Məhkəmə qərarları › İş №2(046)-794/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-794/2022

30.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-794/2022 30.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə ilə, İddiaçıMMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçıMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4040 manat əsas məbləğin və ödənilmiş 76 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 436 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin təminatı kimi, **-UF-*** qeydiyyat nişanlı, Hyundai Elantra markalı avtonəqliyyat vasitəsi günlük 50 (əlli) manat olmaq şərtiylə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yol vərəqəsi ilə icarəyə verilmişdir.Bildirir ki, cavabdeh- Cavabdeh tərəfindən xx.xx.2021-ci il saat 17:50 radələrində Bakı şəhər Nizami rayonu, Qara Qarayev prospektində qəza törədilmiş və avtonəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Mütəxəssislər tərəfindən avtonəqliyyat vasitəsinə dəymiş zərər ümumilikdə 10.280 manat hesablanmışdır. Sığorta şirkəti avtonəqliyyat vasitəsinə dəymiş zərəri ödəmişdir. Lakin icarə müqaviləsinə əsasən Cavabdeh üzərinə düşən öhdəliklər vardır. İcarə müqaviləsinin 3.9-cu bəndinə əsasən qəza baş verdiyi gündən avtonəqliyyat vasitəsi təmirdən çıxan günədək bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. Avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 44 gün temirxanada olmuşdur. Bu səbəblə Cavabdeh- Cavabdeh 1540 (bir min beş yüz qırx) manat icarə müqaviləsinin 3.9-cu bəndinə əsasən borcu yaranmışdır. Əlavə olaraq bildirir ki, icarə müqaviləsinin 9.2- ci bəndinə görə qəza zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtonəqliyyat vasitəsinin ümumi dəyərinin 20 faizindən çoxdursa, icarəyə götürən icarədara 2500 (iki min beş yüz) manat pul məbləği dəyərdən düşməsinə görə ödəməlidir. Sözü gedən qəza zamanı avtonəqliyyat vasitəsinə 10.280 (manat zərər dəymişdir. Beləliklə Cavabdeh ümumilikdə 4040 (dörd min qırx) manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ile bağlı dəfələrlə müraciət etsəkdə, hər dəfə müəyyən monipulyasiyalarla borcun ödənilməsindən yayınmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə İddiaçıMMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçıMMC mülkiyyətində olan Hyunadi Elantra markalı **-UF- *** dövlət nömrə nişanlı avtomobili Cavabdeh 07 gün müddətinə, cəmi 350 manata icarəyə vermişdir. Müqavilənin 3.9-cu bəndində əsasən nəqliyyat vasitəsinin qəza baş verdiyi gündən təmirdən çıxdığı vaxtadək günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq pul icarəçiyə ödəniləcək. Məhkəməyə təqdim edilmiş Bakı şəhər Nizami RPİ-nin təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş Cinayət İşinin Başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində müvafiq inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli avtomobilə dəymiş ziyanla haqqında arayışdan görünür ki, Hyunadi Elantra markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobilə 10.280 manat maddi ziyan dəymişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Hyunadi Elantra markalı **-UF-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmirxanada olmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti -iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məccəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 436 saylı avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmış, icarə müqaviləsinin təminatı kimi, **-UF-*** qeydiyyat nişanlı, Hyundai Elantra markalı avtonəqliyyat vasitəsi günlük 50 (əlli) manat olmaq şərtiylə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yol vərəqəsi ilə cavabdehə icarəyə verilmişdir. İcarəyə verilmiş nəqliyyat vasitəsi Cavabdeh istifadəsində olan zaman, yəni xx.xx.2021-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhər Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törədilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Nizami RPİ-nin təhqiqat şöbəsində araşdırma aparılmış, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surəti Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərar əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən icarəyə götürülmüş avtomobilə dəymiş ziyan mütəxəssis tərəfindən hesablanmış, 10.280 manat maddi ziyanın vurulduğu müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan avtomobil, təmir olunması məqsədi ilə 27 gün təmirxanada saxlanılmışdır. Hadisə nəticəsində vurulmuş maddi ziyan sığorta şirkəti tərəfindən İddiaçı MMC-yə ödənilmişdir. İddiaçı hazirki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinin 3.9-cu bəndində əsasən 1540 manat, 9.2-ci bəndinə əsasən 2500 manat cərimənin ödənilməsini xahiş etmişdir. İddianın hüquqi əsası kimi İddiaçı MMC Azərbaycan Respublikası MM-nin 442,700.1,700.2 və 705-ci maddələrinə istinad etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında öhdəliyin yaranması üçün ilk növbədə müqavilənin olması və həmin müqavilənin şərtlərində tərəflərin öhdəliyinin nədən ibarət olması, öhdəliyin pozulması nəticəsində tərəflərin məsuliyyətinin müəyyən edilməsi mühüm şərtdir. İcarə müqaviləsinin 3.9-cu bəndində əsasən qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 1000 manat depozit azadolma məbləği kimi icarəçi tərəfindən icarəyə verənə ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin bir günlük icarə haqqının 70 faizi dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməlidir. İcarə müqaviləsinin 9.2-ci bəndinə əsasən hər hansısa bir sığorta hadisəsi zamanı avtonəqliyyat vasitəsinə dəymiş zərər avtomobilin ümumi dəyərinin 20 faizinədək olduqda 1000 manat, 20 faizindən çox olduqda 2500 manat dəyərdən düşməsinə görə icarəçidən tutulacaq. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 17:50 radələrində Bakı şəhər Nizami rayonu, Qara Qarayev prospektində baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində, cavabdehin isə icarəsində olan **-UF- *** qeydiyyat nişanlı, Hyundai Elantra markalı avtomobilə dəymiş ziyan, sığorta şirkəti tərəfindən ödənilmişdir.Yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobildə yaranmış qüsurlar aradan qaldırılmış, sözügedən nəqliyyat vasitəsi əvvəlki vəziyyətinə qaytarılaraq istismara verilmişdir. İşin faktiki hallarından göründüyü xx.xx.2021-ci il tarixdə saat 17:50 radələrində baş vermiş yol nəqliyyat hadisəsi Cavabdeh təqsirli hərəkəti nəticəsində baş verməsi təsdiq edilmiş, törətdiyi əmələ görə o, inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilmiş, icarəyə verilmiş nəqliyyat vasitəsi kasko sığorta növündə sığorta edildiyi üçün, sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyan tam olaraq ödənilmişdir. İddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9.2-ci bəndinə əsaslanaraq avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəyərinin itirilməsi görə cavabdehdən 2500 manat pul tələb etsə də, həqiqətəndə icarəyə verilmiş avtomobilin yolnəqliyyat hadisəsi nəticəsində 2500 manat dəyərinin itirilməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin nəqliyyat vasitəsinin qəza baş verdiyi vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təmirdə olduğu günlərə görə hesablanmış 1540 manat pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan avtomobildən 43 gün istifadə edə bilməmiş, keçən müddət ərzində avtomobili icarəyə verə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçıMMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi dair iddiası qismən təmin edilməli, Cavabdeh 1540 manat məbləğində pul İddiaçıMMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 60.40 manat dövlət rüsumunun, iddia təmin edildiyi həddə 35 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməldi. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1540 manat məbləğində pul və 35 manat dövlət rüsumu tutularaq İddiaçıMMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar