həmin torpaq sahəsinin üzərində yerləşən A və A1 fərdi yaşayış evi əlavə edilmiş sxemə uyğun naturada ayrılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh 100 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-773/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-773/2023
17.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver