Məhkəmə qərarları › İş №2(046)-821/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-821/2020

06.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-821/2020 06.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Potu Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər birinə 15000 manat, bank hesabına ödənilmiş 1050 manat cavabdehdən alınaraq İddiaçı1 və bank hesabına köçürülmüş 1045 manat cavabdehdən alınaraq İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların məhkəməyə təqdim etdiyi iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar məhkəməyə təqdim etdiyi iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Azərbaycan Respulikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsi geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçıların cavabdehdən tələb etdikləri pulun ödənilməsi tələbini iddiaçılar ayrı-ayrılıqda məhkəmədə müstəqil iddia qaldırılmalıdır. Buna görə də tələblər arasında əlaqə olmadığından həmin tələblərin bir iddia ərizəsində birləşdirilməsi qanuna uyğun deyildir. Azərbaycan Respulikası MPM-nin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddiaçılara cavabdehə qarşı hər bir tələb üzrə müstəqil şəkildə iddia qaldırmaq hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respulikası MPM-nin 152.1.1., 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Potu Bələdiyyəsina qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar