Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-805/2020 29.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu iddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsinə və və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ford Fiesta” markalı ** BL *** qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 350 manat vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumun Cavabdeh iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, “Mersedes Benz C 180” markalı İİ 784 YY dövlət qeydiyyat nişanlı avtomobil sahibi Cavabdeh tərəfindən PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulyyətinin ivbari siğortasiı “ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə saat 14:00 radələrində Xaçmaz şəhəri, Bakı prospekti ilə idarə etdiyi “Mercedes Benz C 180” markalı, İİ 784 YY dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Fiesta” markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə 350 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə AR DİN Xaçmaz RPŞ DYPB-sı tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında AP ******* nömrəli protokol tərtib olunmuş və MN ******* nömrəli xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 60 manat məbləğində cərimə edilmişdir. “Ford Fiesta” markalı, **-BL-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ekspert tərəfindən 350 manat müəyyənləşdirilmişdir. ”xxxxxxxxx” ASC tərəfindən zərərçəkənin bank hesabına 350 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçının tələbinə dair əsaslandırılmış etirazın, ona dair dəlillərin və onları təsdiq edən sənədlərin təqdim olunması barədə cavabdehə bildiriş göndərilsə də, o, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. İşdə olan sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, sığorta müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Məhkəməyə təqdim edilmiş X4 yoxlanılması barədə çıxarışdan görünür ki, hadisə tarixinə, xx.xx.2018-ci il tarixə Cavabdeh idarə etdiyi “Mersedes Benz C 180” markalı İİ 784 YY dövlət qeydiyyat nişanlı avtomobil Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanmışdır. Məhkəməyə təqdim edilmiş avtonəqliyyat vasitələrinin texniki ekspertizasının xx.xx.2018-ci il il tarixli ekspert rəyindən görünür ki, “Ford Fiesta” markalı **-BL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 70 manat, 280 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 350 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli sığorta aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı X2 məxsus “Ford Fiesta” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş 350 manat məbləğində ziyan “Mersedes Benz C 180” markalı İİ 784 YY dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli olduğundan X1 hesabına 350 manat ”xxxxxxxxx” ASC tərəfindən ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli Ödəniş Tapşırıqından görünür ki, ”xxxxxxxxx” ASC tərəfindən X1 hesabına 350 manat vəsait köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş AC N 168989 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fiesta” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X3r. Məhkəməyə təqdim edilmiş AP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 327.2-ci və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş MN ******* saylı xx.xx.2018-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.2-ci və 332.1-ci maddələri ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. Sadalananlardan görünür ki, Cavabdeh idarə etdiyi “Mersedes Benz C 180” markalı İİ 784 YY dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə X2 məxsus “Ford Fiesta” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində zərəçəkmiş X2 350 manat məbləğində ziyan dəymiş, Cavabdeh təqsirli olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 60 manat inzibati qaydada cərimə edilmiş, buna görə də 350 manat ”xxxxxxxxx” ASC tərəfindən zərərçəkən X2 ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsində göstərilir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 284-5.3-cü, 284-6-cı, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiatəmin edilsin. Cavabdeh 350 manat məbləğində sığorta ödənişi, 20 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə verilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-805/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-805/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver