Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-823/2022 26.01.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, İddiaçı BOKT ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 02.02.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada ümumilikdə 2124 manat kredit borcunun və ödənilmiş 41.24 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 05.06.2021-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının yeddi ay bundan əvvəl vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırması tam anlaşılmazdır. Ona görə ki, vəfat etmiş şəxsə məhkəmə bildirişi, iddia ərizəsinin surətini göndərmək və ondan iddiaya qarşı çəkişmə prinsipinə əməl etməklə etirazını bildirməsi barədə hüquq və vəzifələrini izah etmək mümkün deyildir. Bundan başqa iddiaçı eyni tələblə hazırki cavabdehlərə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmiş, iddia ərizəsi və əlavə edilmiş sənədlər Göyçay Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərardadına əsasən geri qaytarılmış, iddiaçıya Cavabdeh1 hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi hüququ izah edilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanlarını göstərməlidir. İddiaçı iddia ərizəsində Cavabdeh1 Göyçay şəhəri Atatürk küçəsi ev 12 mənzil 41 saylı ünvanda yaşadığını qeyd etmiş, lakin Cavabdeh1 2021-ci ilin iyun ayında yəni yeddi ay əvvəl vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 150, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiaçı BOKT ASC-nin vəfat etmiş Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı BOKT ASC-yə Cavabdeh1 hüquqi varisi müəyyən edildikdən sonra məhkəməyə müraciət edə biləcəyi hüququ təkrarən izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-823/2022
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-823/2022
26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver